GÜNBƏD

GÜNBƏD, GÜNBƏZ

f. bax künbəd, künbəz. Günbədi (günbəzi)-dəvvar dolanan günbəz; göy, səma; günbədi (günbəzi)-lacivərd buludsuz göy; mavi səma; günbədi (günbəzi)-mina səma, göy.

GÜNAHKAR
GÜNBƏZ
OBASTAN VİKİ
Günbəd
Günbəd (Tikantəpə)
Dərb Günbəd
Dərb Günbəd — İranın Luristan ostanının Kuhdəşt şəhristanının Dərb Günbəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,119 nəfər və 451 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir və lək dilində danışırlar.
Günbəd (Bostanabad)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 387 nəfər yaşayır (71 ailə).
Günbəd (Tikantəpə)
Günbəd (fars. گنبد‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (37 ailə).
Günbəd (Urmiya)
Günbəd (fars. گنبد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (138 ailə).
Günbəd (Xoy)
Günbəd (fars. گنبد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Günbəd (İcrud)
Günbəd (fars. گنبد‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (31 ailə).
Günbəd (Əcəbşir)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 301 nəfər yaşayır (77 ailə).
Yalə Günbəd
Yalə Günbəd (fars. يله گنبد‎), İmamzadə və ya İmamzadə Yeləgümbəz — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 429 nəfər yaşayır (105 ailə).
Dairəvi Günbəd Türbəsi
Dairəvi Günbəd Türbəsi – İranın Marağa şəhərində, hicri 563 – cü ilin rəcəb ayında (miladi 1167 aprel ayı) inşa edilmiş türbə. Kürsülüyü iri daş lövhələrlə üzlənmiş dairəvi günbədin silindrik gövdəsi kərpicdən hörülmüşdür. Onun plan biçimi bayırda dairəvi olduğu halda içəridə onbucaqlıdır. İç üzlərin hər birində dayaz tağça verilmiş, şimal üzü qapı üçün ayrılmışdır. Dairəvi Günbəd də digər Marağa türbələri kimi ikiqatlıdır. Türbənin sərdabəsi daş kürsülüyün içərisindədir. Kərpic qüllənin yuxarısı dağılmışdır. Buna baxmayaraq türbənin silindrik qülləsinin içəridə sferokonik, bayırda konusvari günbəzlə tamamlandığı bəllidir. XI – XIII əsr Azərbaycan memarları silindrik tutuma girişin monumental baştağ şəklində birləşdirilməsi yolu ilə uğurlu memarlıq-məkan həllini işləyib hazırlamışdılar. Dairəvi Günbəddə baştağ iri ölçülü olmaqla türbənin ən zəngin bəzəkli elementidir.
Göy Günbəd Türbəsi
Göy Günbəz Türbəsi və ya Göy Günbəd Türbəsi — Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən və Möminə Xatun Türbəsinin təsiri ilə inşa edilmiş Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. == Memarlıq xüsusiyyətləri == Göy Günbəz Səlcuq memarlığının səkkizbucaqlı qülləvari türbələrindən biridir. Göy Günbəzin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəz Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır. Bununla belə marağalı memar öz böyük naxçıvanlı həmvətənini yamsılamaqdan uzaq olmuşdur. Mömünə Xatun türbəsində incəlik, təntənə klassik ciddiliyə tabe edildiyi halda, Göy Günbəz türbəsində dekorativlik, bədii şuxluğa üstünlük verilmişdir. Hətta Göy Günbəzin üst yazı qurşağı da kufi xəttinin daha dekorativ növü ilə yazılmışdır. Göy Günbəz türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara tuş gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girihlər daha sıx quruluşlu olub, dayaz relyeflidir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Qırmızı Günbəd Türbəsi
Qırmızı Günbəz Türbəsi (az.-əbcəd قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. == Türbənin tarixi == 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır. Cəmiyyətin zəngin təbəqələrinin artan tələbatından irəli gələn inşaat və memarlıq işləri geniş vüsət alır.
Üç Günbəd Türbəsi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. == Tarixçəsi == Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir.El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. == Memarlıq xüsusiyyətləri == Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır. Konusvari biçimi olmuş bayır günbəzi dağılmışdır.
