HACIBALA

bax: Hacı və Bala.
HACIBABA
HACIBƏY
OBASTAN VİKİ
Hacıbala Abutalıbov
Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019). == Həyatı == Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Hacıbala Hüseynov
Hacıbala Ağahüseyn oğlu Hüseynov (13 yanvar 1912, Şüvəlan, Bakı qəzası – 8 yanvar 1967, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Hacıbala Hüseynov 13 yanvar 1912-ci ildə Bakı qəzasının Şüvəlan kəndində anadan olmuşdur. O, orta məktəbi buradakı məktəbdə oxumuş, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə daxil olub. 1933-cü ildə truppaya solist götürülüb. Paralel olaraq kanservatoriyada oxuyan Hacıbala 1936-cı ildə təhsilini başa vurub. Hacıbala Hüseynov Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həmzə bəy rolunun ilk ifaçısı olmuşdur. O, 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. Hacıbala Hüseynov 8 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hacıbala Sadıqov
Hacıbala Müseyib oğlu Sadıqov (10 aprel 1935, Dəstə, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, sabiq hakimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Naxçıvan MSSR Ali Məhkəməsinin sədri. == Həyatı == H. Sadıqov 1935-ci il aprelin 10-da Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. O, 1949–1953-cü illərdə Ordubad Pedaqoji Texnikumunda, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakül-təsində təhsil almışdır. Ali təhsil müəssisəsində hüquqşünas ixti-sasma yiyələndikdən sonra H. Sadıqov 1958–65-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət He-yətində təltif, hüquq və sovet işləri şöbələrində məlumatçı və referent vəzifələrində işləmişdir. Onun 1965-ci ildən sonrakı həyatı respublikamızda ədalət mühaki-məsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, o, 1965–70-ci illərdə Salyan rayon hakimi, 1970–72-ci illərdə Yevlax rayon məhkəməsinin sədri vəzifələrində çalışmış, 1972-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş və həmin vəzifədə 1978-ci ilə qədər çahşmışdır. H. Sadıqov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsinin Sədri seçilmiş və 1983-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, 1983-cü ildə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilmiş və 2000-ci ilə qədər, yəni ölkəmizdə məhkə-mə-hüquq islahatları başlanana qədər həmin vəzifədə işləmişdir. 1. IX.2000-Cİ ildə isə o, Respublika Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri və inzibati hüquqpoz-malara dair işlər üzrə kollegiyanm sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Tariyel Hacıbala oğlu Abdullayev (20 Yanvar şəhidi)
Hacıbalabəyli (Biləsuvar)
Hacıbalabəyli (fars. حاجي بالابيگلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (42 ailə).
Qışlaq-i Hacıbalaxan (Pərsabad)
Qışlaq-i Hacıbalaxan (fars. قشلاق حاجي بالاخان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (10 ailə).
Sultanhəmid Hacıbalayev
Sultanhəmid Şahmərdan oğlu Hacıbalayev (3 yanvar 1937, Həzrə, Hil rayonu – 3 yanvar 2009) — Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. == Həyatı == Sultanhəmid Hacıbalayev 3 yanvar 1937-ci ildə tarixində Həzrə kəndində kəndli ailəsində anadan olmuşdur, milliyətcə ləzgidir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbini bitirmişdir. O, 3 yanvar 2009-cu ildə vəfat etmişdir. == Siyasi fəaliyyəti == 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1957–1965-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin mühəndis-iqtisadçısı, Naxçıvan MSSR yerli sənaye nazirinin müavini, 1965–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsi sədrinin müavini, Xalq Nəzarəti Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. 1970–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. VIII çağırış Azərbaycan SSR Ali Sovetinin səhiyyə və ictimai təminat komissiyasının və Azərbaycan Kommunist Partiyası təftiş komissiyasının üzvü olmuşdur. == Mənbə == Султанһәмид Шаһмәрдан оғлу Һаҹыбалајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш.