GƏMİÇİ
GƏMİQAYIRAN
OBASTAN VİKİ
"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı
"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edilənlər == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir. == Taxılma qaydası == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca "GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir.

Digər lüğətlərdə

па́пертный позо́рный прешироко приме́тливый промости́ть рябе́ц эконо́м быть по сему де́мпинговый на слу́чай некла́ссный пережа́ть платёжка плюга́вый anastomose borsalino externalize horserace invertible laker vilayet вышестоящий гистология миопия семнадцатый