HAKİM

1. HAKİM oyunu idarə edən şəxs) [Mirmehdi:] Bu kişi hakimdi, pəhləvanların güləşməsinə baxacaq ki, qayda-qanunu pozmasınlar (H.Abbaszadə); ARBİTR Mötəbərov: Həmişə arbitr oldunuz, bəsdir (M.Hüseyn); HƏKƏM (köhn.) Camaat sakit durub tamaşa edirdi. Yalnız bir ağsaqqal qaydaya baxırdı. Bu, həkəm idi (Çəmənzəminli); MÜNSİF Axın, bu iki qardaş cəzanə gəlib, bir ədalətli adamı münsif seçdilər (R.Əfəndiyev).

2. hakim bax padşah

HAFİZƏLİ
HAKİMİYYƏT

Digər lüğətlərdə