GƏLİŞ

is.
1. Gəlmək işi, gəlmə. Dost gəlişi bayram olar.
– Heç o qədər də arzulamadığı və rəqibi olan qonağı – Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq.
[Türkan bəy Bəypolada:] Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin olunuz ki, gedişiniz də bir o qədər məhzun edir. H.Cavid.

2. ədəb. köhn. Səhnə əsərlərində pərdənin bir hissəsi. Birinci gəliş. Pərdə iki gəlişdən ibarətdir.
◊ Gəliş gəlmək – qorxutmaq, təpinmək.
[Narıngül:] O, Gülzardı nədi, ona bir gəliş gələrəm ki… İ.Əfəndiyev.

GƏLİRSİZLİK
GƏLİŞ-GEDİŞ
OBASTAN VİKİ
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. == Anadoluda ümumi vəziyyət == Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.Mudros müqaviləsinin ardınca İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya italyanlar tərəfindan işgal edilmişdi. Bunlarla bərabər Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri daxil olmuş, İstanbulda isə Krallıq donanması yerləşmişdi.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)
Xoş gəlişlər ola
Xoş gəlişlər ola Mahnının bəstəkarı Tağı Oşenyüzen və sözlərinin müəllifi Mehmet Türkeldir.
İnteqrasiya olunmuş gəlişdirmə mühiti
İnteqrasiya olunmuş inkişaf mühiti (ing. integrated development environment) — proqram təminatı hazırlamaq üçün proqramçılar tərəfindən istifadə olunan proqram vasitələri sistemi. Adətən, gəlişdirmə mühiti aşağıdakı komponentlərdən ibarət olur: mətn redaktoru, kompilyator və (və ya) interpretator, bağlantının (LINKAGE) avtomatlaşdırılması vasitələri, sazlayıcı.Bəzən bu sıraya versiyaların idarəolunması sistemləri ilə (VERSION CONTROL SYSTEMS) inteqrasiya üçün vasitələr və qrafik istifadəçi interfeysinin (GUI) qurulmasının sadələşdirilməsi üçün müxtəlif alətlər də daxil edilir. Adətən, IDE bir neçə proqramlaşdırma dili üçün nəzərdə tutulur. Məsələn, IntelliJ IDEA, NetBeans, Eclipse, Qt Creator, Geany, Embarcadero RAD Studio, Xcode və ya Microsoft Visual Studio belə gəlişdirmə mühitləridir. Ancaq müəyyən bir proqramlaşdırma dili üçün nəzərdə tutulmuş IDE-lər də vardır, məsələn: Visual Basic, Delphi, Dev-C++.

Digər lüğətlərdə

должи́шко камеру́нцы лиходе́йный наштампо́вывать оцепени́ть полнозре́лый се́рный ситро́ трансформиро́вка альпини́стка вы́ругать иммоби́льный клёпочный кру́жечный негде го́лову преклонить обустра́иваться пала́ческий balalaika emeer hatti-sherif Joint Chiefs of Staff knocking-shop palm cabbage расчёт чурка