gələn 2021
gələnaykı
OBASTAN VİKİ
Kənddən gələn var
Kənddən gələn var — 1997-ci il Azərbaycan istehsalı komediya janrında film. == Məzmun == Film-tamaşa kənddən şəhərə qonaq gələn qadının (Xanım Qafarova) başına gələn məzəli əhvalatlardan bəhs edir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Sən gedən gündən (albom)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Zirvəyə Gedən Yol (1995)
Kənddən gələn var (film, 1997)
Qeybdən gələn səs (film, 2002)
Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Kənddən gələn var. II hissə
Kənddən gələn var. II hissə — 1997-ci il Azərbaycan istehsalı komediya janrında film. == Məzmun == Film-tamaşanın ikinci hissəsində əsasən kənd yerlərində torpaq alqı-satqısından bəhs edilir.
Azadlığa gedən yollar (film, 1990)
Azadlığa gedən yollar tammetrajlı sənədli filmi rejissorlar Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Xamiz Muradov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev Bəstəkar: Rauf Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Zirvəyə gedən yol (film, 1995)
Şimala gedən yol (film, 2012)
Şimala gedən yol (fin. Tie pohjoiseen, ing. Road North) — 2012-ci ildə Finlandiyada çəkilən film. Komediya elementləri ilə dramı birləşdirən və Miki Kaurismaki tərəfindən idarə olunan kinodur. Film Sankt-Peterburq kinofestivalının tamaşaçılarının rəğbətini və Yusi Fin Milli kinopremiyasında üç mükafat nominasiyası almışdır. Timo Porola (Edelman) — 38 yaşlı uğurlu musiqiçidir. 30 il bundan əvvəl ailəni tərk edən atası olduğunu iddia edən yaşlı kişi gəlir. İki kişi Finlandiyanın şimalına səyahətə yola düşür. Səfər zamanı onlar müxtəlif insanlarla görüşür, öz keçmişləri haqqında danışır və gələcək planlarını bölüşürlər. Samuli Edlmen — Timo Porola Vesta Matti Loiri — Leo Porola Piter Françen — Pertti Paakku Mari Perankoski — Minna Paakku Krista Kosonen — Elina İrina Byorklund — Tiya Elina Knikstilya — Maarit Ada Kukkonen — Cenet 2012-ci il-Sankt-Peterburq Beynəlxalq Kinofestivalının "Tamaşaçı Rəğbəti" mükafatı 2013-cü il — Finlandiya Milli Kino Mükafatına üç nominasiya: ikisi "Ən yaxşı aktyor" (Edelman, Loyri) kateqoriyasında, daha biri isə "Epizodik rolda ən yaxşı aktyor" (Fransen) kateqoriyasında.
Bahardan sonra gələn qış (film, 1989)
Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. == Məzmun == Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel Rejissor: Vyaçeslav Mixaylov Operator: Nemət Rzayev Bəstəkar: A. Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
Gedən Dənizdən də Keçib Gedər (1962)
Sən Gedən Gündən (Zülfiyyə Xanbabayeva albomu)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Kənddən gələn var. II hissə (film, 1997)
Gedən dənizdən də keçib gedər (film, 1962)

Digər lüğətlərdə