HACIKƏRİM
HACIQƏMBƏR
OBASTAN VİKİ
Qaralar-i Hacıqasım (Urmiya)
Qaralar-i Hacıqasım (fars. قرالرحاج قاسم‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (48 ailə).
Ağalar Hacıqasımov
Ağalar Hacıqasımov (tam adı: Hacıqasımov Ağalar Sultan oğlu; d. 5 mart, 1935-ci il) — geologiya‑mineralogiya elmləri doktoru, professor. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qazın axtarış və kəşfiyyatının nəzəri əsasları kafedrasının əməkdaşı. == Həyatı == Hacıqasımov Ağalar Sultan oğlu 1935-ci il martın 5-də Bakı şəhərində anadan olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirib. A.Hacıqasımov əmək bioqrafiyasına "Azdənizneftkəşfiyyat" trestində 3 nömrəli buruq kontorunda məhlulölçən kimi başlayıb, sonradan "Leninneft" trestində geoloq, baş geoloq, 11 nömrəli neft mədəni müdirinin müavini işləyib. 1963-cü ildə doğma universitetin aspiranturasında təhsilini başa vurduqdan və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasında geologiya-geofizika problem laboratoriyasının mühəndisi, elmi-tədqiqat işləri sektorunun rəhbəri, böyük elmi işçi, dosent, professor (1969), kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 1968-ci ildən tədris işləri üzrə prorektor işləyib. 1981-ci ildə A.Hacıqasımov İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasına dəvət edilib və orada professor vəzifəsində işləyib, kafedra müdirinin müavini olub. 1992-ci ildə "buruq qazmasının texnikası və təşkili" Elmi İstehsalat Kompaniyası" (TOBUS EİK) Səhmdar Cəmiyyətinə baş geoloq vəzifəsinə keçib, sonradan baş direktorun müavini, vitse-prezident təyin olunub.
Hacıqasımlı
Hacıqasımlı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacıqasımlı kəndinin yaranması nəslin banisi olan Hacı Qasımın adı ilə bağlıdır. Hacı Qasım özü bir neçə əsr qabaq ailəsi ilə birgə, dağlıq Şirvandan köçərək bu kəndin yaradıcısı və ilk sakini olmuşdur. Əslində kəndin yaranma tarixi XVII əsrin əvvəllərinə təsadüf edir. Kəndin yaranması XVII əsrin əvvəllərində Şamaxıdan gəlmiş Qasım adlı şəxsin adı ilə bağlıdır. Gənc yaşlarında bu ərazidə məskunlaşan Qasım ailə qurmuş, həcc ziyarətinə getmişdir. O, Hacıdan qayıtdıqdan sonra kənd onun adı ilə Hacıqasımlı adlandırılmısdır. Təxminən 20-ci əsrin əvvəllərində Hacıqasımlı kəndinə İran ərazisindən bir neçə seyid ailəsi gələrək Hacıqasımlı kəndinin el arasında Məmmədbəyli deyilən hissəsində məskunlaşmışlar. Bu gün Hacıqasımlı kəndində yaşayan əhalinin əksər hissəsini Hacıqasımın nəvə-nəticələri təşkil edir.[mənbə göstərin] == Mədəniyyəti == Kənddə 1 orta məktəb binası, 1 məscid, 1 tibb məntəqəsi, Mədəniyyət və Turizm Nazırliyinin kənd klubu və İcra Hakimiyyətinin yerli kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Orta Məktəb Qarabağ şəhidi İsmayıl Əliyevin adını daşıyır.(Əliyev İsmayıl Ayaz oğlu)[mənbə göstərin] == Təhsil uğurlar == 138 evdən ibaret olan Hacıqasımlı kəndinin 70-dən çox ali təhsilli övladları Azərbaycanın müxtəlif yerlərində müəyyən vəzifələrdə çalışırlar.
