GÜZGÜ
HACAT
OBASTAN VİKİ
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır. Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik.
Hababam Sinifi Yay Oyunları (film, 2020)
Hababam sinfi yay oyunları — 2020 Türk istehsalı güldürü filmidir. Hababam sinfinin ən son filmidir. Çəkimləri Şimali Kipr Türk Respublikasında tamamlanan və yeni tip COVID-19 xəstəliyinə görə təxirə salınan film 20 noyabr 2020-ci ildə vizyona girmişdir. Rejissorluğunu Doğa Can Anafartanın götürdüyü filmin baş rolları Altan Ərkəkli, Toyqan Avanoğlu və Yusuf Çim olub.
Hababam sinifi (film, 1974)
Hababam sinifi (türk. Hababam sınıfı) — rejissor Ərtəm Əyilməz tərəfindən 1975-ci ildə ekranlaşdırılmış film. Komediya və musiqili film janrlarında olan film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rollarda Kamal Sunal, Münir Özqul, Tarık Akan, Xalid Ağcatəpə, Ədilə Naşit çıxış edirlər. == Məzmun == Özəl liseyə yeni gələn müdir müavini və tarix müəllimi Mahmud bəy (Keçəl Mahmud) bir neçə il sinifdə qalan 6 A (Hababam sinifi) sinfinə nizam intizam qaydaları öyrədir. Ancaq şagirdlərin dəcəlləyinə görə çoxlu problemlər yaşanır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Ərtəm Əyilməz Rüfət İlqazın 1957-ci ildə yazdığı əsəri ekranlaşdırmışdır. 1973-cu ildə film üçün aktyorlar axtarılmışdır. Filmdə Zəki Alasya və Mətin Ağpınar da rol alacaqdı.
Hababam sinifi salam (2004, film)
Hababam sinfi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi. == Mövzusu == Hababam sinfinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələ də davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.
Hababam sinifi salam (film, 2004)
Hababam sinfi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi. == Mövzusu == Hababam sinfinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələ də davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.
Hababam sinifi sinifdə qaldı (film, 1976)
Hababam sinifi sinifdə qaldı filmi rejissor Ərtəm Əyilməz tərəfindən 1976-ci ildə çəkilmişdir. Komediya və musiqili janrda olan bu film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kamal Sunal, Münir Özqul, Şənər Şən, Xalid Ağcatəpə, Tarık Akan, Ədilə Naşit, Səmra Özdamar ifa edirlər. == Məzmun == Yalançı diplomlarla Mahmud müəllimi aldadadan Hababam sinifinə yeni bədən tərbiyəsi müəllimi Bədi Əkrəm təyin olunmuşdur. Ancaq Əkrəm sinfə çox əziyyət verər və qaçızdırar. Ədəbiyyat müəllimi Kamal müəllimin ölümündən sonra məktəbə yeni qız ədəbiyyat müəllimi Səmra müəllim təyin olunur. Mahmud müəllim sağalır, ancaq müdir müavini vəzifəsini istəmir. Ancaq məktəb müdiri israr edie və Mahmud müəllim vəzifəni üstünə götürür. Səmra müəllimə cavan olduğu üçün Mahmud müəllim sinfə xəbərdarlıq edir. Ancaq sinif müəlliməni aldadır.
Hababam sinifi əsgərdə (film, 2005)
Hababam sinfi əsgərlikdə (türk. Hababam Sınıfı Askerde) — 2004-cü il istehsalı, Türkiyə komediya filmi.
Hababam sinifi əsgərlikdə (film, 2005)
Hababam sinfi əsgərlikdə (türk. Hababam Sınıfı Askerde) — 2004-cü il istehsalı, Türkiyə komediya filmi.
Haband
Haband — V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Habbl ardıcıllığı
Xabbl ardıcıllığı — 1936-cı ildə Edvin Xabbl tərəfindən təklif olunmuş qalaktikaların təsnifatı. İndiyədək daha ətraflı təsnifatlanma variantlarının olmasına baxmayaraq, Xabbl təsnifatı hələ də aktuallığını qoruyub saxlamışdır.
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti. Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.
Habbl sabiti
Habbl sabiti - sürət artmasının məsafə artımına nisbətini ifadə edir. Onun astronomik mənası, sürət ilə məsafənin mütənasibliyinin bütün qalaktikalar üçün eyni olmasıdır. == Qiyməti == Hazırda Habbl sabiti 1 000 000 işıq ili üçün 23 k m / ( s a n ⋅ m i l y o n i . i ) {\displaystyle 23km/(san\cdot milyoni.i)} İşıq ili - işıq sürətinin bir ildə qət etdiyi yoldur: 1 i . i = 9 , 46 ⋅ 10 12 k m {\displaystyle 1i.i=9,46\cdot 10^{12}km} == İstifadə olunduğu yerlər == Habbl sabiti aşağıdakı hesablamalarda istifadə olunur. Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir. === Habbl qanunu === Habbl qanununa əsasən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşma sürətinin təyini üçün Habbl sabiti istifadə edilir. === Kainatın yaşının hesablanması === Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir.
Habbl teleskopu
Habbl teleskopu — amerikan astronomu Edvin Habblın şərəfinə adlandırılmış kosmik orbital teleskop. NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 24 aprel 1990-cı ildə "Diskaveri" şattlı ilə çıxarılmışdır. Kütləsi 11 tondur. Əsas alətləri: infraqırmızı kamera, optik kamera, optik spektrometr, ultrabənovşəyi spektroqraf, üç naviqasiya sensoru.
