GÜLMANƏ
GÜLMƏRDAN
OBASTAN VİKİ
Gülməmməd Cavadov
Gülməmməd Süleyman oğlu Cavadov (17 oktyabr 1949, Bakı — Azərbaycan Respublikası Sənaye və Energetika nazirinin müavini == Haqqında == Gülməmməd Cavadov 1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzəifəsinədək yüksəlmişdir. 1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktor vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub. 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika nazirinin müavini vəzifəsində çalışır. Ailəlidir, bir övladı var.
Gülməmməd Məmmədzadə
Məmmədzadə Gülməmməd Əliməmməd oğlu (1955, Şivlə, Lerik rayonu – 1996) — Azərbaycan jurnalisti. == Həyatı == Gülməmməd Məmmədzadə 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. BDU-nun kitabxanaçılıq və jurnalistika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində müxbir, "Cumhuriyyət", "Amin" qəzetlərində redaktor, "İncəsənət" qəzetində məsul katib işləmişdir. "Lənkəran mahalının sərkərdələri" kitabının müəllifi, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabının həmmüəlliflərindən biri olmuşdur. Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə AYB-nin üzvü olmuş, Azərbaycan Jurnalistlər Birliyinin, "Afrika-Asiya" Beynəlxalq Xeyriyyə Cəmiyyətinin, Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin Elmi-Dini Şurasının diplomlarına layiq görülmüşdür. G.Məmmədzadə 1996-cı ildə vəfat etmişdir.
Gülməmməd Qarayev
Gülməmməd Qarayev (Gülməmməd Mehdi oğlu Qarayev; 1905, Qutqaşın – 27 mart 1938, Bakı) — repressiya qurbanı, Qutqaşın rayon Partiya Komitəsinin I katibi. == Həyatı == Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur. === Təhsili === 1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra Gülməmməd Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Qarayev 16 sentyabr 1937-ci il tarixindən 27 mart 1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır. == Həbsi və vəfatı == Gülməmməd Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.
Gülməmməd Süleymanov
Gülməmməd Süleymanov — kimya elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Kimya elmlər doktoru, professor G. Z. Süleymanov 15 sentyabr 1948-ci ildə Gürcüstan Respublikası Borçalı mahalının Başkeçid (hazırkı Dumanisi) rayonun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı Az. Dövlət Neft və Sənaye Universiteti) kimya –texnologiya fakültəsini bitirmiş, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə zabit kimi ordu sıralarında xidmət edən G. Süleymanov hərbi xidməti başa vurduqdan sonra, ilk əmək fəaliyyətinə 1974-cü ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki ak. M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis vəzifəsi ilə başlamışdır. 1975-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın (indiki Rusiya Federasiyası Elmlər Akademiyası) A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutuna stajor tədqiqatçısı kimi uzun müddətli ezamiyyətə göndərilən G. Suleymanov, 1979-cu ildə akademik O. A. Reutov və professor V. İ. Sokolovun rəhbərliyi altında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək Kimya elmlər namizədi elmi dərəcəsi almışdır. A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutu ilə AEA –nın Fizika İnstitutu arasında mövcud elmi əməkdaşlıq əlaqələri nəzərə alınaraq, Respublika Elmlər Akademiyasının o vaxtkı Prezidenti akademik H. M. Abdullayevin tövsiyəsi ilə, k.e.d., prof. G. Z. Suleymanov, Fizika İnstitutunun k.e.d., prof. M. İ. Zərgərovanın rəhbərlik etdiyi "Fiziki-kimyəvi analiz" laboratoriyasının tədqiqat işlərinə cəlb edilmişdir və böyük elmi işçi vəzifəsinə təyin edilərək, beş il müddətinə başladığı elmi – tədqiqat işlərini davam etdirmək üçün, yenidən Element Üzvi Birləşmələr İnstitutuna ezamiyyə edilmişdir.
Gülməmməd bəy Kəngərli
Gülməmməd bəy Kəngərli (?-?)—tərcüməçi, şair. == Yaradıcılığı == Gülməmməd bəy Kəngərli Nekrasovun "Nravstvennıy çelovek" ("Xoşəxlaq adam") əsərindən bir parçanı tərcümə edib qəzetdə "Mərdi müttəqi" adı ilə dərc etdirmişdi. Meylə nəyi qafiyə etməkdənsə real həyatdan yazmaq lazımdır. G. Kəngərli məktubunun sonunda göstərirdi: "Təcrübə üçün məruf Nekrasov mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunursa, mabədini dəxi göndərəcəyəm". "Kəşkül" qəzetində əsərin ardı yoxdur. G. Kəngərlinin tərcüməsinin ardının nə üçün dərc olunmaması haqqında indiyədək bir sıra tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər.
