HƏMM

ə. 1) çətin, ağır iş; 2) qayğı, dərd, kədər.

HƏMLİ
HƏMMAL
OBASTAN VİKİ
Həmmad ibn Buluqqin
Həmmad ibn Buluqqin Ziri əs-Sanhaci əl-Bərbəri (?-1028) — Həmmadilər sülaləsi və dövlətinin qurucusu. == Həyatı == Fatimi xəlifəsi Muiz-Lidinillaha tabi olaraq Mərkəzi Məğribdə Zirilər dövlətini quran Bərbəri Sanhacə qəbiləsinə mənsub Buluqqin b. Zirinin oğludur. Bir müddət Kayrəvanda fiqh təhsili gördü və cədəl kitablarını incələdi; ancaq cəsur və atılgan şəxsiylə daha çox əsgəri sahədə təmayüz etdi. Buluqqinin yerinə keçən Mənsurun dönəmində (984-996), Əbül-Bahar b. Zirinin Cəzayirdə istiqlalini elan etmə təşəbbüsünü əngəllədi; əsl şöhrətini isə Mənsurdan idarəni alan Badis b. Muiz dönəmində (996-1016) Sanhacə torpaqlarını təhdid edən Zənatəlilər qarşısındakı başarılarıyla qazandı. Badis tərəfindən “naibül-əmir” ünvanıyla ölkənin qərb kəsimində əmin-amanlığı qorumaqla vəzifələndirildi və ona Əşir bölgəsiylə zəbt edəcəyi yeni torpaqlar iqta olaraq verildi. Həmmad, xanədan mənsubu Maksin və Zavi qardaşların üsyanlarını yatıraraq (1000) və Zənatəlilər qarşısında üst-üstə uğur qazanaraq Zab, Məsilə və civarını itaət altına aldı (1005). Ayrıca Badisin izniylə, ələ keçirdiyi torpaqlarda qurulub valiliyinə gətirildiyi yeni vilayətin idari mərkəzi olmaq üzrə Məsilə yaxınında torpağı əkin-biçinə əlverişli bir yerdə Kalatü-Bəni Həmmad deyilən müstahkəm və mükəmməl müdafiə və xəbərləşmə imkanlarına sahib şəhəri inşa etdi.
Həmmadilər sülaləsi
Həmmadilər sülaləsi— 1015–1152-ci illərdə hökmranlıq edən bərbəri əsilli süalalə. == Tarixi == Sülalə adını qurucusu Həmmad ibn Buluqqin bin Ziridən alır. Fatımilərin 972-ci ildə geri çəkilməsindən sonra Məğribin idarəsi, yenə bu dövlətin himayəsində olmaq üzrə Bərbəri əsilli Sanhacə qəbiləsinə mənsub Ziri sülaləsinin əlinə keçdi. Ziriləri təhdid edən ilk təhlükə, Əndülüs əməvilərinə tabe olan zənatəlilərin başladığı üsyan oldu. Zirilər üsyanı yatırmaq üçün hərəkətə keçdilər; ancaq bu ilk zamanlarda gözlənən nəticəni verdisə də, bir müddət sonra hadisələr əks istiqamətdə cərəyan etməyə başladı və Ziri torpaqları parçalandı. Bu parçalanan torpaqların bir qismində zirilərin əqrabaları olan həmmadilər öz müstəqilliklərini elan etdilər. Zənatəlilərə qarşı verilən mücadələdə üst üstə qazandığı uğurlarla özünü göstərən Həmmad ibn Buluqqin ibn Ziri, Sultan Badis b. Muiz tərəfindən Zab və Məsiləni içinə alan bölgənin valiliyinə gətirildi; ayrıca müstahkəm bir idarə mərkəzi qurma istəyi də qəbul edildi. Bunun üzərinə Həmmad, Məsilənin şimal-şərqində Kalatü-Bəni Həmmad deyilən bir qala-şəhər qurdu və ardından da bir bahanəylə əsl niyətini açığa vuraraq müstəqilliyini elan etdi. Həmmadilərin tarixini, biri mərkəzin Kalatü-Bəni Həmmad olduğu 1015–1067, digəri Bicayəyə köçürüldüyü 1067–1152-ci illər arası olmaq üzrə iki dönəmdə incələmək mümkündür.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Həmmudilər
Həmmudilər və ya Bəni-Həmmud (ərəb: بنو حمود) — qısa müddət ərzində Kordova xilafətini və Malaqa və Algeciras taifalarını idarə edən Bədəvi ərəb müsəlman ailəsi. == Sülalə == Bu sülalə onların əcdadı, İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın və Fatimə və Əlinin oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsi olan Həsənin, şərəfinə Həmmudun adlandırılmışdır. Süleyman ibn əl-Həkəm bərbər müttəfiqləri üçün Əndəlüs torpağını ələ keçirdikdə, Hammudid ailəsinin iki üzvünə Algeciras, Seuta və Tangier qubernatorluğu verildi. Beləliklə, Hammudilər Cəbəllüttariq boğazından keçən nəqliyyata nəzarəti ələ keçirdilər və birdən-birə güclü bir qüvvəyə çevrildilər. Taxtdan salınmış II Hişamın adından hərəkət etdiyini iddia edərək, Seutanın Hammudid valisi Əli ibn Həmmud əl-Nasir 1016-cı ildə Xəlifə taxtına oturduğu Kordova üzərinə yürüş etdi. 1056-cı ildə sonuncu Hammudi xəlifəsi taxtdan endirildi və əvvəllər Hammudilərin ən mühüm dəstəkçiləri olan Qranada Ziriləri Malaqanı itirdi. Sonra Hammudi ailəsi Seutada məskunlaşmağa məcbur oldu.