GƏDA

is. [ fars. ]
1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad.
Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini… Aşıq Ələsgər.
[Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər gəda. Ə.Haqverdiyev.
[Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur. A.Divanbəyoğlu.

2. məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. ( Ata. sözü ).
Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm. Aşıq Ələsgər.
Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda. H.Cavid.

// məc. Dilənçi, fəqir, yazıq, binəva.
Camalın sədqəsi, hüsnün zəkatı; Mənim tək binəva gədayə düşər. M.V.Vidadi.
[Təhmas bəy:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı bir yanar oda. S.Rüstəm.

3. bax gədə 1-ci mənada.
Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası. Q.Zakir.
[Ağaməhəmməd xan:] …Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam. Ə.Haqverdiyev.

Синонимы

  • GƏDA gəda bax 1. dilənçi, yoxsul; 2. nökər
  • GƏDA yaltaq — satqın
  • GƏDA qul — kölə — nökər

Антонимы

  • GƏDA GƏDA – BƏY Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur, mən səni sevirəm, sən də məni (S.S.Axundov)

Этимология

  • GƏDA Farsca “dilənçi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
GƏCXANA
GƏDALIQ
OBASTAN VİKİ
Gədayi (Maku)
Gədayi (fars. گدائي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (12 ailə).

Значение слова в других словарях

гримирова́ться ли́бо мы́сом насто́йчиво офтальмоско́п шталме́йстер бровь де́дов неандерта́лец нешу́точно предсме́ртно пылеви́дный судохо́дство уго́нщик швыря́ть адресовать absoluteness avoiding line catty flight strip interramal observation post word-hoard взрывоопасный калика