Amin Gülməmmədov
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi == Həyatı == Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur. == Hərbi xidməti == 2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Amin Gülməmmədov (leytenant)
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi == Həyatı == Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur. == Hərbi xidməti == 2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Aysu Gülməmmədli
Aşıq Əmrah Gülməmmədov
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Daşqın Gülməmmədov
Daşqın Gülməmməd oğlu Gülməmmədov (gürc. დაშგინ გიულმამედ ოღლუ გიულმამედოვი; 12 sentyabr 1977, Qaçağan, Marneuli rayonu) — Aşina Türk Qarapapaq Şadı, tanınmış ictimai-siyasi xadim, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, yazıçı, şair və publisist, 2002–2011-ci illərdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti, 2008–2009-cu illərdə Transmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru, 2011-2013-cü illərdə Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti, Gürcüstan Qaydasız döyüş üzrə idman ustası (2011), Kik-boksinq üzrə beynəlxalq dərəcəli idman ustası (2012). 2013-cü il seçkilərində Gürcüstan prezidentliyinə namizəd. == Həyatı == Daşqın Gülməmmədov 12 sentyabr 1977-ci ildə Gürcüstan SSR-in Marneuli (Sarvan) rayonunun, Qaçağan kəndində ziyalı ailəsində anadan olub. == Təhsili == 1983–1994-cü illərdə M.H.Mollayev adına Qaçağan 1 saylı orta məktəbində təhsil alıb. 1994–1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (BSİPİ) Hərbi kafedrasında "Hərbi qoşun hissələrində şəxsi heyətlə siyasi işin aparılması" kursu üzrə hazırlıq keçib. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sosial idarəetmə və Sosiologiya fakültəsini "Sosiologiya" ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi aləb. 2015-ci ildə Kiyev siyasi proqnozlaşdırma və İdarəetmə İnstitunun "Konfliktologiya" kursunu bitirib. 2019-cu ildə Kiyev Siyasi prespektivlər Akademiyasının "Siyasi texnologiyalar" kursunu bitirib. 2020-ci il 21 yanvar London İnsan Hüquqları Akademiyasının kursunu bitirib.
Eşqin Gülməmmədov
Eşqin Ramil oğlu Gülməmmədov (11 avqust 2001; Qaracəmirli, Şəmkir, Azərbaycan — 3 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Gülməmmədov 2001-ci ildə Şəmkir rayonu Qapanlı kəndində dünyaya gəlib. 2007- ci ildə Cəlil Bayramov adına Qaracəmirli kəndinnin 1- ci sinifinə daxil olub,2018- ci ildə həmin məktəbin 11- ci sinfin bitirmişdir. 2019 cür ildə hərbi xidmətə çagrılmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eşqin Gülməmmədov Hadrutun azad edilməsində savaşıb. 2020-ci il noyabrın 3-də Xocavənddə mərmi qəlpəsindən şəhid olub. Şəmkirdə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. == Həyatı == Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. == Təhsili == 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. == Peşə fəaliyyəti == 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Gülməmmədli
Gülməmmədli (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Gülməmmədli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Gülməmmədli (Cəlilabad)
Gülməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == I Şah Abbas zamanından yaranması iddia edilir. Kəndin adı yerli sakinlərin dediyinə görə Məmməd adlı adamın bu şoranlıq əraziyə köçməsi və bu ərazini gözəl bir yerə çevirməsi ( yəni güllü - çiçəkli bir yerə ) nəticəsində olmuşdur. Digər bir yerli rəvayətə görə isə Məmmədin qəmginliyi ilə bağlı bir yerli rəvayətdir (əsasən anası ilə bağlı bir rəvayət hesab olunur).[mənbə göstərin] == Toponimikası == Cəlilabad kəndi burada məskunlaşmış gülməmmədli nəslinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2523 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Əhali əsasən İslam dininə riayət edir. Qədim zamanlardan isə atəşpərəstlik buranın iqtidar dini mədəniyyəti olmuşdur.
Gülməmmədli (Goranboy)
Gülməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd Sovetindən Gülməmmədli kəndi Qırıqlı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Eminalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Gədəbəydən gəlmiş miskinli elatına mənsub Eminalı adlı şəxs bina etmiş və ona görə də kənd bir müddət onun, sonralar isə oğlu Gülməmmədin adı ilə adlandırılmışdır. Oykonim "Gülməmmədin nəslindən olanlar" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 273 nəfər əhali yaşayır.
Gülməmmədli bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülməmmədli soyu
Gülməmmədlilər
Gülməmmədov
Gülməmmədov — Soyad. Tanınmış nümayəndələriVüqar Gülməmmədov - Azərbaycan Respublikası dövlət xadimi. Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Əhməd ağa Gülməmmədov — İradə Gülməmmədova — Bakı şəhəri Apşeron rayon İcra Hakimiyyəti Başçısı. İrina Gülməmmədova - Tibb elmləri doktoru. Professor. Ukrayna elm xadimi. Daşqın Gülməmmədov — Aşina Türk Qarapapaq Şatı, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri. Osman ağa Gülməmmədov — Fərman Gülməmmədov- Tibb elmləri doktoru. Professor. Ukrayna elm xadimi.
