hacat
haça
OBASTAN VİKİ
Hacıqabul
Hacıqabul (əvvəlki adı Qazı-məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati mərkəzi. == Tarixi == XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. == Coğrafiyası və iqlimi == Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. == Əhalisi == == Dəmiryol == Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Abdulabad (Hacıqabul)
Abdulabad (keçmiş adı: Abdulyan) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 838-IIIQ saylı Qərarı ilə Hacıqabul rayonunun Abdulyan kənd inzibati ərazi dairəsi tərkibindəki Abdulyan kəndi Abdulabad kəndi, Abdulyan kənd inzibati ərazi dairəsi Abdulabad kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == Kənd Kürdə komandada işləməyə gələn İrandakı azərbaycanlı ailələr tərəfindən qurulub. 1886-cı ildə Bakı əyalətinin inzibati-ərazi bölgüsünə görə Abdulyan kəndi Cavad qəzası icmasına mənsub idi. 1911-ci ilə qədər kənd artıq Şamaxı qəzası məxsus idi. 1926-cı ildə Azərbaycan SSR inzibati-ərazi bölgüsünə görə kənd Salyan rayonunun dalğıc Sabir-Abad kəndinə aid idi. 1929-cu ildə inzibati bölgüdə islahatlar aparıldıqdan və mahallar ləğv edildikdən sonra Azərbaycan SSR-nin Qarasu rayonunda Abdulanyan kənd soveti yaradıldı. Sonradan rayon ləğv edildi, kənd Ali-Bayramlı rayonunun tərkibinə daxil oldu, lakin 1939-cu ildə kənd Qazı-məmməd rayonuna verildi. 4 dekabr 1959-cu ildə Qazı-məmməd rayonu ləğv edildi və kənd Sabirabad bölgəsinə verildi. 1961 və 1977-ci illərin inzibati bölgüsünə görə Abdulyan kəndi Azərbaycan SSR Sabirabad rayonunun Abdulyan kənd sovetinin tərkibinə daxil olmuşdur.
Atbulaq (Hacıqabul)
Atbulaq — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Atbulaq oyk. Hacıqabul r-nunun eyniadlı i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, düzənlikdədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi ədəbiyyatlarda Atabulaq variantında da işlənir. Əsl adı Atbulağıdır. Yaşayış məntəqəsinin ərazisi keçmişdə maldarlıqla məşğul olan elatların qışlaq yeri olmuşdur. Sonralar burada Mərəzədən köçmüş ailələr məskunlaşmışlar. Kənd öz adını vaxtilə heyvanları suvarmaq üçün burada qazılmış su quyusunun adından almışdır.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Hacıqabul bələdiyyələri
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacıqabul bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacıqabul gölü
Hacıqabul gölü — Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl. Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində göl. Gölə su Qarasudan və Kür çayından buraxılır. Cənub hissəsində şorşor kanalı vasitəsilə Kür çayı ilə birləşir. Gölün ətrafı bataqlıq və qamışlıqdır. Göl yaxınlıqdakı Hacıqabul (indiki Qazıməmməd) yaşayış məntəqəsinin adı ilə adlanmışdır.Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. == Ümumi məlumat == Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib, lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə tökülür.
Hacıqabul rayonu
Hacıqabul rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. == Şəhər və iri qəsəbələrin adları == Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir. Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var. == Sərhəd rayonların, ölkələrin adları == Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan, Bakı şəhərləri. == Tarixi == Böyük İpək yolu üzərində yerləşən Hacıqabul zamanın müxtəlif dövlərində müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlanmışdır. Hülakilər dövründə Mahmudabad sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlamışdır. Deyilənlərə görə Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində "Həccin qəbul" deyə mübarəkdarlıq edərlərmiş.
Hacıqabul xalçaları
Hacıqabul xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Hacıqabul şəhəri
Hacıqabul (əvvəlki adı Qazı-məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati mərkəzi. == Tarixi == XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. == Coğrafiyası və iqlimi == Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. == Əhalisi == == Dəmiryol == Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Kolanı (Hacıqabul)
Kolanı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Kür çayının sahilində, Şirvan düzündədir. Kənd vaxtilə Cavad qəzasında yaşamış kolani tayfasına mənsub 71 ailənin Toyuqplov adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b.
