HAQQ

(ing. Real; ər. حمك ) – sözünün lüğət mənası ―dəyişməz‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında doğru olan şey‖ deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəlməsinin lüğət mənası ―səhv, yanlış‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında yanlış olan şey‖ deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniy-yətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.
HAQQ
HAL

Digər lüğətlərdə