Habil Əliyev (əsgər, 1971)
Habil Misir oğlu Əliyev (28 noyabr 1971, Quzanlı, Ağdam rayonu – 25 sentyabr 1992, Ağdərə, Ağdərə rayonu) — Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Habil Əliyev 1971-ci il noyabrın 28-də Ağdamın Quzanlı kəndində anadan olub. 1988-ci ildə orta məktəbi bitirəndən sonra bir müddət kolxozda çalışıb.
İşlədiyi müddətdə keçirdiyi ağır xəstəlik Habili Bakı xəstəxanalarından birinə gətirib çıxartdı. Bir neçə aylıq müalicədən sonra o, yenidən kəndə qayıtdı və artıq əsgərlik yaşının çatmasına baxmayaraq, həkimlərin qərarıyla xidmətdən möhlət hüququ aldı. Bu möhlət müddəti hər dəfə uzadıldığından güman olunurduki, həkimlər Habili hərbi xidmətdən birdəfəlik azad edəcəklər. Ancaq bu, qətiyyən onun ürəyindən deyildi. Xocalı faciəsindən, Şuşa və Laçının işğalından sonra daha onun qarşısını heç nəylə almaq mümkün deyildi. Tibbi komissiyadan keçmədiyinə görə dəfələrlə hərbi komissarlıqdan geri qaytarılan Habil, nəhayət, təkidi və inadkarlığı hesabına 1992-ci ilin 10 iyununda milli ordu sıralarına qoşuldu.
Habilin döyüş yolu Ağdam və Ağdərə bölgələrindən keçib.