GƏNZİK
GƏRÇƏK
OBASTAN VİKİ
Ab-i Gərm-i Givi
Ab-i Gərm-i Givi (fars. ابگرم گيوئ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (13 ailə).
Ab-i Gərm (Çaldıran)
Ab-i Gərm (fars. آبگرم‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Adil Gəray
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbayсan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Akif Paşa Gərayzadə
== Avtobioqrafiya == Akif Paşa oğlu Gərayzadə 17 oktyabr 1938-ci ildə Azərbaycan Respublikasının Quba şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə bitirmişdir. SSRİ AAK tərəfindən aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı == 155, 3 monoqrafiya == Xarici dövlətlərdə çapdan çıxmış elmi əsərlərinin ümumi sayı == 100 == Kadr hazırlığı == Fəlsəfə doktorlarının sayı — 12 Elmi doktorlarının sayı — 1 == Əsas elmi nailiyyətləri == Torpaqda istilik, elektrik, optik və su-fiziki xassələri arasındakı asılılıqların riyazi modelləri; Dielektrik nüfuzu əsasında torpaq səthinin sahəsi və optik xassələri torpaqların rənginin təyini üsulları; Elektrik keçirmə əmsalları əsasında torpaq nəmliyi və duzlaşması dərəcəsənin təyini üsulları; Aerokosmik informasiya əsasında torpaqların duzlaşması və nəmliyi göstəricilərinin təyini; Bitkilərin enerjidən faydalı istifadəsi əmsalının təyini; Torpaqların istilik keçirməsi xassələrinin sxem-xəritələrinin tərtibi; Torpaq-bitki-hava sistemində enerjinin paylanması modelinin tərtibi. == Elmi əsərlərinin adları == Azərbaycanın bəzi biosenozlarının bitki maddəsində akkumulyasiya olunmuş enerjinin kalometrik təyini və günəş enerjisinin istifadə dərəcəsinin hesablanması (rus.d.) "Bioloji məhsuldarlığın ümumi nəzəri problemləri" adlı kitabda, Leninqrad, "Nauka", 1969, 115–118 s. və Soviet Geoqrafi. New York, 1972, 63–67 s. Torpaq sistemlərində istilik və nəmlik keçirmələri. Bakı, "Elm", 1982, s.157 (rus.d.) Torpaq-bitki-atmosfer sistemində enerjinin dəyişmələri, Bakı, "Elm", 1989, s.160, (rus.d.) Torpaqəmələgəlmə və antropogenez: struktur funksional aspektlər, (müştərək müəl.), Novosibirsk, "Nauka", 1991, s.188 (rus.d.) Torpaqların optik xassələri və onların kənd təsərrüfatında istifadəsi. (ing.d) Beynəlxalq Simp.
Amerika gərməşovu
Amerika gərməşovu (lat. Euonymus americanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Avropa gərməşovu
Avropa gərməşovu (lat. Euonymus europaeus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2-4 (5) m, hamar küt dördtilli budaqları olan, kol və ya balaca ağacdır. Cavan budaqları yaşildır, daha sonra isə tilləri mantar törəmə ilə örtülür. Yarpaqları azacıq qalındərilidir, töküləndir, ellipsvari-neştərşəkilli, enli oval və yaxud uzunsovdur, uzunluğu 2-7 (10) sm, eni 1,5-4 (6) sm-dir. Kənarlardan bərabər kiçik dişli, üst tərəfdən çılpaq, alt tərəfdən damarlar boyunca qısa yumşaq tüklüdür. Saplağı qısadır, uzunluğu 2–14 mm-dir. Yarımçətirləri seyrək çiçəklidir, yarımçətirdəki orta çiçək adətən tam inkişaf etməmişdir. Ləçəkləri 4 ədəd olub, kütdür, sarımtıl-yaşılımtıldır, uzunluğu 5 mm-dir. Qutucuq uzunluğu 8–12 mm-dir, əyiləndir, şarşəkilli-armudvaridir, küt dörd bölümlüdür, qanadsızdır, hamar və çılpaqdır, yetişənə yaxın parlaq çəhrayı rəngdə olur, qutucuğun hər yuvasında bir toxum olur, nadir hallarda toxumların sayı 2 ədəd olur.
Ağasadıq Gəraybəyli
Ağasadıq Ağaəli oğlu Gəraybəyli (15 mart 1897, Şamaxı – 5 dekabr 1988, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940). == Həyatı == Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı o dövrdə Şamaxı qəzası adlandırılan, indiki İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s.
