HA

Nida kimi aşağıdakı mənalarda işlənir: a) saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir.
Ona bir söz demə ha! Özünü gözlə ha! Ora getmə ha! – [Minnət xanım:] Ancaq mən olduğumu demə ha! Ü.Hacıbəyov.
[Turac:] Ey, düz-əməlli danış ha! İ.Əfəndiyev.
Kəblə Abbasəli naqanı tuşladı: – Al gəlsin, vurdum ha! Mir Cəlal.
b) təkid, vaciblik, lazımlıq bildirir.
Bizə gələrsən ha! Xahişimi unutma ha! – [Ana:] Qızlar, mənim bu balamdan muğayat olun ha! (Nağıl).
c) heyranlıq, valehlik bildirir. Gözəldir ha! ç) intonasiyadan asılı olaraq, bəzən sözə, cümləyə istehza, rişxəndlik çaları verir. Amma yazmısan ha. Ay tutdun ha.
[Hatəm:] Budu ha!… [Düşmən] gəlib çıxıb ey… Ə.Əbülhəsən.

d) təkrar bildirir – nə qədər. Ha deyirəm, təsir etmir.
– Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə haman sözlərdir ki, ha eşidirik. C.Məmmədquluzadə.

H
HA₃

Значение слова в других словарях