HÖKM

[alm. Urteil; fr. Jugement; ing. Judgement; yun. Opophasis; lat. Judicium; osm. tr. hüküm] – bir şeyin yaxud da iki şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən düşüncənin ortaya qoyulması, dilə gətirilməsi. Obyekt haqqında nəyinsə iqrar edildiyi təklif formasında ifadə olunan və obyektiv olaraq ya həqiqi, ya da yanlış olan fikir.
HOMOJEN
HÖRMƏT
OBASTAN VİKİ
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. == Hökmün ümumi səciyyəsi == İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hökm (1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (film, 1988)
Hökm (Hind: कयामत से कयामत तक, Qayamat Se Qayamat Tak) — rejissoru Mənsur Xan olan 1988-ci il istehsalı Hindistan filmidir. Indiatimes Movies filmi "Görülməli 25 Bollivud Filmi" sırasına daxil etmişdir. == Süjet xətti == Süjet "Romeo və Cülyetta" faciəsinə əsaslanır. Film Rac və Raşminin eşq hekayəsindən bəhs edir. Ancaq zəngin ailələrinin düşmənçiliyi onların xoşbəxtliyinin qarşısını alır. Sevgililər evdən qaçmağı bacarır, ancaq valideynləri bir qatil göndərir və sonda iki gənc də faciəvi şəkildə ölürlər.
Hökm (film, 1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Oğru Dünyaya Hökm Etmir
Hökmavar
Hökmavar — Təbriz şəhərinin qədim məhəllələrindən biri. Hökmavar (Höhmavar, Hörməvarı, Hörməvar, Hökmavar, Hökmabad) – "Hörmək" yəni daşla, kərpiçlə (kürəbişlə) və ya palçıqla divar hörmək. "Varı" yəni şəklində, formasında; məsələn, Çatmavarı (piramid forması), Şalvarı (Şalvar; iki şal formasında olan geyim) və sairə. Hörməvarılı bağları; hörülmüş şəklində divarları olan bağlar. Təbrizlilər tez danışdığından elə nəzərə gəlir ki, bu sözü qısa deyirlər (höhməvar bağları) və bu əslində Hörməvarı bağlarıdır.
Hökmdar
Hökmdar — orta əsr şərqində feodal dövlətlərin başında duran monarx, padşah, şah, hakim.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. == Süjet == Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. == Personajlar == == I Pərdə == === Ariyalar === №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
Hökmdar (Makiavelli)
Hökmdar və ya Şahzadə — (it. Il Principe ; it. il ˈprintʃipe lat. De Principatibus) 16-cı əsrdə Florensiyalı (İtaliya) diplomat və siyasi nəzəriyyəçi Nikkolo Makiavelli tərəfindən yazılmış, hökümdar və kraliyyət üzvlərinin siyasi hökm və strategiyaları üçün nəzərdə tutulmuş təlim kitabıdır. Kitabın ümumi mövzusu, şahzadələrin şöhrət və sağ qalmaq kimi məqsədlərinin bu məqsədlərə çatmaq üçün hər bir vasitələrdən istifadə etməyə haqq qazandıra biləcəyini qəbul etməkdir. Makiavellinin ən məşhur əsəri sayılır və daha sonra ortaya çıxan "Makiavellizm" nəzəriyyəsinin təməlini yaratmışdır. Şahzadənin bəzən müasir fəlsəfənin , xüsusən də müasir siyasi fəlsəfənin ilk sərlərindən biri olduğu iddia edilir , burada "təsirli" həqiqət hər hansı bir mücərrəd idealdan daha vacib sayılır. O, həmçinin dövrün dominant katolik və sxolastik doktrinaları ilə, xüsusən də siyasət və etika ilə bağlı olanlarla birbaşa ziddiyyət təşkil etməsi ilə diqqət çəkir . == Məzmun == Şahzadə həll edəcəyi mövzunu təsvir etməklə başlayır. Birinci cümlədə Makiavelli " dövlət " (İtalyanca stato , həm də " vəziyyət " mənasını verə bilər) sözündən neytral mənada "ali siyasi hakimiyyətin bütün təşkili formalarını, istər respublika, istərsə də knyazlıq formalarını" əhatə etmək üçün istifadə edir.