Ağasadıq Gəraybəyli (1974)
Ağasadıq Gəraybəyli — qısametrajlı bədii-sənədli televiziya filmi. Rejissor Zəyyar Ağayev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır. == Məzmun == Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır.
Ağasadıq Gəraybəyli (film, 1974)
Ağasadıq Gəraybəyli — qısametrajlı bədii-sənədli televiziya filmi. Rejissor Zəyyar Ağayev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır. == Məzmun == Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır.
Ağcaqışlaq (Gərnibasar)
Ağcaqışlaq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. == Tarixi == Ağcaqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimalda, Zəngi çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «ağımtıl, bozumtul düzən, çöl» mənasında işlənən ağca sözü ilə qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Getazat qoyulmuşdur. == Əhalisi == XVIII əsr mənbəyində göstərilir ki, kənddə türk mənşəli qəmərli tayfası yaşayır. Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 184 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 200 nəfər, 1904 - cü ildə 186 nəfər, 1914 - cü ildə 220 nəfər, 1916-cı ildə 197 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Aşağı Gərab
Aşağı Gərab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Boyer-Əhməd şəhristanının Ludab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 416 nəfər və 84 ailədən ibarət idi.
Aşağı Gərgul (Piranşəhr)
Aşağı Gərgul (fars. گرگول سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (101 ailə).
Aşağı Gərmab (Sərdəşt)
Aşağı Gərmab (fars. ‎گرماب سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Comərd Gəray məscidi
Comərd Gəray məscidi və ya Gileyli məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvаnşаhlаr dövründə, sоnrа isə XIX əsrin ikinci yаrısındа. == Haqqında == Köhnə hissə хаçgünbəzli kоmpоzisiyа sistemini təşkil edir. Burаdа хаçın qоllаrı dərin qübbələrdir, künclərdə isə kiçik оtаqlаr yerləşir. Dəqiq prоpоrsiyаlı, memаrlıq elementləri və detаllаrı ilə prоfillənmiş və nахışlаnmış mehrаb, həcmli kütlələrinin sərtliyi və tektоnilliyi ilə fərqlənən ibаdət zаlının dахili interyerini zənginləşdirir. Məscidə əlаvə tikilmiş yeni hissə plаnlаşdırılmа sхеminin vəhdətini pоzmur, əksinə ibаdət zаlının rаhаtlıq imkаnlаrını genişləndirərək, qübbəli, tаclı və çаtmа fоrmаlı künbəzi dахili məkаnın fоrmаlаşmış memаrlıq mühitini təkrаrlаyаrаq, оnun kоmpоzisiyа strukturunа аyrılmаz surətdə dахil оlur. Burаdа аvrоpаsаyаğı memаrlıq üsullаrını ifаdə edən yeni fоrmаlаr tətbiq оlunub. Dаhа qаbаrıq şəkildə bu öz əksini fаsаdın quruluşundа tаpıb. == Qeydlər == == İstinadlar == == Mənbə == "Gileyli məscidi" (az.). icherisheher.gov.az.
Dinarə Gərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dost Dosta Tən Gərək (2007)
== Məzmun == Film siçanla pişiyin macəralarından bəhs edir == Film haqqında == Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Elektrik gərginliyi
Elektrik gərginliyi — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kәmiyyәt. Aşağıdakı düsturla hesablanır: U = A q {\displaystyle U={A \over q}} Burada q {\displaystyle q} - elektrik yükü, A {\displaystyle A} - elektrik yükünü dövrənin ixtiyari iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik qüvvəsinin gördüyü işdir. Potensiallı elektrik sahәsindә (elektrostatik sahәdә) bu iş yükün getdiyi yolun formasından asılı deyil. Bu halda iki nöqtә arasındakı elektrik gərginliyi (vә ya sadәcә gәrginlik) onların arasındakı potensiallar fәrqi ilә üst-üstә düşür. Әgәr sahә qeyri-potensiallı olarsa, onda gərginlik yükün nöqtәlәr arasında getdiyi yolun formasından asılı olur. Kәnar qüvvәlәr adlanan qeyri-potensiallı qüvvәlәr istәnilәn sabit cәrәyan mәnbәyinin daxilindә tәsir göstәrmәk imkanına malikdir. Cәrәyan mәnbәyinin sıxaclarındakı gәrginlik vahid müsbәt yükün mәnbәdәn kәnarda yerlәşәn yol boyunca yerdәyişmәsi zamanı elektrik cәrәyanının gördüyü işlә ölçülür; bu halda gərginlik mәnbәnin sıxaclarındakı potensiallar fәrqinә bәrabәr olub Om qanunu ilә tәyin edilir: U = ε − I r {\displaystyle U={\varepsilon }-{Ir}} burada I {\displaystyle I} – cәrәyan şiddәti, r {\displaystyle r} – naqilin daxili müqavimәti, R {\displaystyle R} – dövrәnin xarici müqavimәti, ε {\displaystyle \varepsilon } isә mәnbәnin elektrik hәrәkәt qüvvәsidir (e.h.q). Açıq dövrәdә ( I {\displaystyle I} = 0 {\displaystyle =0} ) gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı gərginlik kimi tәyin edirlәr. Dәyişәn cәrәyan halında gərginlik adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur.
