Hər işin axırı yaxşı olsun.

All is well that ends well. Всё хорошо, что хорошо кончается.
Hər işi başlayanda, onun axırını fikirləş.
Hər işin əvvəli çətindir.
OBASTAN VİKİ
Sosial işin tarixi
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır. I mərhələ — qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır. II mərhələ — XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır. III mərhələ — 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumidünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır. IV — mərhələ 80-ci illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya eliminə daha bir elm sahəsi əlavə olunur. == Formalaşması == Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir.
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. == Azərbaycan dilində mənası == “Yaxşı” sözü Azərbaycan dilində müxtəlif məna və hallarda istifadə olunur: Müsbət qiymətləndirmə — bir şeyin qənaətbəxş, lazımi keyfiyyətdə olduğunu ifadə etmək üçün işlədilir. Məsələn, “Bu yemək yaxşıdır” — yeməyin dadının və ya keyfiyyətinin yaxşı olduğu deməkdir. Razılıq bildirmək — razılaşmanı ifadə etmək üçün istifadə olunur. Məsələn, “Yaxşı, sabah görüşərik” — burda razılıq bildirərək bir planı təsdiq edir. Sağlamlıq və ya rifah — bir insanın fiziki və ya mənəvi vəziyyətini təsvir etmək üçün işlədilir. Məsələn, “O, yaxşıdır” — yəni o, sağlam və ya rahat vəziyyətdədir. Əxlaq və davranış — insan davranışlarını və əxlaqını ifadə etmək üçün də istifadə edilir. Məsələn, “O, yaxşı insandır” — bu, həmin şəxsin mənəvi keyfiyyətlərinin müsbət olduğunu göstərir. Beləliklə, "yaxşı" həm əşyalara, həm də insanlara müsbət bir dəyər vermək üçün istifadə olunan geniş mənalı bir sözdür.
Yaxşı Cazibə
Yaxşı Cazibə (türk. Yahşi Cazibe) — Süreç Film kinoşirkətinin istehsalı olan və Türkiyənin ATV kanalında yayımlanan televiziya serialı.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. === 2023-cü il seçkiləri === === 2024-cü il seçkiləri və sonrası === Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da, o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir.
Yaxşı terrorçu
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir. Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir. "Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən, digəri onu "kifayət qədər sadə məzmunlu" və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.
Yaxşı hasar
Yaxşı hasar (ivr. ‏הגדר הטובה‏‎, Ha-Qader Ha-Tova, ərəb. السياج الجيد‎, əs-Siyəc əl-Cəyid) — 1978-ci ildə Cənubi Livan münaqişəsindən sonrakı dövrdə (Livanda vətəndaş müharibəsi zamanı) İsrailin Livan ilə 80 mil (130 km) uzunluğunda olan şimal sərhədinə aid edilən termin. O zaman Livanın cənubuna Azad Livan Dövləti (1978–1984) və daha sonra Cənubi Livan təhlükəsizlik kəməri administrasiyası formasında maruni xristian milisləri və Cənubi Livan Ordusu nəzarət edirdi. == Zəmin == 1948-ci ildə İsrail Dövlətinin qurulmasından 1970-ci ilə qədər İsrailin Livanla sərhədi sakit formada qalmışdı.Odur ki, hətta İsrailin Metula şəhərindən olan fermerlər Livanın daxilindəki Əyun vadisində torpaqlarını əkinçiliklə məşğul olurdular. 1970-ci ildə baş tutan Qara sentyabrda İordaniyadan qovulduqdan sonra FAT Livanın cənubuna nəzarəti ələ keçirməyə və regionda hökm sürən əmin-amanlığı pozmağa başlamışdı. == Tarixi == "Yaxşı hasar"ın başlanğıcı 1976-cı ildə Livanda vətəndaş müharibəsinin başlaması və İsrailin Livanın cənubunda üstünlük təşkil edən maruni milislərinə Fələstin Azadlıq Təşkilatı ilə döyüşdə dəstəyi ilə üst-üstə düşür. 1977-ci ildən İsrail marunilərə və onların müttəfiqlərinə İsraildə iş tapmağa icazə vermiş, məhsullarının İsrailin liman şəhəri Hayfa vasitəsilə ixracına kömək etmişdir. Məhsulların və işçilərin keçdiyi əsas sərhəd keçidi Metula yaxınlığındakı Fatimə darvazası idi. Bu, Azad Livan Dövlətinin və sonrakı Cənubi Livan təhlükəsizlik kəməri administrasiyasına əsas iqtisadi sabitliyi təmin etmişdir.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Hər şeyi riktırlamaq