Muğan (Hacıqabul)
Muğan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu, Cəlilabad rayonuvə digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[mənbə göstərin] == Coğrafiya == Muğan Yuxarı Şirvan kanalının sahilində yerləşir. Kənd Hacıqabul rayon mərkəzindən 13 km və Bakıdan 126 km məsafədə yerləşir. Kənddən Bakı-Ələt-Tbilisi beynəlxalq yolu keçir. Kənddə dəmir yolu stansiyası var.
Padar (Hacıqabul)
Padar — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirvan düzündədir. == Tarixi == 1886-cı ildə köçəri Padar-Hacı-Alim, Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə, Cevat rayonunun Padar kənd icmasına aid idi. 1903-cü ildə, dəmir yolu tikintisi ilə kəndin yaxınlığında eyni adlı kənd quruldu, daha sonra kəndə birləşdirildi. 1913-cü ildə Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə Padar kəndi Şamaxı rayonunun Padar kənd icmasına aid idi. 1926-cı ildə Azərbaycan SSR inzibati-ərazi bölgüsünə görə kənd Salyan rayonunun Əli-Bayramlı kəndinə aid idi. Azərbaycan SSR-nin Karasuinsky rayonuna girdi. Sonradan rayon ləğv edildi, kənd Əli-Bayramlı rayonunun tərkibinə daxil oldu, lakin 1939-cu ildə kənd Kazi-Magomedskiy rayonuna verildi. 4 dekabr 1959-cu ildə Kazi-Magomed rayonu ləğv edildi və kənd Əli-Bayramlı mahalına verildi. 1961-ci il inzibati bölgüsünə görə Padar dəmiryol stansiyasındakı kənd Azərbaycan SSR Əli-Bayramlı rayonunun Qarasu kənd sovetinin tərkibinə daxil olmuş və 1963-cü il yanvarın 4-dən kənd Sabirabad rayonunun tərkibində olmuşdur.
Pirsaat (Hacıqabul)
Pirsaat — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əkin sahələri == Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Qarasu (Hacıqabul)
Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi. Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi. İsgəndərov Əli - Azərbaycan universiteti tələbə qəbulu üzrə komissiyanın sədri == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Hacıqabul Şəhidlər Xiyabanı
Hacıqabul Şəhidlər Xiyabanı — Hacıqabul şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Hacıqabul şəhərində yaradılıb.
Hacıqabul əməliyyatı (1918)
Azərbaycan Xalq Cümhuriyyətinin Hacıqabul əməliyyatı — Qafqaz İslam Ordusu ilə Bakı Xalq Komissarları Soveti qoşunları arasında Hacıqabul ərazisində baş vermiş döyüş. == BXKS-də döyüş qabağı vəziyyət == Cəbhədəki məğlubiyyətlərdən sonra Sovet Rusiyasından göndərilən silah və sursatın həcmi artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi. Q.Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet hakimiyyətinə sadiq olan kazaklar və matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin yaradılmasında əsas rol oynamalı idi. İyulun 22-də Biçeraxov komandanlıqdan imtina etdi, vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi. Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə ordunu döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı qvardiyaçılara müraciət edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı vuruşmağa çağırdılar. Həmin gün Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.
Muğan bələdiyyəsi (Hacıqabul)
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Navahı (kənd, Hacıqabul)
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400-500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb( direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir.Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir.Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45-50 °C dərəcəyə kimi yüksəlir. Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.
Navahı (qəsəbə, Hacıqabul)
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Əvvəl kənd olan Nəvai sonra qəsəbə olmuşdur. 1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hücumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navahi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000-ə yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər.
Rəncbər (Hacıqabul)
Rəncbər — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Rəncbər Hacıqabul r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə rəncbər ailələrinin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdı. Rəncbər fars mənşəli söz Club, "muzdla tutulmuş cütcü, əkinçi, sahibkardan şəxsi asılılığı olan kəndli” deməkdir. == Əhalisi == 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3630 nəfər əhali yaşayır. == Əkin sahələri == Kəndin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Talış (Hacıqabul)
Talış — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Talış oyk., sadə. Hacıqabul r-nunun Abdulyan i.ə.v.-də kənd. Kürün sahilində, Muğan düzündədir; İsmayıllı r-nunun Kürdmaşı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir; Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Babaçayın sahilində, dağlıq ərazidədir; Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zeynal bəy ata-baba yurdundan qovulmuş və 20-ci illərdə burada kommuna yaradılmışdır.
