GÜLZAR
GÜLZARƏ
OBASTAN VİKİ
Gülzar
Gülzar (Kirman)
Gülzar (Kirman)
Gülzar (Deh Taziyan, Qəriyət əl Ərəb) — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,131 nəfər və 1,164 ailədən ibarət idi.
Gülzar (Mərənd)
Gülzar (fars. گل زار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (38 ailə).
Gülzar (Təbriz)
Gülzar (fars. گلزار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (18 ailə).
Gülzar Abdullayeva
Abdullayeva Gülzar Rza qızı (1914, Beyləqan rayonunun Şahsevən kəndi, - 01.05.1993, həmin kənddə) - Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Azərbaycan SSR Ali Sovetinin (IV - V çağırış) deputatı olmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Gülzar Mustafayeva
Gülzar Əliheydər qızı Mustafayeva (1958) — AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya elmlər doktoru. == Həyatı == Gülzar Əliheydər qızı Mustafayeva 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Yaminov Heydər Əliyansar oğlu AZNeft mədənləri idarəsində quyuların yeraltı təmiri ustası olmuşdur. Anası Yaminova Ədilə Əliyansar qızı evdar qadın olmuşdur. Gülzar Əliheydər qızı Mustafayeva 1976-cı ildə Bakı şəhəri 204 saylı orta məktəbi bitirmişdir. 1982–ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1982-ci ildən AMEA Zoologiya İnstitutunun “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları“ laboratoriyasının laborantı və dissertantı olmuşdur. 1990-ci ildə “Şərqi Azərbaycanın afelinidləri (Hymenoptera, Aphelinidae) və onların faunası, ekologiyası, təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (Bakı) . 2017-ci ildə “Azərbaycanda kənd təsərrüfatı , park-dekorativ bitkilərinə zərər verən bərabərqanadlılar (Homoptera: Coccoidea, Aleurodidea, Aphidoidea), onların parazit və yırtıcıları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == G. Ə. Mustafayeva 1982 - 1985-ci illərdə “Faydalı həşaratların introduksiyası və və akklimatizasiyası “ laboratoriyasında laborant, kiçik elmi işçi, 1990 - 2018-ci illərdə isə “Faydalı cücülərin introduksiyası və bioloji mübarizınin elmi əsasları“ laboratoriyasında böyük elmi işçi vəzifəsində calışmışdır.
Gülzar Qurbanova
Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. Moskvada kinematoqrafiya institutunu bitirib. Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir. == Fəaliyyəti == Yuğ Dövlət Teatrının aktrisasıdır. Kinoda 20-dən çox obraz yaradıb. == Ad və mükafat == "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015-ci il) Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar Artisti (2011) 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Qəm pəncərəsi (film, 1986)(tammetrajlı bədii film)(rol:Xudayarın qızı) İmtahan (film, 1987)(tammetrajlı bədii film)(rol: Qumru) Ölsəm...
Gülzar Rzayeva
Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi. == Həyatı == Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, milli məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir. 2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədr müavini olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb. Hal-hazırda Ali Məhkəmənin hakimidir.
Gülzar İbrahimova
İbahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Zəngəzur mahalı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H.Zərdabi mükafatçısı. == Həyatı və yaradıcılığı == Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965-1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ - nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir. 1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir.
Gülzar İmaməliyeva
Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. == Həyatı == İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Məhəmmədrza Gülzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Rakhi Gülzar
Rakhi Gülzar (15 avqust 1947, Ranaqxat[d]) 15 avqust 1947-ci ildə Hindistanda anadan olub. Əsasən hind dilində olan filmlərdə rol alıb. Təxminən 50 il ərzində 100-ə yaxın filmdə oynayıb. “Ən yaxşı qadın rolu”na görə Hindistanın “Filmfare Awards” milli mükafatının laureatı olub. 16 dəfə “Filmfare” mükafatına namizəd olub və bu onu aktrisalar arasında ən çox mükafata layiq görülən qadın aktrisa kimi tanıdıb. Rakhi “Utancaq”(1971), “Məhəbbət həyatdır” (1976), “Keçmşin kölgəsində” (1977), “Anlayışsızlıq” (1978), “Kölgəli xoşbəxtlik” (1981), “Qan qohumluğu” (1983), “Sevginin gücü” (1984) “Əriyən buludlar” (1985) filmlərində Şaşi Kapurla çəkilib. Onun digər tərəf-müqabili Amitabh Baççan olub. Birlikdə “Məhəbbət həyatdır” (1976), “Taleyin allahı” (1978), “Andlar və vədlər” (1978), “Qisas” (1979), “Qara daş” (1979), “Bir yağışlı gecə” (1981) «Təkrarolunmaz” (1982) filmlərinə çəkiliblər. Rakhi həmçinin “Ram və Lakhan” (1989), “Ölümlə oyun” (1993), “Zalım” (1993), “Karan və Arcun” (1995) və “Sərhəd” (1997) filmlərində də iştirak etmişdir.

Digər lüğətlərdə

отлива́ние поскрести́ токсикома́н укра́дчиво утончённый электроста́ль дебе́лость кастра́т манда́ не спуска́ть глаз пак па́чечная стрельба рапортова́ть таксидерми́ческий aerosol burry funicular jamesonite non progredi est regredi pre-election spearman нарасхват несостоятельность титульный убежать