GÜMRAHİ
GÜNAHKAR
OBASTAN VİKİ
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
Ölümcül günah
Ölümcül günah — Xristianlıqda, tövbə edilməzsə ruhun xilas edilməsini itirməsinə səbəb olan ağır günahdır. Bu termin, ağır və adi günahları fərqləndirən inancın inkişaf etdirildiyi katolik ilahiyyatında geniş istifadə olunur. Eynilə, bu termin bəzi qeyri-katolik kilsələrində, o cümlədən pravoslavlıqda da istifadə olunur. Ancaq orada ölümcül günahın dəqiq bir katolik doktrinasında yer alan belə bir tərifi yoxdur. Pravoslavlıqda səkkiz, katoliklikdə isə yeddi ölümcül günahdan ibarət sistem qəbul edilir. == Katolisizmdə ölümcül günah == Katolik Kilsəsinin ölümcül günahla bağlı rəsmi təlimi (və onun adi günahlardan fərqləri) dogmatik olaraq müəyyən edilmişdir, yəni katoliklər üçün imanın məcburi elementidir. Bu, Tredent Kafedralı (lat. Tridentum) tərəfindən elan edilir. Müasir dövrdə bu, Papa II İohann Pavelin "Barış və Tövbə" (lat. Reconciliatio et Paenitentia) Apostol Müraciətində təkrarlanır, burada Tredent Kafedralının tərifindən sonra ölümcül günahın tərifi belə ifadə edilir: "Ölümcül günah odur ki, ciddi materiya (vacib məsələlərə) aiddir və bundan əlavə, tam şüurla və tam razılıqla törədilib".
İlk günah
İlk günah — Adəm və Həvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu. Yaradılış kitabının 3-cü fəslində Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. == Mənbə == Aydın Əlizadə (2007).
Yeddi ölümcül günah
Yeddi ölümcül günah — Xristianlıq inanclarına görə Yeddi böyük günah, Əsas günahlar, Kardinal günahlar kimi də tanınan, Roma-Katolik kilsəsinin yanaşmaları əsasında Papa I Qriqori tərəfindən hazırlanmış və insanların həyatı boyunca yayınmalı olduğu yeddi əsas günahdır. Yeddi ölümcül günahdan Əhdi-Cədidin qalatiyalılardan bəhs edən bölməsində Yeddi Şeytani hərəkət kimi bəhs olunur. Dante Aligyeri yazdığı "İlahi komediya" əsərində tez-tez Yeddi ölümcül günah məsələsinə toxunmuşdu. == Yeddi ölümcül günah == Bu günahların latınca adlarının ilk hərflərindən meydana gələn SALİGİA sözü Yeddi ölümcül günahın digər adıdır. Yeddi ölümcül günaha aşağıdakılar daxildir: Superbia (ing. pride): qürur, özündən razı olmaq. Avaritia (ing. greed): acgözlük. Luxuria (ing. lust): şəhvət düşkünlüyü.
Günah ulduzlarımızdadır (film, 2014)
Günah ulduzlarımızdadır (ing. The Fault in Our Stars) — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film == Məzmun == 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır. == Rollarda == Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank == Premyerası == Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim.
Almanın günahı (film, 2014)
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara...Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması...Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır.Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. == Məzmun == Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ey ata, ey ana, biz günahkarıq — Dr.
Günahkar (roman)
Günahkar — Orxan Kamalın yazdığı və 1957-ci ildə nəşr olunan roman. == Məzmun == Ədəbiyyatımızın ümid və nikbin qələmi olan Orxan Kamal kriminalda həyat oyunlarına qarşı xəyalları və xəyalları ilə sağ qalmağa çalışan balaca bir uşağın erkən və ağrılı macərasından bəhs edir. Orxan Kamalın məşhur "Küçələrin uşağı" romanının birinci cildi olan "Günahkar" həyatın və uşaqları küçələrə aparan ağrılı yolun hekayəsidir. Orxan Kamalın kitabları oxucunun həyatda rastlaşa biləcəyi nadir xəzinələrdəndir. Çox az yazıçı oxucusunu formalaşdırdığı qədər oxucu dünyasında iz qoyur. Orxan Kamal ümid və nikbinliyi bərpa etmək üçün bizə yol göstərir.