Hər şeyi riktırlamaq (ing. Total Rickall) – ABŞ elmi fantastika və qara komediya sitkomu "Rik və Morti"nin ikinci mövsümünün 4-cü, ümumilikdə isə 15-ci seriyası. Xuan Meza-Leonun rejissorluğu və Mayk Makmehenin ssenaristliyi ilə çəkilən seriya ilk öncə 16 avqust 2015-ci ildə Adult Swim vasitəsilə yayımlanmışdır. Seriya Rikin ailənin içində yaddaşla oynaya bilən kosmik parazitin məskunlaşdığını öyrənməsi ilə başlayır. Bu kosmik parazitlər insanların yaddaşına saxta xatirələr daxil edərək onlarla birgə yaşayır və çoxalırlar. Rik evi karantinaya alıb kimin parazit, kimin əsl olduğunu müəyyənləşdirməyə çalışır. == Məzmun == Smit ailəsi Cerrinin qardaşı Stiv ilə səhər yeməyi edir və Cerri elektron poçt vasitəsilə səyahət biletləri əldə etdiklərini deyir. Stiv bildirir ki, bu biletləri onlara ona burada bir il qalmasına icazə verdikləri üçün alıb. Bu zaman Rik otağa daxil olur və lazer tapançası ilə Stivin başından vurur. Bütün ailə dəhşətə düşür, lakin Stivin əsl olmadığı məlum olur.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Hər şeyə qadirlik
Hər şeyə qadirlik (ing. Omnipotence) — qeyri-məhdud, tükənməz və ağlasığmaz bir qüvvə, başqa sözlə, sərhədsiz imkanlara malik olan bir qüvvədir. Monoteist dinlər, ümumiyyətlə, hər şeyə qadirliyi yalnız Tanrıya aid edirlər. Əksər Qərb monoteist dinlərinin fəlsəfəsində hər şeyə qadirlik hər şeyi bilmə, hər yerdə mövcud olma və mərhəmət kimi ilahi atributlardan biridir. == "Hər şeyə qadirlik" sözünün mənaları == Fərqli inanclı, hətta eyni inanclı insanlar arasında hər şeyə qadirlik termini bu xassənin təbiəti haqqında müxtəlif fikirləri ifadə etmək üçün istifadə olunur. Ən ümumi olanlar bunlardır: Tanrı hər şeyi edə bilər, yəni "Tanrı X-ı edə bilərmi?" sualının cavabı X nə olursa olsun həmişə "bəli"dir. Lakin bu, bəzi ziddiyyətlərə, məsələn, daş paradoksuna gətirib çıxarır, ona görə də bu mövqe müasir ilahiyyatçılar tərəfindən dəstəklənmir. Tanrı daxilən məntiqi ziddiyyətlər ehtiva etməyən hər şeyi etməyə qadirdir. Tanrı öz istədiyi hər şeyi edə bilər . Tanrı öz daxili mahiyyətinə zidd olmayan hər şeyi edə bilər (məsələn, Tanrının həmişə həqiqəti danışdığı güman edilirsə, deməli o, yalan danışa bilməz).
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Qəhrəmanlara Eşq Olsun! (1981)
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Yaxşı terrorçu (roman)
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir. Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir. "Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən, digəri onu "kifayət qədər sadə məzmunlu" və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.
Yaxşı, pis, zalım
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. == Məzmun == Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Ən yaxşı təklif
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. == Məzmun == Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Cənab yaxşı oğlan
Cənab yaxşı oğlan (ing. Mr.Nice Guy, 1997) — Honq Konqda çəkilmiş, Ceki Çanın da olduğu komediya, adrenalin janrda bir filmdir. == Məzmun == Televiziya aşpazı Ceki, bir televiziya aparıcısının, həyatının macərasında onu əyləndirən yerli narkotik mafiyasına qarşı mübarizədə kömək edir.
Hər bir insan hökmdardır
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. == Nəşr == Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. == Satış == Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. == Həmçinin bax == Qorxular == İstinadlar == == Xarici keçidlər == "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. == Rollarda == Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) == Filmfare Nominasiyaları == Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya == Kritik Resepsiyon == Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər şeyin satıldığı mağaza
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi == Məzmun == “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi == İstinadlar == "Alinino". "teaspress".