HALA

(Ağdaş, Göyçay, Mingəçevir)
1. bax ala (Ağdaş, Göyçay); – Pambığı hala basıf (Ağdaş)
2. b a x ala (Ağdaş, Mingəçevir). – Beş dəsdə hala al (Ağdaş)
HAL-HƏLAY
HALADƏRƏN
OBASTAN VİKİ
Hala Al Turk
Hala Al Turk (ərəb. حلا الترك‎; 15 may 2002, Manama) — Bəhreynli müğənni. O 2011-ci ildə keçirilən Arabs Got Talent televiziya şousundakı çıxışından sonra məşhurlaşıb. Onun "Live in the moment" mahnısı 2015-ci ildə 3 ay ərzində 15 milyon dəfə izlənmişdir.
Hala Sultan Xanəgahı
Hala Sultan Xanəgahı (türk. Hala Sultan Tekkesi) - Kipr Respublikasının ərazisində yerləşən xilafət dönəmindən qalma xanəgah. Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur. Dini tikili Larnaka şəhərində yerləşən Duz gölünün yaxınlığında inşa edilmişdir. VII-X əsrlərdə Ərəb Xilafətinin Kipr adasına səfərləri başlanır. Səfərlər əsnasında Məhəmməd Peyğəmbərin qohumu olduğununa inanılan Hala Sultanın (Ümmü Haram) Larnaka şəhərində vəfat edir və onun vəfat etdiyi yerin üzərində 647-649-ci il tarixləri ərzində xanəgah inşa edilir. Yeddi əsrə yaxın adanın müsəlman əhalisinə xidmət edən xanəgah XVIII əsrdə Osmanlı İmperiyasının nəzarəti altına keçir və Osmanlı dönəmində Hala Sultan Xanəgahı yenidən restavriasiya edilir.
Adam Halas
Erlinq Braut Haland
Erlinq Holann (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb. Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub. Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb.
Halabın
Halabın — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 33 nəfərdir.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halal pullar (film, 2008)
== Məzmun == Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir. == Film haqqında == Filmin çəkilişləri 3 aya yaxın davam edib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev == Həmçinin bax == 2008-ci ilin Azərbaycan filmləri == İstinadlar == == Xarici keçid == Tahirə.
Halalbooking.com
Halalbooking.com — Birləşmiş Krallıq mərkəzli halal otel axtarış və rezervasiya saytı. Sayt altı dildə və 45 pul vahidində fəaliyyət göstərir. Saytda 32 ölkədən 300-ə yaxın müəssisə mövcuddur. == Tarixi == İndiki adı ilə Halalbooking şirkəti 3 noyabr 2009-cu ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində Elnur Seyidli və Enver Cebi tərəfindən yaradılıb. 'Crescent Tours' adındakı şirkət 2015-ci ilin 23 mart tarixində "Halalbooking Ltd" adını alıb. 15 fevral 2016-cı il tarixi etibari ilə şirkətin investisiyası 800 min dollar təşkil edir. Halalbooking.com hal-hazırda dünyanın ən böyük halal otel saytıdır. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir. 2015-ci ildə sayt "Dünyanın ən yaxşı Halal səyahət saytı" mükafatını və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat Mükafatına" layiq görülüb. Şirkətin qurucularından Elnur Seyidli CEO, digər qurucu Enver Cebi isə COO vəzifələrini icra edirlər.
Halaquş (Urmiya)
Halaquş (fars. هله قوش‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (39 ailə).
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Yusuf Halaçoğlu
Yusuf Halaçoğlu (10 may 1949, Kozan, Adana ili) — Türk Tarix Qurumunun həqiqi üzvü, professor, doktor, Türkiyə Böyük Millət Məclisinin deputatı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. 1949-cu ildə Adananın Kozan ilçesinde anadan olmuşdur. 1978-ci ildə doktor adını almışdır. 1982-ci ildə köməkçi dosent, 1983-cü ildə dosent, 1989-cu ildə isə professor vəzifəsinə yiyələnmişdir. 1989-cu ildə Türk Tarih Qurumunun həqiqi üzvü seçildi. 1989-cu ildə Başbakanlıq Dövlət Arxivləri baş idarəçiliyinin Osmanlı Arxivi Dairə Başkanlığı vəzifəsinə, 1990-cı ildə isə müdir müavini təyin edilib. 1992-ci ildə bu vəzifəsindən istefa etmişdir. 1992-ci ildə Mərmərə Universitetinin rektor müavini, daha sonra rektor vəkili, bir müddət sonra yenidən rektor müavini olmuşdur. 1993–2008-ci illərdə Türk Tarix Qurumunun sədri oldu. Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Erlinq Haland
Erlinq Holann (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb. Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub. Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb.
Halacsyella
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Halaxa
Alaha (ivr. ‏הלכה‏‎ Halakha, Halacha, Alaha; İvrit dilində "getmək" mənasındadır) — Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Laslo Halas
Laslo Halas (mac. Laszlo Halasz; 6 iyun 1905, Debretsen – 26 oktyabr 2001) — macarəsilli ABŞ opera rejissoru, dirijoru və pianoçusu. 1943-cü ildə Nyu-York Şəhər Operasının ilk direktoru təyin edilmiş, 1951-ci ilə qədər bu vəzifəni tutmuşdur. Daha sonra Pibodi Musiqi Konservatoriyasının və İstmen Musiqi Məktəbinin musiqi fakültələrində dirijorluq və opera şöbələrinin bir hissəsi olaraq xidmət etmişdir. O, violonçel ifaçısı Süzett Forq Halas ilə 50 ildən çox evli olmuşdur.

Digər lüğətlərdə