Emosional gərginlik
Emosional gərginlik— Emosional stresin orqanizmin münaqişəli şəraitlərdə reaksiyası kimi müasir təsəvvürlər stresin təbiətinə baxışları dəyişdirdi və diqqəti humoral mexanizmlərin mərkəzi və vegetativ sinir sisteminin reaksiyaları tərəfindən həyata keçirilməsinə yönəltdi. Xüsusilə, müasir dövrümüzün emosional gərgin şəraitlərlə zəngin olması insan həyatının risk faktorlarla qarşılaşmasına şərait yaradır və əlbəttə ki, sağlamlığa ciddi təsir göstərərək insan həyatını təhlükə qarşısında qoyur. Elmi-texniki tərəqqi, elm -təhsil prosesinin mürəkkəbləşməsi və informasiya bolluğu insan həyatını emosional gərginlik yaradan faktorlarla zənginləşdirmişdir ki, məhz bu da insanın emosional vəziyyətinin və bununla əlaqədar mərkəzi sinir sisteminin emosional gərginlik zamanı fəaliyyətının öyrənilməsini aktual problemə çevirmişdir.Adaptasiya proseslərinin öyrənilməsi emosional gərginlik və stres anlayışları ilə sıx əlaqədardır.Yol verilən həddən artiq emosional gərginliyin artması zamanı orqanizm müdafiə ehtiyatlarını mobilizasiya edir.Əgər stres təsir kəsilmirsə, ikinci mərhələ başlayır; bu mərhələdə uyğunlaşma mexanizmləri ilə stres faktor arasında mübarizə başlayır.Daxili tarazlıq sistemlərinin ehtiyat imkanları qurtaqdıqdan sonra, stresin üçüncü mərhələsi başlayır və bu ehtiyatların tükənməsi ilə nəticələnir.Əgər stres davam edərsə, onda orqanizmdə hər hansı " stres xəstəliyinin " əmələ gəlməsi labüddür. Bu hal distres adlanır və orqanizmin stres şəraiti ilə mübarizə aparmağa gücü çatmır.Beləliklə, emosional gərginlik və stres insan həyatının əsas hissələrindən biri sayılır və ondan qaçmaq qeyri-mümkündür. Eyni zamanda stresin təlim və tərbiyə kimi mürəkkəb proseslərə tənzimləyici, yaradıcı və formalaşdırıcı təsirinin də vacibliyini qeyd etmək lazımdır.Lakin stres təsir insanın uyğunlaşma imkanlarından yuxarı olmamalıdır, əks təqdirdə insanın əhval- ruhiyyəsi pozularaq nevrotik və somatik xəstəliklərə səbəb ola bilər.Yaşadığımız müasir dövr ücün stres vəziyyəti xəstəlik sayılmır. Əgər stres olmasaydı, insan həyatı tamamilə mənasız olardı.Məhz stres canlı orqanizmlərin həyat aktivliyinin təmin edərək normal səviyyədə saxlanmasına nail olur.
Enliyarpaq gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Gərab
Gərab (Luristan)
Gərab (Luristan)
Gərab— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,270 nəfər və 687 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921- ci ilin fevralında daşnakların qəddarlıqla öldürmüşdür Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı.Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.

Digər lüğətlərdə

городо́к кейфо́вый намо́тчица палеогеогра́фия пии́та прикуси́ть разбаланси́роваться удвое́ние шестидеся́тник шпо́рца аренда́торский картодиагра́мма недосто́йный по́фигу сво́йски бульвар сарновать сердить черга back-mutate meditativeness гудение дизентерия уранинит эпиграф