GÜLƏRÜZ

GÜLƏRÜZ(LÜ) (şən, mehriban adam haqqında) Əşrəf hamının üzünə şən-şən gülər və hər kəsdə gülərüz görmək istərdi (A.Şaiq); [Nurəddin] həmişə deyib-danışan, gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmgin və məyus olub məktəb yoldaşlarından kənar durdu (S.S.Axundov); GÜLƏŞ Gülbədən: Cavan qocaya gedib. Ağıllı, dəlisov, güləş qaraqabağa (Ə.Cəfərzadə); GÜLƏŞSİFƏT(Lİ) İbrahim bəy orta yaşlı, güləşsifət oğlanı görəndə ixtiyarsız olaraq səksəndi (Ə.Vəliyev); ÜZÜGÜLƏR ..Gedib verib qol-qola üzügülər, mehriban; Həmin qız, həmin oğlan (M.Rahim); GÜLƏŞQABAQ(LI), ŞƏNÜZ(LÜ)

GÜLDƏSTƏ
GÜLƏRÜZLÜ
OBASTAN VİKİ
Göknur Gülərüz
Göknur Gülərüz (4 fevral 2003) — Türkiyə Qadın Futbolu üzrə Super Liqada Fənərbaxçada 21 nömrəli forma ilə çıxış edən türk qadın futbolçudur. O, Türkiyə millisində qapıçı kimi çıxış edir. Gülərüz, Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının da futbolçusu olub. == Həyatı == Göknur Gülərüz 4 fevral 2003-cü ildə Hatayın Antakya rayonunda anadan olub. O, orta məktəb təhsilini Hataydakı Özəl Birfen Kollecində tamamlayıb. == Klub Karyerası == Gülərüz futbol karyerasına 12 yaşında, orta məktəbdə təhsil alarkən başlayıb. O lisenziyasını 10 sentyabr 2015-ci ildə Hatay Defne Spor Birfen Kollecinin məktəb komandasından alıb. 2016-cı ilə qədər gənclər komandasında çıxış edib. O elə orta məktəbdə oxuyarkən Tavla Gençlikspora icarəyə verilib. Bu komandanın tərkibində Türkiyə Qızlar Gənclər Çempionatında və Türkiyə Qadınlararası Üçüncü Futbol Liqasında oynayıb.

Digər lüğətlərdə