güney
günəmuzd
OBASTAN VİKİ
Günəbaxan
Günəbaxan (lat. Helianthus) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == Günəbaxanın vətəni Amerikadır. Yabanı halda Meksikada və Peruda təsadüf edilir.[mənbə göstərin] Avropaya XVI əsrdə Meksikadan gətirilib və uzun müddət bəzək bitkisi kimi istifadə olunub. Hündür birillik bitkidir. Yarpaqları iri,bütöv ayalıdır, gövdə üzərində spiral şəklində düzülür, çiçəklər gövdənin təpə hissəsində səbət çiçək qrupunda toplanır. Səbətin diametri 30 sm-ə bərabər olur. Səbət alt tərəfdən bir-birinə bitişmiş yaşıl sarı yarpaqları ilə örtülmüşdür. Səbətdə minə qədər çiçək olur. Burada toplanmış çiçəklər boru və dilcikşəkillidir.
Adi günəbaxan
Adi günəbaxan (lat. Helianthus annuus) — günəbaxan cinsinə aid bitki növü.Hündürlüyü 1–2 metrə qədər olan birillik ot bitkisidir. Növbə ilə yerləşən iri, üçkünc — ürəkvarı yarpaqları vardır. Gövdəsinin yuxarısındakı yarpaqları ellipsvarıdır. İri səbət şəklində qızılı-sarı rəngli çiçəkləri və bərk qabıqlı dənəcik meyvəsi olur. Meyvələrinin toxumu yağlıdır, xoş ətirlidir. Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Adi günəbaxan Azərbaycanın əksər rayonlarında becərilir. Yerarmudu günəbaxan isə ancaq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitunun ərazisində becərilir. Yeyinti sənayesində, eləcə də təbabətdə günəbaxanın toxumlarından istifadə edilir.
Günəbaxan (Marağa)
Günəbaxan (fars. گونه باخان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Günəbaxan südləyən
Günəbaxan südləyən (lat. Euphorbia helioscopia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Euphorbia dominii Rohlena Euphorbia helioscopia subsp. dominii (Rohlena) K.Malý Euphorbia helioscopia subsp. helioscopia helioscopia Euphorbia helioscopia subsp. helioscopioides (Loscos & J.Pardo) Nyman Euphorbia helioscopia f. litoralis (Hurus.) Oudejans Euphorbia helioscopia f. major (Mutel) Oudejans Euphorbia helioscopia var. major Mutel Euphorbia helioscopioides Loscos & J.Pardo Euphorbion helioscopium (L.) St.-Lag. Galarhoeus helioscopius (L.) Haw.
Günəbaxan yağı
Günəbaxan yağı – günəbaxan tumundan alınan yağ. == Tarixi == Günəbaxan yağının tarixi 1829 – cu illərə təsadüf edir. Belə ki, ilk dəfə indiki Belqorod əyalətinin ərazisində yerləşən Alekseyevka kəndində yaşayan adi kəndli Daniil Bokarev günəbaxan tumundan kəhrəba rəngli məhsul – yağ almışdır. Bu ideyanı Daniil Bokarev düşünməsə idi, bu vaxta qədər ruslar XVIII əsrin əvvəllərində Hollandiyadan gətirilmiş bu qəribə çiçəyin tumunu çırtlayır və digər təyinatlarından isə xəbərsiz olaraq qalacaqdılar. == Yağ çəkilməsinin üsulları == Bu gün Bokarev tərəfindən düşünülmüş fikir soyuq sıxma adlanır. Bu üsuldan cənub kəndlərində hələ də istifadə edilir. Soyuq sıxma zamanı yağ çox dadlı və ətirli alınır, onun tərkibindəki bioloji aktiv komponentlərin demək olar ki, hamısı saxlanılır. Bir şey pisdir ki, soyuq sıxmanın uzun müddət saxlanıla bilmir, tezliklə acı dad verir. Lakin insanlar rəngi solmuş yağa 1 litr üçün bir çay qaşığı olmaqla duz əlavə edərək bir neçə gün saxlayırlar və başqa bir butulkaya tökürlər, çöküntünü isə əvvəlki butulkada saxlayırlar. Günəbaxan tumları isti sıxmaya yerləşdirildikdə, artıq günəbaxan deyil, dağılmış məhsulların ətrini verən intensiv rənglənmiş yağ alınır.
Kökyumrulu günəbaxan
Yerarmudu, köküyumru günəbaxan və ya topinambur (lat. Helianthus tuberosus) — günəbaxan cinsinə aid bitki növü. == Sinonim == Helianthus esculentus Warsz. Helianthus serotinus Tausch Helianthus tomentosus Michx. Helianthus tuberosus var. subcanescens A.Gray Helianthus tuberosus f. tuberosus Helianthus tuberosus var.
Günəbaxanlar
Günəbaxanlar (fr. Tournesols) — Holland rəssamı Vinsent van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş rəsm əsəri. == Haqqında == Günəbaxanlar Holland rəssamı Vinsent van Qoqun iki silsilə rəsmlərinin adıdır. Birinci seriya 1887-ci ildə Parisdə yerinə yetirilmişdir. O, yerə sərilmiş güllərə həsr olunmuşdur. İkinci seriya bir il sonra Arlda yerinə yetirilmişdir. O, vazdakı günəbaxanların təsvirini verir. Həmin şəkil ikinci seriyaya daxildir və 15 günəbaxanı təsvir edir. Çiçəklər tez solurdu və Van Qoq onları ilk görünüşdən çəkirdi, boyaları çox qatı vururdu( buna impasto texnikası deyilir), onları birbaşa tübikdən kətan üzərinə sıxıb yaxırdı. Şəklin fakturası çox qabarıq və kələ-kötür idi, bunun da nəticəsində elə təsəvvür yaranır ki, boyalar kətanın səthindən çıxır.
Günəbaxanvari güləvər
Günəbaxanvari güləvər (lat. Centaurea solstitialis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Yerarmudu günəbaxanı
Yerarmudu, köküyumru günəbaxan və ya topinambur (lat. Helianthus tuberosus) — günəbaxan cinsinə aid bitki növü. == Sinonim == Helianthus esculentus Warsz. Helianthus serotinus Tausch Helianthus tomentosus Michx. Helianthus tuberosus var. subcanescens A.Gray Helianthus tuberosus f. tuberosus Helianthus tuberosus var.

Значение слова в других словарях

-ественн-(ый) во́роновые мсти́тель шипу́н шлифова́льный интригова́ть обмоло́тки определя́ть пи́лочка са́йда слайд-витра́ж творе́ние впросак April Fools' day causal clericalize dizzy endear gonna hup pale- program rebellious ростовщический шлёпаться