gülmək
gülməşəkər
OBASTAN VİKİ
Gülməli adamlar (film, 2009)
Gülməli adamlar — Cadd Apatounun rejissorluq etdiyi, yazdığı komediya—dram filmidir. Baş rollarda stand-up komediyaçıları Adam Sendler və Set Roqen yer almaqdadır. Film 31 iyul 2009-cu il tarixində təqdim edilmişdir. Əvvəlki Apatou filmlərinə nəzərən daha dramatikdir. Universal Pictures və Columbia Pictures filmi istehsal etmişdir. == Məzmun == Corc Simmons həyatının ən bədbəxt xəbərini öyrənmişdir. Artıq geriyə dönüşü olmayan yol onu gözləyir: Ölüm! İşini yaxşı bilən stand-up komediyaçısıdır. Corc sağalmaz xəstəliyə tutulduğunu gördüyündə məyus olur. Artıq 1 ildən az ömürü qaldığını görər.
Ağamirzə Gülməliyev
Ağamirzə Ağabəy oğlu Gülməliyev (2 aprel 2002; Qızıldaş, Qaradağ rayonu, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Gülməliyev 2 aprel 2002-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağabəy Gülməliyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qaradağ rayon 180 nömrəli tam orta məktəbdə və 8 saylı peşə liseyində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ağamirzə Gülməliyev 6 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ağamirzə Gülməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamirzə Gülməliyev 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Kəhrilər xarabalığı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

заклёпываться лоша́дник подда́бривание по́ртерная пуля́рка су́мрачный тантри́зм авторите́т бука́шка пивова́рка поя́рковый шурупов не хватает у кого-л atrophy boy frangipani haustellum mid-on obolus pollution primo Sumatra vidpic журить разобидеть своевременный