Hökmdar hamamı (Qədim Gəncə)
Hökmdar hamamı — Qədim Gəncə ərazisində, Hökmdar sarayı kompleksinə daxil olan XVI əsrə aid tarix-memarlıq abidəsidir. == Tarixi == Xan hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir. Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir. Hamam ərazisindən 3 metr dərinlikdə sikkə dəfinəsi üzə çıxarılmışdır. Dəfinədə XII-XIII əsrlərə aid 104 mis sikkə olmuşdur. == Memarlıq xüsusiyyətləri == Tikili ərazisində 40-50 sm qalınlıqlı divarlara malik tüstü boruları və istiliyin təsiri ilə yanmış otaqlar aşkarlanmışdır. Hamamın aşmış divarlarından biri üzərində bir neçə qat əhəng məhlulu üzlüyü vardır. Divarın ən yuxarı hissəsi isə üçbucaqlardan əmələ gələn kobud həndəsi naxışlarla bəzədilmişdir. Həmçinin, tikilinin altından keçən iki boru kəməri aşkarlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи.
Hökmdar sarayı (Qədim Gəncə)
Hökmdar sarayı — Qədim Gəncə qala-şəhərində yerləşən XI-XII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidə 1939-1940-cı illərdə arxeoloq İ. Cəfərzadənin rəhbərliyi ilə aparılmış qazıntı-tədqiqat işləri zamanı aşkar edilmiş və öyrənilmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar. Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur. == Tarixi == 1939-cu ildə Qədim Gəncə qalasının birinci qala divarı daxilində, qala divarının şərq künc qülləsindən 200 addım şimalda həyata keçirilmiş qazıntılar zamanı 240 m2 sahəyə malik yaşayış kompleksinin qalıqları aşkarlanmışdır. Yaşayış kompleksinin ətrafında çoxlu sayda xidməti otaqlar da açılmışdır. Dəbdəbəli xüsusiyyəti, orta əsrlər üçün həddən artıq böyük olan ərazisi və yerləşdiyi əraziyə (kompleks şəhərin tam mərkəzində, sitadelin daxilində yerləşir) görə aşkarlanmış kompleksin Hökmdar sarayı olması qərarına gəlinmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Hökmranlıq qəzeti
Hökmranlıq qəzeti (Osmanlı Türkcəsi:حاكميت مل 10) yanvar 1920-ci ildə Ankarada Müstəqillik Döyüşü zamanı Mustafa Kamal Paşa-nın başçılıq etdiyi Anadolu və Rumeli Hüquqları Müdafiə Birliyinin nümayəndə heyətinin nəşr orqanı olaraq nəşrinə başladı türkcə qəzetdir.Sivas Konqresindən sonra milli mübarizə hərəkatının yayım orqanı olaraq Missiya Heyətinin nəzarəti altında Sivasda çıxarılan Will-i Milliye’nin davamıdır. Əvvəlcə həftədə iki dəfə nəşr olunan qəzet 6 fevral 1921-ci ildən gündəlik nəşr olunmağa davam edir. Milli Mübarizə dövrü qəzetlərinin lideri və əsas xəbər mənbəyidir.Mustafa Kamal Paşa qəzetdə köşə yazarı idi. Müstəqillik Döyüşünün qələbəsindən və Cümhuriyyət elan edildikdən sonra Cümhuriyyət Xalq Partiyasının yarı rəsmi nəşr orqanı olaraq həyatını davam etdirən Hakimiyet-i Milliye 1934-cü ildə Ulus adlandırıldı. == Qəzetin quruluşu == Heyət Sivasdan ayrılıb Ankaraya gəldikdən sonra, mübarizənin vəziyyəti haqqında ictimaiyyətə və xarici dünyaya məlumat vermək və milli mübarizənin lehinə təbliğat aparmaq üçün Ankarada yeni bir qəzet nəşr etmək qərarına gəldi. Qəzetin adı; Sivasda Will-i Milliye'yi yaydığı üçün "Hakimiyet-i Milliye için" olaraq təyin olundu.Həftədə iki gün və dörd səhifə nəşr olunmağa