Günahkar (serial, 2015)
Günahkar — 2015-ci ilin istehsalı olan Azərbaycan teleserialı. == Məzmun == Serialda hadisələr təsadüf nəticəsində baş verən bir cinayətin üzərində cərəyan edir. Məhz həmin hadisə iki ailə arasında qan davasına çevrilir. == Filmin heyəti == === Aktyorlar === Kəmalə Quliyeva — Əsmər Əli Əliyev — Səlim Şahin Cəfərov — Səməndər Samirə Cavanşir — Zeynəb Ramiz Xəlifə — Həsən Rüfət Quliyev — Kərim Dilqəm Dadaşov — Daşqın Abbas Əlioğlu — Bəkir Zamir Əlioğlu — Cavanşir Rəvanə Mamerzayeva — Nərgiz Fərid Xəlilov — Coşqunvə başqaları.
Günahlar Şəhəri
Günahlar Şəhəri (film)
Günahlar şəhəri (ing. Sin City) — 2005-ci ildə rejissor Robert Rodriges tərəfindən Frenk Millerin qrafik romanları əsasında çəkilmiş, ABŞ istehsalı olan bədii film. Film ayrı-ayrılıqda 4 hissədən ibarətdir: "Müştəri həmişə haqlıdır", "Ağır sağollaşma", "Böyük şirin ölüm" və "Bu sarı əclaf". == Baş rollarda == === Müştəri həmişə haqlıdır === Coş Hartnett Merli Şelton === Ağır sağollaşma === Mikki Rurk-Marv Ceymi Kinq-Qoldi\Vendi Karla Qucino-Lusill Elayca Vud-Kevin Rutger Hauer-kardinal Patrik Henri Rurk Ceyson Duqlas-killer Frenk Miller-keşiş === Böyük şirin ölüm === Klayv Ouen-Dvayt Makkarti Benisio Del Toro-detektiv Cek Rozario Douson-Geyl Maykl Klark Dunkan-Menyut Aleksis Bledel-Bekki Devon Aoki-Mixo Brittani Merfi-Şeyli Patrisia Vonne-Dallas === Bu sarı əclaf === Brüs Uillis-detektiv Xartiqan Cessika Alba-Nensi Kallaxan Nik Stal-Kiçik Rork\sarı əclaf Pauers But-senator Rork Maykl Medsen-Bob Makenzi Veqa-gənc Nensi == Digər == Filmin 2-ci hissəsi artıq produksiyadadır. Məlumdur ki,o Frenk Millerin "Qadın,hansına görə ki öldürməyə dəyər" romanı olacaq. Film 2009-ci ildən tez çıxmayacaq. Söhbətlərə göre Mikki Rurk yenə filmde rol alacaq, film üçün düşünülən ve yaxud oynayacağı haqqında Hollivud camiyasında sözü gəzən aktyorlar arasında Conni Depp, Antonio Banderas və Ancelina Coli də var.
Günahlar şəhəri (film, 2005)
Günahlar şəhəri (ing. Sin City) — 2005-ci ildə rejissor Robert Rodriges tərəfindən Frenk Millerin qrafik romanları əsasında çəkilmiş, ABŞ istehsalı olan bədii film. Film ayrı-ayrılıqda 4 hissədən ibarətdir: "Müştəri həmişə haqlıdır", "Ağır sağollaşma", "Böyük şirin ölüm" və "Bu sarı əclaf". == Baş rollarda == === Müştəri həmişə haqlıdır === Coş Hartnett Merli Şelton === Ağır sağollaşma === Mikki Rurk-Marv Ceymi Kinq-Qoldi\Vendi Karla Qucino-Lusill Elayca Vud-Kevin Rutger Hauer-kardinal Patrik Henri Rurk Ceyson Duqlas-killer Frenk Miller-keşiş === Böyük şirin ölüm === Klayv Ouen-Dvayt Makkarti Benisio Del Toro-detektiv Cek Rozario Douson-Geyl Maykl Klark Dunkan-Menyut Aleksis Bledel-Bekki Devon Aoki-Mixo Brittani Merfi-Şeyli Patrisia Vonne-Dallas === Bu sarı əclaf === Brüs Uillis-detektiv Xartiqan Cessika Alba-Nensi Kallaxan Nik Stal-Kiçik Rork\sarı əclaf Pauers But-senator Rork Maykl Medsen-Bob Makenzi Veqa-gənc Nensi == Digər == Filmin 2-ci hissəsi artıq produksiyadadır. Məlumdur ki,o Frenk Millerin "Qadın,hansına görə ki öldürməyə dəyər" romanı olacaq. Film 2009-ci ildən tez çıxmayacaq. Söhbətlərə göre Mikki Rurk yenə filmde rol alacaq, film üçün düşünülən ve yaxud oynayacağı haqqında Hollivud camiyasında sözü gəzən aktyorlar arasında Conni Depp, Antonio Banderas və Ancelina Coli də var.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (film, 2014)
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. == Süjet == Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). == Kastinq == Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Günahsız Abdulla (film, 1984)
== Məzmunu == Abdulla (Mikayıl Mirzə) sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi. == Televiziya tamaşası haqqında == Film Mixail Cavaxişvilinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. == Səhvlər == Hakim Abdullanı dindirəndə onun əlləri arxadan bağlıdır. Lakin növbəti kadrların birində "mən günahsızam" deyərək əllərini önə doğru uzadır. Bir kadr sonra isə onun əlləri yenə də bağlıdır.
