HALA
HALAT
OBASTAN VİKİ
Hala Al Turk
Hala Al Turk (ərəb. حلا الترك‎; 15 may 2002, Manama) — Bəhreynli müğənni. O 2011-ci ildə keçirilən Arabs Got Talent televiziya şousundakı çıxışından sonra məşhurlaşıb. Onun "Live in the moment" mahnısı 2015-ci ildə 3 ay ərzində 15 milyon dəfə izlənmişdir.
Hala Sultan Xanəgahı
Hala Sultan Xanəgahı (türk. Hala Sultan Tekkesi) - Kipr Respublikasının ərazisində yerləşən xilafət dönəmindən qalma xanəgah. Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur. Dini tikili Larnaka şəhərində yerləşən Duz gölünün yaxınlığında inşa edilmişdir. VII-X əsrlərdə Ərəb Xilafətinin Kipr adasına səfərləri başlanır. Səfərlər əsnasında Məhəmməd Peyğəmbərin qohumu olduğununa inanılan Hala Sultanın (Ümmü Haram) Larnaka şəhərində vəfat edir və onun vəfat etdiyi yerin üzərində 647-649-ci il tarixləri ərzində xanəgah inşa edilir. Yeddi əsrə yaxın adanın müsəlman əhalisinə xidmət edən xanəgah XVIII əsrdə Osmanlı İmperiyasının nəzarəti altına keçir və Osmanlı dönəmində Hala Sultan Xanəgahı yenidən restavriasiya edilir.
Adam Halas
Erlinq Braut Haland
Erlinq Haland (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — İngiltərə Premyer liqası təmsilçisi Mançester Siti klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur. == Uğurları == === Klub === === Milli === === Şəxsi === == Klub karyerası == === Brune === Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. === Molde === Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Halabın
Halabın — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 33 nəfərdir.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halal pullar (film, 2008)
== Məzmun == Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir. == Film haqqında == Filmin çəkilişləri 3 aya yaxın davam edib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev == Həmçinin bax == 2008-ci ilin Azərbaycan filmləri == İstinadlar == == Xarici keçid == Tahirə.
Halalbooking.com
Halalbooking.com — Birləşmiş Krallıq mərkəzli halal otel axtarış və rezervasiya saytı. Sayt altı dildə və 45 pul vahidində fəaliyyət göstərir. Saytda 32 ölkədən 300-ə yaxın müəssisə mövcuddur. == Tarixi == İndiki adı ilə Halalbooking şirkəti 3 noyabr 2009-cu ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində Elnur Seyidli və Enver Cebi tərəfindən yaradılıb. 'Crescent Tours' adındakı şirkət 2015-ci ilin 23 mart tarixində "Halalbooking Ltd" adını alıb. 15 fevral 2016-cı il tarixi etibari ilə şirkətin investisiyası 800 min dollar təşkil edir. Halalbooking.com hal-hazırda dünyanın ən böyük halal otel saytıdır. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir. 2015-ci ildə sayt "Dünyanın ən yaxşı Halal səyahət saytı" mükafatını və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat Mükafatına" laiq görülüb.Şirkətin qurucularından Elnur Seyidli CEO, digər qurucu Enver Cebi isə COO vəzifələrini icra edirlər. == İş birlikləri və marketinq == 2018-ci ildə halal otel Wome Deluxe, Halalbooking-i Avropadakı tək rəsmi tərəfdaşı olaraq elan edib.
Halaquş (Urmiya)
Halaquş (fars. هله قوش‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (39 ailə).
Halat toppuztikan
Halat toppuztikan (azərb. Echinops galaticus‎) hündürlüyü 60-80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. == Çiçək == Başcıq şarşəkillidir, diametri 3-4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. == Çiçəkləməsi == İyul-Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə kənarında, otlu yamaclarda, alaqlı yerlərdə rast gəlinir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Halay (oyun)
Halay - Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: - Halay gəlmişik. Dəstəbaşının biri digərinə : - Gəl! (yəni qəbul et) - deyir. O biri cavabını verir.
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Yusuf Halaçoğlu
Yusuf Halaçoğlu (10 may 1949, Kozan, Adana ili) — Türk Tarix Qurumunun həqiqi üzvü, professor, doktor, Türkiyə Böyük Millət Məclisinin deputatı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Həyatı == 1949-cu ildə Adananın Kozan ilçesinde anadan olmuşdur. == Elmi Fəaliyyəti == 1978-ci ildə doktor adını almışdır. 1982-ci ildə köməkçi dosent, 1983-cü ildə dosent, 1989-cu ildə isə professor vəzifəsinə yiyələnmişdir. 1989-cu ildə Türk Tarih Qurumunun həqiqi üzvü seçildi. 1989-cu ildə Başbakanlıq Dövlət Arxivləri baş idarəçiliyinin Osmanlı Arxivi Dairə Başkanlığı vəzifəsinə, 1990-cı ildə isə müdir müavini təyin edilib. 1992-ci ildə bu vəzifəsindən istefa etmişdir. 1992-ci ildə Mərmərə Universitetinin rektor müavini, daha sonra rektor vəkili, bir müddət sonra yenidən rektor müavini olmuşdur. 1993–2008-ci illərdə Türk Tarix Qurumunun sədri oldu. Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Erlinq Haland
Erlinq Haland (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — İngiltərə Premyer liqası təmsilçisi Mançester Siti klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur. == Uğurları == === Klub === === Milli === === Şəxsi === == Klub karyerası == === Brune === Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. === Molde === Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.

Digər lüğətlərdə

госпо́дь с тобо́й двусторо́нний магнитосфе́рный марты́шка трено́житься хлёсткий ша́стать эволюциони́стский ареста́нт гипотерми́я дря́бленький йе́менец пришвартова́ть уме́стность гардина посуда шлагтов bladed canalisation gummosis phonosynthesis pluralize vouchsafement кодифицировать сверстать