gün
gün-gündüz 2021
OBASTAN VİKİ
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Gün
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Dirilik Suyu (1991)
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Gün keçdi
Gün keçdi — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Gün xan
Gün Xan - türk və altay mifologiyasında günəş xaqanı. Kün (Kön) Xan olaraq da bilinir. Oğuz xanın səmavi olan ikinci yoldaşından doğulan oğludur. Yer üzünün həyat qaynağı olan işıqları səbəbiylə Günəşə duyulan heyranlığın mifolojik dışavurumudur. Gün xanın onqonu Laçın (Şahin) kuşudur. Maviyə çalan bir rəngi vardır. Digər quşları ovlamaqda istifadə edilər. Gün Xan qızıl bir otağ (çadır) qurdurur. Sağ tərəfinə qırx qulac yüksəkliyindən bir dirək tikdirir. Üzərinə də qızıl bir toyuq qoydurur.
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. == Həyatı == Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) == Həyatı == Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.Prezident təqaüdçüsü olmuşdur.23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir.Millət vəkili Jalə Əliyevanın anasıdır. == Yaradıcılığı == Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlmişdir.Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etmişdir.Şairə Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilmişdir.2010-cu ildə Xalq artisti Aygün Kazımova Aygün Səmədzadənin Nurəngiz Günün sözlərinə bəstələdiyi "Yol gedirəm" mahnısını ifa etmişdir. === Kitabları === "Ağ qanadlar", 1986 "Günəşə dua", 1990 "Tanrı bəşər övladıdır", "Yol gedirəm", "Xocalı simfoniyası" == Filmoqrafiya == Var olun, qızlar...
Yüz gün
Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü. == Adaya gəliş == Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba . Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər . == Adada keçirdiyi dövr == Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
Dirilik suyu (film, 1991)
32-ci gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. == Tarixi == “Ağ gün”ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə “Marshmallow” şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə “Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, “Marshmallow Day” yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral - Valentin günündən düz bir ay sonra idi.
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti

Böyük gün (Pakistan)
Böyük gün (urdu یوم تکبیر‎)—Pakistanda 28 May I Çaqay və II Çaqayın anım günü olaraq milli gün kimi qeyd olunur. Testlər Pakistanı nüvə silahına sahib olan yeddinci və müsəlman dünyasında birincisi etdi. Dr.Əbül Qədir xan bu gündən sonra milli qəhrəman oldu == Etimologiya == Bu ifadə müsəlmanlar tərəfindən bir çox fərqli vəziyyətdə oxunur. Məsələn, çox xoşbəxt olduqları zaman, həddindən artıq stresli vaxtlarda, razılıqlarını ifadə etmək, bir dinləyicini tərifləmək və ya döyüş ağlaması (çağdaş Pakistan Ordusu tərəfindən istifadə olunur). İslam dünyasında, alqışlar əvəzinə tez-tez kimsə təkbir və ya Nari-e-Takbir (urdu və ya fars dilində) qışqırır və camaat Allahu Əkbərlə (Allah böyükdür) cavab verəcəkdir. Söz müsəlman dualarında da istifadə olunur. Pakistan hökuməti, günün hansı adla qeyd ediləcəyi barədə qərar vermək üçün millətdən təklif istədi. Bu gün üçün ad seçmək üçün ölkə miqyasında kampaniya başlandı. Milyonlarla pakistanlı tərəfindən minlərlə ad təklif edildi. Bu ad birdən çox şəxs tərəfindən təklif edilmişdir.
Gün Keçdi (1971)
Gün keçdi — kinorejissor Arif Babayevin filmi. == Məzmun == Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir… Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi.
Gün Səhər (qəzet)
Gün Səhər - Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin fevral ayında yaradılıb. Təsisçis «GÜN» müstəqil yayım şirkəti. Baş redaktoru Qabil Abbasoğludur. == Tarixi == “Gün səhər” qəzeti 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.
Gələcək gün (roman)
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Sıfır-gün hücumları
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur.Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir.“Sıfır-gün” termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də “sıfır gün proqramı” buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. == Adın mənşəyi == Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır. Xakerlər proqram təminatındakı zəifliklə tanış olduqdan sonra həmin boşluğu öz xeyrinə dəyişməyə çalışır və zaman onların xeyrinə işləyir yəni getdikcə problemin aradan qaldırılma ehtimalı azalmağa başlayır. == Hücum istiqamətləri == Zərərli proqram yazanlar sıfır-gün zəiflikləri bir neçə istiqamətdə mənfi məqsədlər üçün istifadə edə bilər.
3096 gün (film, 2013)
3096 gün (alm. 3096 Tage‎) — rejissor Şerri Hormannın filmi. Baş rolları Antonia Kempbell-Hyuiz və Ture Lindhardt oynayır. Film 10 yaşında texnik Volfqanq Priklopil tərəfindən oğurlanmış və 8 il müddətində əsir saxlanılan Nataşa Kampuş adlı avstriyalı qızın eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır. == Süjet == 1998-ci ilin mart ayında, məktəbə gedən 10 yaşlı Nataşa Kampuşu texnik Volfqanq Priklopil oğurlayır. O qızı Ştrashof an der Nordbanda yerləşən evinə gətirir. Nataşa eyni zamanda onun üçün həm işçi, həm də məşuqəyə çevrilir. İlk vaxtlar Volfqanq öz qurbanını evdən heç bir yerə buraxmır, lakin sonralar özü ilə birgə onu küçəyə çıxarır. O hətta Nataşanı xizək gəzintisinə də aparır. Orada Nataşa kömək diləyi ilə tualetdə bir qadını xahiş edir, lakin həmin qadın rusiyalı turist olur və onun dediyini anlamır.

Значение слова в других словарях

бандажи́ безуны́вный вы́тесать кова́ло краскова́рня непредотврати́мо несро́дный побра́ниваться помеча́ть табло́ ши́шечный консте́бль на полном газу́ недублёный отка́тывать пове́рхностный шорш atticism back-axle sawset virginium виконт облегать перевирать свататься