Günahsız adam
Günahsız adam (Hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. == Rollarda == Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. == Mövzusu == "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Mənim günahım (film, 1985)
== Məzmun == Bəzən elə olur ki, vəzifə insana xoşbəxtlik gətirmir. Əksinə insanın əlindən ən müqəddəs saydığı amilləri alıb aparır. Lakin bu amilləri qoruyub saxlamaq çox çətindir və bir çox fədakarlıqlar tələb edir... Sahiblə (Rəfael Dadaşov) Nurcahan (Amaliya Pənahova) aralarındakı yaş fərqinə baxmayaraq xoşbəxt ömür-gün yoldaşıdırlar. Nurcahan 40 yaşında və tezliklə səhnəylə vidalaşmağa məcbur olan balerinadır. Sahibin şəhərin sədri seçilməyi ona sanki bir təskinlik verir. Lakin tezliklə vaxtilə Sahibə yardım edən şəxslər indi ondan çox böyük xahişlər edirlər. Sahib isə öz vicdanına qarşı gələ bilmir və bu dələduzların xahişlərini rədd edir. Beləliklə bu paxıl, mərdiməzar və aravuranlar Sahiblə Nurcahanın ailə həyatına zərbə endirməyə çalışırlar. Və nəticədə onların xoşbəxt ailə həyatı dağılır.
Qaliblər və Günahkarlar (film, 1983)
Qaliblər və Günahkarlar (ing. Winners and Sinners, çin. 奇謀妙計五福星) — film 1983 ildə Honq Konqda Sammo Hunun rejissorluğu ilə çəkilmişdir.Sammo Hun rejissorluğu ilə bərabər filmdə baş rolu oynayır. = Məzmun = Beş məhbus — Çaydan, Kıvırcık, İşlənmiş Boru, Vaseline və Başlayan dost olur. Bir təcrübəsiz şirkətdə liderlik rolunu oynayır, digərləri isə Çaynikə lağ edir. Həbsdən sərbəst buraxıldıqdan sonra beş dost buruq saçlı bacısı Şirley ilə bir araya gəldi və Beş Ulduz Təmizləmə Co adlı bir təmizlik şirkəti tapır. Beşinin bir çoxunun Şirliyə vurmağa çalışmasına baxmayaraq, Kettle nəticədə bu məsələdə müvəffəq olur. Altıncı məhkum, varlı Çan Çiu, eyni gündə beş dostu ilə birlikdə sərbəst gedir. Sərbəst buraxıldıqdan sonra növbəti cinayət layihəsi — Amerika kriminal avtoriteti ilə saxta Amerika və Honq Konq valyutası ticarəti üzərində işə başlayır. Çan Çiu oğlunu sürətli konkisürmə yarışında mübadilə etmək üçün göndərir, ancaq oğlanın diqqətsiz davranışı iki quldurun diqqətini çəkir.