Üç Günbəd-i Sultan (Bicar)
Üç Günbəd-i Sultan (fars. اوچ گنبدسلطان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (29 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Üç Günbəd-i Xan (Bicar)
Üç Günbəd-i Xan (fars. اوچ گنبدخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 330 nəfər yaşayır (77 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kitabi-Dədə Qorqud (Günbəd nüsxəsi)
"Kitabi-Dədə Qorqud" dastanının Günbəd nüsxəsi — dastanın Qacar dövrünə aid, Azərbaycan dilində yazılmış variantı. Əsərin tərkibinə Vatikan və Drezden əlyazmalarında olmayan, Salur Qazanın 7 başlı əjdahanı öldürməsi ilə bağlı 13-cü bir boy daxildir. == Xüsusiyyətləri == "Kitabi-Dədə Qorqud" dastanının III nüsxəsi 2018-ci ildə Tehran kitabxanasında ortaya çıxmışdır. Nüsxəni satan şəxs Qacar soyundan gəldiyini və nüsxənin Ağaməhəmməd şah Qacar kitabxanasından yadigar qaldığını qeyd etmişdir. Əsər XVIII əsrə aiddir, Azərbaycan dilinin cənub qrupu, daha dəqiq Təbriz dialekti xüsusiyyətlərini özündə əks etdirir.Əsərin İran türkmənləri ilə əlaqəsi Türkmənsəhrada yaşayan bir türkməndən satın alınmasından ibarətdir və əsərin dilində türkmən dilinin xüsusiyyətləri yoxdur. Əlyazmada əsərin Mərvdən İrana gəldiyi yazılsa da, dil xüsusiyyətlərinin tamamilə Azərbaycan türkçəsinə aid olması ilə bağlı olaraq bu məlumatda yanlışlıq olduğu fikirləşilir.Əsərin tərkibinə Vatikan və Drezden əlyazmalarında olmayan adsız, 13-cü bir boy vardır. Boy Salur Qazanın 7 başlı əjdahanı öldürməsi ilə bağlıdır. Yeni boyun mövcudluğu və fərqli soylamalar onu göstərir ki, bu dastan Vatikan və Drezden əlyazmalarına yox, başqa bir qaynağa əsaslanır. Yeni dastan "Kitabi-Dədə Qorqud" hekayə söyləyiciliyinin və yazmalarının XVIII əsrə qədər mövcudluğunu saxladığını göstərir. Bu əsərin köməkliyi ilə Azərbaycan dilinin geriyə doğru, XVIII əsrə qədər vəziyyətini müşahidə etmək mümkündür.
Güllübulaq-i Günbədli (Həştrud)
Güllübulaq-i Günbədli (fars. گلي بلاغ گنبدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (12 ailə).
Günbədan (Sərab)
Günbədan (fars. گنبدان‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (60 ailə).
Günbədkavus
Günbədkavus və ya Günbədqabus — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Günbədqabus şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 127.167 nəfər və 30.710 ailədən ibarət idi .Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar. türkmənlərdən əlavə, mazandaranlılar və s...də az sayda bu şəhərdə yaşayırlar.
Günbədkavus şəhristanı
Günbədkavus şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Günbədqabus şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 283,331 nəfər və 63,482 ailədən ibarət idi.
Günbədqabus
Günbədkavus və ya Günbədqabus — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Günbədqabus şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 127.167 nəfər və 30.710 ailədən ibarət idi .Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar. türkmənlərdən əlavə, mazandaranlılar və s...də az sayda bu şəhərdə yaşayırlar.
Günbədqabus şəhristanı
Günbədkavus şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Günbədqabus şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 283,331 nəfər və 63,482 ailədən ibarət idi.

Digər lüğətlərdə

залёживаться неравноме́рно обушо́к переве́ска разъездно́й рыболове́цкий успокои́тель вечера́ми изюбрёнок краеугольный камень лассо́ непредви́денный сы́гранный томи́ться cheezit formicate fumify gee inconsiderateness land retirement sabbat youngish витой запечатлеться недород