Tağılı (Hacıqabul)
Tağılı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Tağılı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Udullu kəndindən köçüb gələn ailələr salmışlar. Kəndin adı ilk sakinlərindən olan Tağ adlı şəxsin adı ilə bağlıdır. Oykonim Tağ antroponimi və aidlik, mənsub. bildirən -li şək.-sindən ibarətdir. == Əhalisi == 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 438 nəfər əhali yaşayır.
Şorbaçı (Hacıqabul)
Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Xilə (Hacıqabul)
Xilə — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində əvvəllər mövcud olmuş kənd. == Toponimikası == == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Təhsil == Hacıqabul rayon Xilə kənd ümumi orta məktəbi şəhid F. Kərimovun adını daşıyır.
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hacıqabul əməliyyatı
Azərbaycan Xalq Cümhuriyyətinin Hacıqabul əməliyyatı — Qafqaz İslam Ordusu ilə Bakı Xalq Komissarları Soveti qoşunları arasında Hacıqabul ərazisində baş vermiş döyüş. == BXKS-də döyüş qabağı vəziyyət == Cəbhədəki məğlubiyyətlərdən sonra Sovet Rusiyasından göndərilən silah və sursatın həcmi artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi. Q.Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet hakimiyyətinə sadiq olan kazaklar və matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin yaradılmasında əsas rol oynamalı idi. İyulun 22-də Biçeraxov komandanlıqdan imtina etdi, vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi. Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə ordunu döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı qvardiyaçılara müraciət edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı vuruşmağa çağırdılar. Həmin gün Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.
Hacıqabul-Astara-Abadan qaz kəməri
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri. == Tarixi == Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsi ilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır. 2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir.2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir. == Texniki xüsusiyyətləri == Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir. Kəmərin İrandakı bölümü IGAT1 adlanır.
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1989-cu ildə Hacıbaqbul razyonu ərazisində yaradılmış, eksponatlarının sayı 3000 keçmişdir. == Muzeyin tarixi == Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur. == Muzey binası == Bina 1975-ci ildə tikilməyə başlamış, 1977-ci ilin aprel ayında istifadəyə verilmiş və hazırda istifadəyəqismən yararlı vəziyyətdədir. Binada muzeylə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, rayon Məşğulluq Mərkəzi (birinci mərtəbə), rayon Gənclər və İdman İdarəsi (ikinci mərtəbə), rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı, rayon Arxivi, Hacıqabul qəzetinin redaksiyası yerləşir. == Muzey ekspozisiyası == Muzey fəaliyyətini bərpa etdiyi 2003-cü ilin iyun ayından etibarən "Azərxalça" İstehsalat Birliyinin balansında olan və Hacıqabulşəhər İsmət Qayıbov küçəsi 4 ünvanında yerləşən üç mərtəbəli binanın ikincimərtəbəsində, ümumi sahəsi 220 m2 olan iki zalı (ekspozisiya sahəsi) və üç otaqda (direktorun digər işçilərin və fond otaqları) yerləşdirilmişdir. Muzeyin ekspozisiya sahəsi çox kiçik olduğundan əsas fondun yalnız az bir hissəsini nümayiş etdirməyə şərait vardır. 2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir. == Həmçinin bax == Hacıqabul Hacıqabul rayonu == Xarici keçidlər == "Hacıqabul tarixinin əks olunduğu məkan".
Padar bələdiyyəsi (Hacıqabul)
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
завуали́ровать изверте́ть как е́сли б карми́нный муниципализи́рованный притесни́ть продира́ть промы́ливаться прохуди́ться стилиза́торство уезжа́ть бивуа́чный захло́пывание недисциплини́рованный поработи́ть фра́нко- хохма́чество botanist lierne palace revolution Parish Council poesy prescription tour de force трущоба