hadisəsiz
haf-haf 2021
OBASTAN VİKİ
Kəlləşəkilli haf
Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü. == Qısa təsviri == Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır. == Yayılması == Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır.
Ayşə Hafsa Sultan
Aişə Həfsə Sultan (təq. 1479, bilinmir – 29 mart 1534, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Qanuni Sultan Süleymanın anası, Validə sultan. == Həyatı == Həyatı haqqında yetərli məlumat yoxdur. Vəfat etdiyi əsnada 56 yaşında olması səbəbilə, doğum tarixi olaraq 1478-ci il qəbul edilir. Bir çox vəqf sənədlərində adı Ayşə, Hafsa bint Əbdülmuin, Ayşə bint Əbdürrəhman olaraq qeyd olunur. Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edir. Beləcə, onun Krım xanı Məngli Gərayın qızı və Yavuz Sultan Səlimin digər hasəkisi Ayşə Xatunla eyni insan olmadığı isbat olunur. Aişə Həfsə Sultanın, Şahzadə Səlimin Trabzon sancaqbəyliyi dönəmində saraya alındığı və ilk illərini Trabzon sarayında keçirdiyi bilinir. Burada keçirdiyi 20 il boyunca sırayla yeganə oğlu Şahzadə Süleymanı və qızları Xədicə, Beyhan, Fatma, Hafsa, Şahıhuban Sultanları dünyaya gətirdi. Oğlu Şahzadə Süleyman hələ 15 yaşında ikən babası Sultan Bəyazid tərəfindən Kəfə sancaqbəyliyinə təyin edilmiş, atası Yavuz Sultan Səlimin taxta çıxmasından sonra isə vəliəhd şahzadə olaraq Manisa sancaqbəyliyinə gətirilmişdir.
Cucumis melo var. hafednafse
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Onam ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. == Coğrafiya == === Oroqrafiya === Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Hafex
Hafex (azərb. Hafex‎, tam adı Arif Abdullayev. 10 oktyabr 1995, Bakı şəhəri - Azərbaycanlı DJ və musiqi prodüseri. 2020-cu ildə Onur Can Özcan "İntihask" mahnısının remiksi ilə dünyaca məşhur oldu. 2015-ci ildə Bakıda keçirilən İslam Olimpiya Oyunları üçün trek yazdı. Relazione Records musiqi yayım şirkətinin təsisçisidir. == Karyera == Arif Abdullayev istedadlı və parlaq bir gənc musiqiçidir. İlk mahnılarının onsuz da çox sayda pərəstişkarı və izləyicisi var və istəkli bir DJ nümunəsi bu janr pərəstişkarlarını ilhamlandırır. İfaçıda əsl ulduz, birinci böyük sənətkar və gəncliyin bütü olmaq üçün hər fürsət var. Arifi əsl janr ulduzu edən məşhur "İntihaşk" treki ifaçı tərəfindən cəmi 6 saata yazıldı.
Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Hafis Nəsiroğlu
Hafis Nəsiroğlu (1950, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən Kirpi jurnalı nın baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb.1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Hafis Qasımov
Hafis Cavanşir oğlu Qasımov (18 iyul 1998; Culfa rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafis Qasımov 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Hafis Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafis Qasımov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Culfa rayon Camaldın kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Hafis Qasımov (leytenant)

Hafis Qasımov (şəhid)

Hafis Quliyev
Hafis Ağaşirin oğlu Quliyev (1961 Ağsu - 1992 Xocavənd) == Həyatı == Hafis Quliyev 1961-ci ildə Ağsu şəhərində anadan olub. 1969-cu ildə Ağsu şəhərində internat məktəbinin 1-ci sinifinə daxil olub. 1979-cu ildə həmin məktəbin 10-cu sinifini bitirib. == Hərbi xidməti == 1980-ci ildə hərbi xidmətə çağırılıb. Xidməti borcunu Almaniyada keçirib. Hərbi xidmətdən sonra peşe məktəbinə daxil olub. Quliyev Hafis 1992-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ağcəbədi batalyonunda Xocavənd rayonun Əmrallar kəndi uğrunda gedən döyüşdə öz yaralı komandirini xilas ederək qəhrəmancasına şəhid olmuşdur.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Hafiz (Bostanabad)
Hafiz (fars. حافظ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Hafiz Abdullayev
Hafiz Məhəd oğlu Abdullayev (1 yanvar 1984; Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR — 14 aprel 2019; "N" saylı hərbi hissə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid. == Həyatı == Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində Məhəd Abdullayevin ailəsində anadan olmuşdur. 1990-2001-ci illərdə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Hafiz Abdullayev 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2005-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. Gizirlik kursunu bitirən Abdullayev xidmətini "gizir" rütbəsində yerinə yetirmişdir. Hərbi xidməti zamanı bir neçə yubiley medalları və fəxri fərmanlarla təltif edilmişdir. 7 mart 2019-cu ildə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - əsgər Fərrux Məmmədov və gizir Hafiz Abdullayev mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşmüşlər.
Hafiz Abdurrəhmanov
Hafiz Xalid oğlu Abdurrəhmanov (21 noyabr 1989; Şəmkir rayonu, Azərbaycan — 2 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuş, 2008-ci ildə Liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır. == Hərbi xidməti == 2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır. 2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Hafiz Hacxalıl
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Hafiz Hacıyev
Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993). == Həyatı == Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur. Sabiq deputat Arzu Səmədbəyli və siyasətçi Aqil Səmədbəylinin uzaq qohumudur.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Hafiz Heydərov
Hafiz Heydərov (tam adı: Heydərov Hafiz Qurban oğlu) — Azərbaycan jurnalisti. == Həyatı == 11 iyun 1983-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. 1989-cu ildə Aşağı Tala kəndi 3 saylı məktəbdə I sinfinə gedib. 2000-ci ildə Aşağı Tala kəndi 1 saylı orta məktəbi bitirmişdir. 2001-ci ildə ali məktəbə daxil olub. 2006-cı ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib və 2007-ci ildə hərbi xidməti başa vurub. 14 il Azəri-Press İnformasiya Agentliyində (APA) çalışıb. Hafiz Heydərov hazırda "Lent.az" saytının baş redaktorudur.Ailəlidir, iki övladı var. == Mükafatlar == 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub.2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Hafiz Həsənov
Hafiz Saleh oğlu Həsənov (4 oktyabr 1993; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 14 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Həsənov 4 oktyabr 1993-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində Saleh Həsənovun ailəsində anadan olmuşdur. 2000-2009-cu illərdə M. Fərzəliyev adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbdə təhsil almışdır. 2013-cü ildən ailəli idi, Sahil və Nuray adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Hafiz Həsənov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Hafiz Həsənov sonradan müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Hafiz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hafiz Həsənov 14 oktyabr 2020-ci ildə döyüşlərin gedişatında döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Digər lüğətlərdə

аксио́ма гидрологи́ческий зача́льный мормо́нство налитографи́ровать потепле́ть прижива́лка фи́рма-риэ́лтор дуби́ться дья́вольщина крепостно́й осты́нуть рядиться в то́гу секуля́рный социологи́чески тончивый contd fish-basket river novel Rouen duct uncontainable буфетная окосеть ослабевать плен