Habenaria viridis
Yaşıl boşləçək (lat. Dactylorhiza viridis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Dactylorhiza viridis var. virescens (Muhl. ex Willd.) Baumbach Dactylorhiza viridis var.
Haber-Veys reaksiyası
Haber-Veys reaksiyası- H2O2 (hidrogen peroksid) və superoksidin (• O2−) OH hidroksil radikalıdır. Reaksiya oksidləşdirici olaraq qəfəsdə baş verə bilər. Dəmir ionları katalizator olaraq iştirak edir və reaksiya kifayət qədər yavaş gedir. Reaksiyanın birinci mərhələsi Fe3+ -nın reduksiya olunması ilə başlayır: Fe3+ + •O2− → Fe2+ + O2 İkinci mərhələ: Fe2+ + H2O2 → Fe3+ + OH− + •OH Fe katalizatoru üçün ümumi reaksiya: •O2− + H2O2 → •OH + OH− + O2 Reaksiyanın adı Frits Haber və onun tələbəsi İosif Veysin şərəfinə adlandırılmışdır. == Tarix == 1931-ci ildə alman kimyaçısı və kimya üzrə Nobel mükafatçısı Frits Haber və tələbəsi İosif Veys Haber-Weiss reaksiyası adlanan zəncirvari reaksiyanı belə izah etmişlər: (1) HO• + H2O2 → H2O + O2•- + H+ (2) O2•- + H+ + H2O2 → O2 + HO• + H2O Lakin 1947-ci ildə Corc superoksid və hidrogen peroksid (2) arasındakı reaksiyanın superoksid parçalanmasının sürətli reaksiyasına nisbətən əhəmiyyətsiz olduğunu göstərdi: (3) O2•- + H2O2 → OH− + HO• + O2 1949-cu ildə Veys bu dəlilləri qəbul etdi və Haber- Veys reaksiyası uzun müddət unuduldu. 1970-ci ildə Boşamp və Fridoviç superoksidin toksik təsirlərini izah etmək üçün unudulmuş bir reaksiyanı canlandırdılar, lakin 1970-ci illərdə aparılan laboratoriya tədqiqatları göstərdi ki, bu reaksiya üçün sürət sabitinin 1 M-1с-1 və ya daha az olması Corcun əvvəlki nəticələrini təsdiqlədi. Superoksid və hidrogen peroksid arasındakı reaksiyanın yenidən əhəmiyyətsiz olması təsdiqləndi və superoksidin toksikliyi Fentonun reaksiyasında öz əksini tapdı: (4) Fe2+ + H2O2 → Fe3+ + HO- + HO• 1994-cü ildə Kan və Keşa sərbəst oksigeni almaq məqsədilə Haber- Veys reaksiyasına müraciət etdilər. Hal-hazırda superoksidin toksikliyi Fenton reaksiyası ilə izah edilir. == Mənbə == W. H. The Haber-Weiss cycle – 70 years later (неопр.) // Redox Report. — 2001.
Haber Global
Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi Azərbaycan və Türkiyə hakimiyyəti yönümlü xəbər kanalı. Kanalın Direktorlar Şurasının sədri Elnur Abdullayev, İdarə Heyətinin sədri isə Məmməd Gülməmmədovdur. Global Media Groupa daxildir. == Tarixçə == 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu.
Haber Türk TV
Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur. == Tarixçə == Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.
Haber krateri
Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u.83,4° şm. e.
Habertürk TV
Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur. == Tarixçə == Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.
Habib Mayqa
Habib Diqbo Q'nampa Mayqa (1 yanvar 1996) — Sent-Etyen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Mayqa öz peşəkar karyerasında debütünü Sent-Etyen klubu ilə 4 mart 2017-ci ildə etmişdir. Mayqa 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sent-Etyen Liqa 1 görüşündə Bastiya ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 14 oktyabr 2017-ci ildə Metz klubuna qarşı oyunda vurmuşdur. Mayqa 95-ci dəqiqədə qolla yadda qalmış və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. === Arsenal Tula === 21 fevral 2018-ci ildə Mayqa Rusiya Premyer Liqası təmsilçilərindən olan Arsenal Tula klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Mayqa 2017-ci ilin noyabr ayında Dünya Kubokunun təsnifat mərhələsində Mərakeş millisinə qarşı oyunda iştirak etmək üçün Kot-d'İvuar millisinə dəvət almışdır.
Habibas adaları
Habibas adaları (ərəb. حبيباص‎, fr. Îles Habibas) Əlcəzair sahilindən 12 km aralıda yerləşir. Arxipelaqa daxil olan əsas adanın uzunluğu 1,3 km-dir. Adanın ümumi sahəsi 40 ha-dır. Maksimal hündürlüyü 105 metrdir. Adalar vulkanik mənşəllidir. Habibas adaları Bu-Zecar əyalətinin Ayn-Temuşet vilayətinə daxildir. Adalarda yaşayış məntəqəsi olmasa belə, burada priçal, mayak (1879-cu ildə inşa edilmiş) və bir neçə bina vardır. Adalar İl-Habibas dəniz təbiət parkına daxildir.
Habil Allahyarov
Habil Haqverdiyev
Habil Hümbətov
Habil Həsənov

Значение слова в других словарях