başlayan qəzetin ilk nömrələri Ankara qubernatorluğunun aşağı qatında olan Vilayət mətbəəsində nəşr olundu. Vilayət Mətbəəsinin bütün maşınları və işçiləri Hakimiyet-i Milliyəyə verildi. Qəzetin ofisi Ulus meydanında Vəli Xanda yerləşirdi.Qəzetin məsul direktoru Rəcəb Zühtü bəy və baş redaktor Nizaməddin Nazif idi. Heyət üzvü Hakkı Behiç bəy məqalələrin yayılması və yayımlanması ilə maraqlandı. Mustafa Kamalın Hakkı Behiçə verdiyi öz düşüncələri var digər məqalələr bir-bir araşdırıldı.
Hökməli
Hökməli — Azərbaycan Respublikasının Abşeron rayonunun Hökməli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Hökməli bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
III Məsud (Qəznəvi hökmdarı)
III Məsud Qəznəvi — Qəznəvilərin on birinci sultanı. Hakimiyyəti boyu Hindistana hücumlar etdi və Qəznəni gözəlləşdirməklə məşğul oldu. Ölümündən sonra onu oğulları əvəz etdi.
I Arslanşah (Kirman Səlcuq hökmdarı)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
I Mahmud (Böyük Səlcuq hökmdarı)
I Mahmud (fars. محمود‎; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir. == Həyatı == 1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu. Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi.
I Mahmud (Səlcuq hökmdarı)
I Mahmud (fars. محمود‎; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir. == Həyatı == 1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu. Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi.
I Məhəmməd (Xarəzm hökmdarı)
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد, Türkmencə: Gutbeddin Muhommed; ö. 1127, Köhnə Ürgənc), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
I Məsud (Qəznəvi hökmdarı)
Məsud Qəznəvi (998, Qəzni – 17 yanvar 1041, Hindistan) — Qəznəvilərin üçüncü sultanı. == Həyatı == Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı.
I Süleyman (Səfəvi hökmdarı)
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur. == Həyatı == Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur. Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.
I Turanşah (Kirman Səlcuq hökmdarı)
Turanşah (XI əsr – 1096, Böyük Səlcuq imperiyası) — Qavurd bəyin oğlu, Kirman hakimi. == Hakimiyyəti == Qardaşı Sultanşahın ölümündən sonra taxta çıxmışdır. Onun dövründə Böyük Səlcuqlarla əlaqələr yenidən pisləşmiş, Türkan xatun müharibə vəziyyəti yaratmışdı.1097-ci ildə Fars vilayəti uğrundakı döyüşdə Türkan xatunun ordusu məğlubiyyətə uğrasa da Turanşah döyüşdə aldığı yaradan tezliklə vəfat etmişdi. Kirmandakı Məlik Turanşahi Məscidi onun əmri ilə tikdirilmişdir.
Mahmud (Qəznəvi hökmdarı)
Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı. Hakimiyyət illəri:(998)-1030) == Atasının dövründə == 2 oktyabr 971-ci ildə, Səbuk Təkinin və Zabulistanlı bir türk əsilzadənin oğlu olaraq doğulmuşdu. 994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı. == Hakimiyyəti == Qardaşı İsmail Qəznəvini digər qardaşı Nurəddin və əmisi Buğracoq ilə birlikdə devirərək hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı. Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu.

Digər lüğətlərdə