Qış gündönümü
Yerin günəş ətrafında hərəkət etdiyi yola yerin orbiti deyilir. Yer bu yolu saniyədə 29,8 km sürətilə qət edir və Günəş ətrafında tam dövrünü 365 gün 6 saata (5 saat 48 dəq.46 saniyə) başa vurur. Yerin günəş ətrafında fırlanmasının nəticəsində fəsillər yaranır.
23 sentyabr payız gecə-gündüz bərabərliyindən sonra, günəş cənub yarımkürəsinə 22 dekabra doğru hərəkət edir. Belə ki, 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyi, yəni cənub tropik xətti üzərində zenitdə olur. Yəni, cənub tropiki xətti üzərinə günəş 90 dərəcə bucaq altında düşür. Günəş cənub yarımkürəsinə keçən kimi, cənub qütbündə 6 ay gündüz, şimal qütbündə isə 6 ay gecə baş verir. 22 dekabrda cənub qütb dairəsində tam 1 gün gündüz, şimal qütb dairəsində isə tam 1 gün gecə olur. Belə ki, bu gün qış gündönümü adlanır.