Muraz Gülməmmədov
Natiq Gülməmmədov
Natiq Gülməmmədov (10 iyun 1955, Naxçıvan Muxtar Respublikası – 19 noyabr 2022) — Azərbaycanın tanınmış teatr xadimi. A. Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini. == Həyatı == Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "mədəni maarif" fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir. == İş fəaliyyəti == 1973–1979-cu illərdə Naxçivan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.
Osman ağa Gülməmmədov
Osman ağa Gülməmmədov — Azərbaycan Demokratik Respublikasının milli ordusunun zabiti, 3 dəfə Georgi xaçı kavaleri, "Müqəddəs Georgi" medalı (dördüncü, üçüncü və ikinci dərəcəli), polkovnik. Əhməd ağa Gülməmmədovun qardaşı. == Həyatı == Osman ağa Gülməmməd ağa oğlu 16 avqust 1892-ci ildə (Gəncə)Yelizavetpol quberniyasının Qazax qəzasındakı Salahlı kəndində bəy ailəsində anadan olmuşdu.O.Gülməmmədov 1914-cü il sentyabnn birindən 1917-ci ilin avqustunadək Birinci Dünya Müharibəsi illərində süvari alayında döyüşüb. Döyüş yolu Avstriya və Rum cəbhələrində olub. Sıravi əsgər kim xidmətə başlayan Osman ağaya 1915-ci ilin avqustunda kiçik uryadnik rütbəsi verilib. Həmin il Avstriya cəbhəsində Briqen şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. 1916-cı ilin mart ayında baş uryadnik və 1917-ci ilin iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub. 1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində bolşeviklərə qarşı vuruşub. Onun süvari dəstəsi düşməndən yüz altı nəfər aşağı rütbəli əsgər, üç zabit, bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb. Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın 15-də Bakı döyüşlərinin ən fəal iştirakçısı olub.
Rauf Gülməmmədov
Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad – 21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür. == Siyasi fəaliyyəti == Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur. Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır. Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. O, 18 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 751 nömrəli fərmanı ilə bu vəzifəyə yenidən təyin edilmiş, təyinatı həmin gün Ali Sovet tərəfindən təsdiqlənmişdir.
Tofiq Gülməmmədov
Tofiq Ataxan oğlu Gülməmmədov (9 may 1960, Naxçıvan – 16 yanvar 2020, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri. == Həyatı == === Təhsili === Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib. === Ailəsi === Ailəlidir, 1 övladı var. == Əmək fəaliyyəti == 1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə "Hərbi Vətənpərvərlik və Səlnamə" redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib. 2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub. Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edir. == Təltif və mükafatları == 2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb. == Vəfatı == Tofiq Gülməmmədov 16 yanvar 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Vaqif Gülməmmədov
Vaqif Yasın oğlu Gülməmmədov — alim, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Univeristetinin "Riyaziyyat" kafedrasının dosenti. == Həyatı == Gülməmmədov Vaqif Yasın oğlu 1958-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1975-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1980-ci ildə mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1980-1983-cü illərdə təyinatla Zaqatala rayonu Suvagil kənd 8 illik məktəbində müəllim, 1983-cü ildə Azərbaycan SSR Tədarük Nazirliyinin İnformasiya-hesablama mərkəzində mühəndis-proqramlaşdırıcı, 1983-1991-ci illərdə Azərbaycan SSR Geologiya İnstitutu Xüsusi geofizika cihazlar konstruktor bürosunda mühəndis, böyük mühəndis, 2-ci dərəcəli mühəndis vəzifələrində işləmişdir. 1989-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat" kafedrasında baş laborant, assistent, baş müəllim, və dosent vəzifələrində çalışmışdır. 1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. == Pedaqoji fəaliyyəti == Vaqif Yasın oğlu Gülməmmədov 21 illik pedaqoji staja malikdir. Universitetdə çalışdığı müddətdə tədris planına uyğun onun müxtəlif mövzularda açıq dərsləri təşkil edilmiş və müzakirə zamanı yüksək qiymətləndirilmişdir. Müxtəlif elmi seminarlarda elmi mövzularda müvəffəqiyyətlə çıxışlar etmişdir.
доку́ривание жва́чный запали́ться контррефо́рма метеочувстви́тельность пневмоко́кк политу́рный проду́бливать станда́ртно старт сурдопедаго́гика Я́блоня гелиотехни́ческий мозги размягчи́лись у кого-л президе́нтствовать пулемётно chuck-a-luck cryoprotective Hudson seal insufficiency key imports podal голубка приморье сойка