HADI

doğru yol göstərən, düz yola çağıran.
HACİBƏ
HADİ
OBASTAN VİKİ
Hadı Rəcəbli
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hadı Rəcəbov
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hadı Əliyev
Hadı Əliyev Bədəl oğlu (1900 – 1982) — coğrafiyaşünas alim, professor. == Həyatı == Hadı Əliyev 1900-cu ildə anadan olub. Orta təhsilini Bakının Maştağa kəndində Realnı məktəbində almışdır. Azərbaycanda Coğrafiya elminin və coğrafiya təhsilini qoyanlardan biridir. 1927-ci ildən Coğrafiya elminin tədrisi ilə məşğul olmuşdur. 1939-cu ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk coğrafiyaşümas alimlərdən biri olmuşdur. XX əsrdə Azərbaycanda coğrafiyaçıların ilk milli müəllimi olnuşdur. == Elmi fəaliyyəti == O, 1939-cu ildə ADPU-nə müəlimliyə dəvət olunmuşdur. Bir müddət həmin institutun prorektoru vəzifələrində çalışmışdır. 1938-ci ildə keçmiş SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsini təşkil edir və ona ictimai əsaslarla rəhbərlik edir.
Cavanşir Hadıyev
Cavanşir Rüfət oğlu Hadıyev — Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Cavanşir Hadıyev 18 aprel 1969-cu ildə anadan olmuşdur. ÜDKİ-ni bitirmişdir. == Fəaliyyəti == Cavanşir Hadıyev 20-yə yaxın filmdə maraqlı obrazlar yaradıb. == Mükafatları == 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Hüseynağa Hadıyev
Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 – 12 yanvar 1994) — 1970–1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi. == Həyatı == Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı.
Kərəm Hadızadə
Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. == Həyatı == Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Seyid Qasım Hadıyev
Hadıyev Seyid Qasım Mir Rəhim oğlu (1928, Bakı şəhəri) — texnika elmləri doktoru. == Həyatı == Hadıyev Seyid Qasım Mir Rəhim oğlu Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra respublikanın neft mədənlərində işləmişdir. 1953-1955-ci illərdə Geologiya və yanar qazıntıların işlənilməsi institutunun (Moskva) aspirantı olmuş və "Neft hasilatı texnologiyasının intensivləşdirilməsi" laboratoriyasında baş mühəndis işləmişdir. 1956-cı ildə "Quyuların quyudibi zonasına vibrotəsir" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1964-cü ildə isə vibrotəsir məsələləri ilə məşğul olan alimlər qrupunun tərkibində akad. İ.M.Qubkin adına Moskva neft-kimya və qaz sənayesi institutuna keçirildi. 1972-ci ildə Hadıyev S.M. "Quyuların məhsuldarlığının artırılması məqsədilə ilə quyudibi vibrotəsir üsulunun tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Hadıyev S.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyudibinə axının intensivləşdirilməsi problemlərinin vibrotəsir ilə həlli; lay mayelərinin reoloji, səthi, kapilyar göstəricilərinin tədqiqi. Hadıyev S.M. 100-dən artıq elmi məqalənin müəllifidir.
Vüsal Hadıyev
Vüsal Hadıyev(azərb. Hadıyev Vüsal Balarəzi oğlu‎; 18 oktyabr 2000, Gəgiran, Lənkəran rayonu – 20 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Hadıyev Vüsal 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçürlər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Vətən Müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
бре́нькать ле́стницей ме́на остеклени́ться пере́дний та́ксовый вытравля́ться жаро́венный крахма́леный полётный социа́л-фаши́зм телема́ния тенево́е правительство юг bias-ply tire coeducation crease-resistant cutline electroconvulsive therapy grammarian hole gauge leitmotif propionic acid вице-президент капризуля