Musa Hacıqasımov
Hacıqasımov Musa bəy Mirzə Həmdulla bəy oğlu (1886-1935) — Azərbaycan memarı. == Həyatı == Musa Hacıqasımov 16 avqust 1886-cı ildə Dağıstanın Qasımkənd rayonunda dünyaya gəlib. 1903-cü ildə Bakı real məktəbini bitirərək Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutuna daxil olub, ancaq inqilabi işə görə bir müddət sonra xaric edilib. Oranı 1918-ci ildə bitirib. Bakı və Peterburqda müxtəlif vəzifələrdə çalışıb. 1925-1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Azərbaycan Xalq Təsərrüfatı Şurasının, Azərbaycan SSR Dövlət Plan Komitəsinin, Azərbalıq İdarəsinin sədri kimi vəzifələrdə çalışıb. 1930-1933-cü illərdə Leninqrad Şəhər Soveti Memarlıq-Planlaşdırma İdarəsinin rəisi və 1933-1935-ci ildə Leninqrad Memarlar İttifaqının qurucusu və ilk sədri olub. 20 iyul 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində vəfat edib.
Mustafa Hacıqasımov
Hacıqasımov Mustafa Mahmud oğlu (1883, Qazax – 1969, Bakı) — ilk azərbaycanlı cərrah-ginekoloq, Azərbaycanın baş mama-ginekoloqu. professor, Azərbaycan SSR Əməkdar həkimi, Azərbaycan SSR Əməkdar elm xadimi, Bakıda doğum evinin yaradıcılarından biri, birinci və dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı. == Həyatı == Hacıqasımov Mustafa Mahmud oğlu 1883-cü il iyun ayının 12-də Qazax qəzasının Poylu kəndində anadan olub. == Təhsil == 1904-cü ildə Tiflis ilk kişi gimnaziyasını bitirdikdən sonra 1910-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib (H.Z.Tağıyevin təqaüdü ilə oxuyub). 1910-cu ildə 27 oktyabr 1910-cu ildə həkim dərəcəsinə layiq görüldü. Universitetin tibb fakültəsinin mama-ginekoloji şöbəsində qaldı. == Əmək fəaliyyəti == Azərbaycanın baş mama-ginekoloqu. Professor, Azərbaycan SSR Əməkdar Həkimi (1940), Azərbaycan SSR Əməkdar Elm Xadimi, Bakıda doğum evinin yaradıcılarından biri. Birinci-dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1-ci dünya müharibəsində lazaretlərdə hərbi həkim kimi çalışmışdır.
Onegin Hacıqasımov
Onegin Yusif oğlu Hacıqasımov (monax adı Siluan, sxima adı Simon; 4 iyun 1937, Bakı – 30 iyun 2002) — Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir çox mahnı sözlərinin müəllifi. == Həyatı == Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirmiş, 1940-cı illərədək NKVD-də işləmişdi. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırır. Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırmışdılar.1954-cü ildə Onegin Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur. Növbəti il hərbi xidmətə yollanır və 3 il hərbi dəniz qüvvələrində xidmət keçdikdən sonra yenidən təhsilini davam etdirərək institutu bitirir. Yazdığı mahnılar sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilir. Onun sözlərinə məşhur bəstəkarlar mahnı bəstələyir və populyar müğənnilər tərəfindən ifa olunurdu. Onegin Hacıqasımov həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur. Onun söz müəllifi olduğu mahnıları ifa edənlər arasında Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata" qrupu və bir çox başqaları olmuşlar. 1985-ci ildə o, pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını qəbul edir.30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edir.
ахи́ллов ветеро́чек вздрю́чка вразноты́к йе́менец микро́нный прифа́бривать свинцо́вость сладостра́стница черепи́чный взбаламу́чивать второго́дница дельфи́н долгостро́й катафа́лк немо́лчно ю́рче awnless brim over clapperclaw datum-level Dorian Grey spasmodic терпеть турне