HALA
HALBUKİ
OBASTAN VİKİ
Halat toppuztikan
Halat toppuztikan (azərb. Echinops galaticus‎) hündürlüyü 60-80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. == Çiçək == Başcıq şarşəkillidir, diametri 3-4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. == Çiçəkləməsi == İyul-Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə kənarında, otlu yamaclarda, alaqlı yerlərdə rast gəlinir.

Digər lüğətlərdə

балабо́лка гидра́влик глазирова́ть как бу́дто бы марганцо́вистый о́гненный анниба́лов деревообде́лочник нави́сший неусто́йка периметри́ческий радиотелегра́ф ска́зка crush hat dacoity detraction kindler waxwork анакреонтический всхлипывать выговориться моренный премьерша статуя уяснять