İslamda böyük günahlar
Böyük günahlar İslamda cəhənnəm əzabı vədəsi verilmiş günahlar hesab olunur. == Böyük günahlar == Allaha şərik qoşmaq Allahın rəhmətindən ümidsizlik Allaha qarşı pis güman Allahın məkrindən əmin-amanlıq Nahaqdan adam öldürmək Valideynin üzünə ağ olmaq Qohumluq əlaqələrini kəsmək Yetim malını yemək Sələmçilik Zina Ləvat (homoseksualizm) Qəzf — namus böhtanı (iffətli müsəlman qadına və ya kişiyə livat, yaxud zina töhməti vurmaq) Şərab içmək Qumarbazlıq Ğina Yalan danışmaq (Yalandan and içmək, Yalandan şahidlik etmək) Şahidlik etməkdən boyun qaçırmaq Əhd-peymanı pozmaq Əmanətə xəyanət etmək Oğurluq Çəkidə aldatmaq Haram mal yemək Haqqın həbs edilməsi (imkanı olan halda haqqın qaytarılmaması) Cihaddan qaçmaq Hicrətdən sonra təərrüb (Ərabi səhrada yaşayıb din, ədəb və onun qayda-qanunlarından xəbərsiz və onlara qarşı etinazçı olan şəxslərə deyilir.) Zalımlara kömək etmək Məzlumlara kömək etməmək Sehrbazlıq İsrafçılıq Təkəbbürlük Müsəlmanlarla müharibə Murdar ət yemək Bilərəkdən namazı tərk etmək Zəkat verməmək Həcci yüngül saymaq Vacib əməllərdən birini tərk etmək Günaha təkid etmək və günahı kiçik saymaq Qeybət Söz gəzdirmək Möminin ələ salmaq Söyüş və tənə vurmaq Mömini kiçiltmək Mömini rüsvay və məzəmmət etmək Şeir vasitəsilə möminə hörmətsizlik Qonşuya əziyyət etmək Hiyləgərlik İkiüzlülük Ehtikar (ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq), monopoliya Həsəd Möminlə düşmənçilik etmək Müsahiqə (eyni cinsdən olan insanların çılpaq maneəsiz bir yoğan-döşəkdə yatması) Riyadət və risayət İstimna (onanizm) Bidət Nahaq hökm vermək Haram aylarda müharibə etmək Allah yolundan saxlamaq Nankorluq (nemətlər qarşısında) etmək Fitnə törətmək Kafirlərə silah satmaq Böhtan və pis güman Qurana hörmətsizlik Kəbəyə hörmətsizlik Məscidlərə hörmətsizlik Müqəddəs məkanlara qarşı hörmətsizlik == Böyük günah olması ehtimal edilən günahlar == Nəcis olmuş şeyi yemək və ya içmək Yaxşını pisdən ayırd etməyi bacaran uşaq yanında övrəti açmaq Başqasının övrətinə baxmaq (ər-arvad istisnadır) Cənabət, heyz və nifas halında məscidlərdə durmaq Kişinin xalis ipək və xalis qızıldan istifadə etməsi Kişilərin özünü qadınlara, qadınların isə kişilərə oxşatması Naməhrəmə şəhvət gözü ilə baxmaq Birinin icazəsi olmadan məktubunu oxumaq Birinin icazəsi olmadan evinin içərisinə (həyətinə) baxmaq Azdırıcı ədəbiyyatların saxlanılması və yayılması.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. == Süjet == Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). == Kastinq == Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Mənim günahım (film)
Mənim səhvim (isp. Culpa mía) – 2023-cü ildə çəkilmiş ispan romantik dram filmi. Dominqo Qonzalesin rejissor kimi ilk işidir və baş rollarda Nikol Volles və Qabriel Qevaradır. Film Mersedes Ronun eyniadlı Wattpad hekayəsinə əsaslanır. == Məzmun == Noy anasının yeni ərinin malikanəsinə köçmək üçün şəhərini, sevgilisini və dostlarını tərk etməlidir. Orada o, yeni ögey qardaşı Nik ilə tanış olur və onların şəxsiyyətləri əvvəldən toqquşur. Lakin aralarında istəmədikləri şəkildə məhəbbət münasibətləri başlayır. == Rollar == Nikol Volles Noy rolunda. Qabriel Gevara Nik rolunda. Marta Azas Rafaella rolunda.

Digər lüğətlərdə

забре́дить изме́ннический конвейеризова́ться не к ма́сти подвя́литься прогресси́зм солда́тишка электромузыка́льный неве́дение отрезви́ться предсказа́тельный украша́ться петь campo copy crayer haddocker hispid joint account stay-in благожелательный великан недополучить обобществлённый плитка