HACIƏLİ

Hacı Alı və ya Əli; Həccə getmiş Alı və ya Əli.
HACIDAYI
HACIƏMİ
OBASTAN VİKİ
Qaraçay-i Hacıəli (Bostanabad)
Qaraçay-i Hacıəli (fars. قره چاي حاج علي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (103 ailə).
Hacıəlibəy
Hacıəlibəy — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Adının mənası == Kəndin əsasını əslən Quba rayonunundan olan Hacıəlibəy adlı bir şəxs qoymuşdur. Kəndin keçmiş adı Hacıəlibəyqışlaq olmuşdur. == Tarixi == Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonununa aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt Şahdağ xalqlarına məxsus ailələr bura köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir. == Coğrafiyası və iqlimi == Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından olan buduqlular, ləzğilər, tatlar və diğər etnik qrupların nümayəndələri təşkil edir. == Təhsil == Kənddə Zülfüqar Arzumanov adına tam orta məktəb fəaliyyət göstərir.
Hacıəlibəy bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacıəlibəykəndi (Əhər)
Hacıəlibəykəndi (fars. حاجي علي بيگ كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Hacıəlili eli
Hacıəlili eli— Cənubi Azərbaycanda yaşayan türk tayfalarından biridirlər. Onlar Cənubi Azərbaycanın kütləvi olaraq iki bölgəsində yaşamaqdadırlar: Qaradağın Əhər bölgəsində və Vərziqanın şimalında, digər qolları isə Marağa ətrafında yaşamaqdadır. 1960-cı ildə hələ də köçəri həyat sürən hacıəlililərin yaylaqları Qaradağın Dizmar və Üzümdil şəhristanlarında, qışlaqları isə Keyvan və Qarmaduz bölgəsində yerləşməkdə idi. Marağadakı hacıəlililərin yaylaqları Səhənd dağı ətəklərində, qışlaqları isə Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərindəki Qoğanda, Cığatıçay idi. Qaradağda yaşayan hacıəlililərin tirələri bunlar idi: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çərikli, Mədədli, Pirəlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağada yaşayanların tirələri isə bunlar idi: İnallı, Zərgər, Yağbastılı və Dosmallu. Lady Sheilin bildirdiyinə görə, hacıəlililər 1849-cu ildə 800 ailədən ibarət olmuşdur. İran ordusu sənədlərində nolrın sayı 985 ailə kimi göstərilir. Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamış və konstitusiya tərəfdarlarını müdafiə etmişdirlər. Eyni zamanda onların bir hissəsi Şimali Azərbaycanda da yaşamışdırlar.
Mirzə Bağır bəy Hacıəlifbəyov
Mirzə Bağır bəy Hüseyn bəy oğlu Hacıəlifbəyov — Qarabağ bəylərindən biri, mahal mirzəsi, vəkil. == Həyatı == Mirzə Bağır bəy Hüseyn bəy oğlu 1803-cü ildə Qarabağın Cavanşir-Dizaq mahalı nın Kürdmahmudlu obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsə də təhsilini davam etdirmişdi. Mahal naibi Qasım bəy Cavanşirin göstərişi ilə mirzə təyin edilmişdi. Rus üsul-idarəsi dönəmində Mirzə Bağır bəy qardaşı Mirzə Tahir bəylə İrana, Meşkin vilayətinə, Şahsevən elinin Pireyvatlı oymağına qaçmışdı Bir müddət şahsevənlərin içində daldalanmışdı. Aralıq sakitləşəndən sonra doğma obasına dönmüş, vəkilliklə məşğul olmuşdu. Mirzə Bağır bəyin Məmmədqulu bəy, Rzaqulu bəy adlı oğulları vardı.
