1. GƏZMƏK Nahar yeməyindən sonra onlar bir daha Mədain xərabələrini gəzdilər, sonra da Bağdada qayıtmaq üçün gəmiyə oturdular (M.S.Ordubadi); DOLANMAQ [Qəndab] asta-asta həyət-bacanı dolanır, bir kölgədə oturub Çingiz qağanın gətirdiyi yeni kitablarla dərdləşməyə başlayırdı (B.Bayramov); DOLAŞMAQ Onlar qayıdıb bir daha dolaşdılar (M.S.Ordubadi); GƏZİNMƏK Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman... (S.Vurğun); GƏZİŞMƏK Gəl çıxaq dağlara gəzişək, dalaq; Dövranımız kimi bəxtiyar olaq (M.Rahim); GİRLƏNMƏK Nəbi Naxçıvanda bir az girlənib, İsmayılın yerini öyrənməyə çalışırdı.. (“Qaçaq Nəbi”); SEYR ETMƏK (ELƏMƏK) Çıxalım Buzovnada kiçik qayalıqlara; Seyr edəlim bir ara.. (M.Müşfiq).
2. GƏZMƏK [Sənubər:] Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır (B.Bayramov); SƏYAHƏTƏ ÇIXMAQ Gündüz Gülüşə: Bax, baba, biz dünən məktəbdə uşaqlarla dünya səyahətinə çıxmışdıq (C.Cabbarlı).
3. gəzmək bax 1. axtarmaq; 2. gəzinmək 1