Nazim Hacıəlibəyov
Nazim Ənvər oğlu Hacıəlibəyov (3 iyul 1959, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2009). == Həyat və fəaliyyəti == Nazim Hacıəlibəyov 3 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyir. 1987-ci ildə Moskvada "Bolşoy Teatr"da təcrübədə olub, 1990-cı ildə təcrübəni uğurla başa çatdırıb, Opera Simfonik orkestrinin dirijoru ixtisası alaraq yenidən həmin teatra qayıdıb. 1992-ci ildən teatrın baş dirijoru işləyib. Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijorudur. Bu müddətdə 25-dən çox həm klassik, həm də müasir əsərlərin musiqilərinə quruluş veribdir. "Hicran", "Beş manatlıq gəlin", "50 yaşında cavan", "Qızıl toy", "On min dollarlıq keyf", "Hərənin öz ulduzu", "Pominalnaya molitva", "Silva", "İki küpə girən qarı", "Şən dul qadın", "Nəğməli Könül", "Nümunəvi qaraçı", "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Əlin cibində olsun", "Talelər qovuşanda", "Çılğın Qaskonyalı", "Bir günlük siğə", "Volqalı Canan", "Məhəbbət oyunu" və s. kimi əsərlər bu qəbildəndir.
Qışlaq-i Hacıəlibarat (Biləsuvar)
Qışlaq-i Hacıəlibarat (fars. قشلاق حاج علي برات‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (9 ailə).
Qışlaq-i Hacıəliquluayaz (Pərsabad)
Qışlaq-i Hacıəliquluayaz (fars. قشلاق حاج علي قلي اياز‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 35 nəfər yaşayır (6 ailə).
Qışlaq-i Hacıəliqulucəfər (Pərsabad)
Qışlaq-i Hacıəliqulucəfər (fars. قشلاق حاج علي قلي جعفر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Qışlaq-i Hacıəliqulucəlal və Xanağa (Pərsabad)
Qışlaq-i Hacıəliqulucəlal və Xanağa (fars. قشلاق حاج علي قلي جلال وخان اقا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (7 ailə).
Qışlaq-i Hacıəliquluəbdül (Pərsabad)
Qışlaq-i Hacıəliquluəbdül (fars. قشلاق حاج علي قلي عبدل‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Əli bəy Hacıəlibəyov
Əli bəy İsmail bəy oğlu Hacıəlibəyov — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı. == Həyatı == Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov 1880-ci ildə Gəncədə hərbçi ailəsində anadan olmuşdu. Atası İsmayıl bəy çar ordusunda xidmət etmiş, poruçik rütbəsinə qədər yüksəlmişdir. Əli bəy Gəncə gimnaziyasını bitirmiş, sonra isə Tiflisdə hərbi məktəbə daxil olmuşdur.Əli bəy Hacıəlibəyov məşhur Hacıəlibəyovlar nəslinin nümayəndəsidir. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919–1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877–1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919–30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltif edilmişdir. Əli bəy Hacıəlibəyov Gəncə üsyanının (24 may — 4 iyun 1920-ci il) fəal iştirakçısı idi.
Heybətulla Hacıəliyev
Heybətulla Hacıəliyev (30 iyun 1991, Dərbənd rayonu, Dağıstan) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == 2010-cu ildə Heybətulla Hacıəliyev Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. Heybətulla Hacıəliyev 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Heybətulla Hacıəliyev turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Denis Maharova 1:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.Daha sonra Heybətulla Hacıəliyev 2011-ci ilin iyununda Ankara şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Heybətulla Hacıəliyev turnirin 1/16 final mərhələsində Latviya nümayəndəsi Arturs Əhmədova 22:12, 1/8 final mərhələsində isə Çexiya nümayəndəsi Zdene Çladeya 20:11 hesabları ilə qalib gəldi və Avropa Çempionatının 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Antoni Yiğit oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibi üzərində 18:14 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İrlandiya nümayəndəsi Raymond Moylet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibinə 16:18 hesabı ilə məğlub oldu və Avropa Çempionatını bürünc medalla başa vurdu.2011-ci ilin əsas turniri sentyabrıdna Azərbaycanda baş tutan Dünya Çempionatı oldu. Bu Heybətulla Hacıəliyevin Dünya Çempionatlarında debütü oldu.
ароматиза́тор затруднённо инкорпори́рование накру́чивание не у́зок облы́жно подчита́ть прожи́рить раззадо́ривание стра́нно беренде́йка брыкли́вый дипло́мный души́сто ма́ечка орле́ц пасынкова́ть просева́ться B-picture nonliterate philter Pitot-static tube напиток отгнить протечь