HAQQ₁

[ ər. ]
1. sif. Doğru, düz, düzgün, həqiqi. Haqq iş.
– Nahaq söz od vurar qəlbə, fəqət haqq söz keçər daşdan. S.Vurğun.
Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə.

// is. Ədalət, doğruluq, düzgünlük, düzlük, insaf.
İnsafı tərk edib, haqqı unutdu; O səni yumruğa, qapaza tutdu. S.Vurğun.

2. is. Hüquq, ixtiyar.
Nə üçün kişilərin istədikləri zaman arvadlarını çıxarıb qovmağa haqqı olur, arvadların öz ərlərindən boşanmaq, başqa ərə getməyə haqqı olmayır? S.Hüseyn.

3. is. Gördüyü işin müqabilində birinə verilməli olan pul, muzd və s.
Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. Qaçaq Nəbi”.
Münsif malı böləndən sonra haqqını alıb getdi. (Nağıl).

// Üzvü olduğu bir təşkilata və ya bir şeydən istifadə üçün verilməli olan pul, məbləğ. Üzvlük haqqı. Kirayə haqqı.
– Ev sahibi ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığınca verdim və çıxdım küçəyə. C.Məmmədquluzadə.

4. Nisbət şəkilçiləri ilə: barədə (barəsində), xüsusda (xüsusunda) və i.a. Ailəsi haqqında fikirləşmək.
[Firidun Südabəyə:] Açıq deyim ki, sizin haqqınızda qəti bir qərara gələ bilmirəm. M.İbrahimov.

5. is. İxtiyar, hüquq, əsas. Bu işə qarışmağa onun haqqı yoxdur.
– Əvəzin oğlundan böyük şey ummağa haqqı var idi. Ə.Vəliyev.
Aynanın təəccüb etməyə də haqqı var idi. İ.Əfəndiyev.

◊ Haqq oldu – əcəb oldu, yerində oldu, yaxşı oldu.
Dərdli Kərəm deyər: – Necə olur halım; Sənə lap haqq oldu, ay qanlı zalım. “Əsli və Kərəm”.
Haqq vermək1) təsdiq etmək, doğru saymaq, düzgün, haqlı hesab etmək.
[Bəhram:] Ah, Fitnə, sözünə indi verdim haqq; Neyləyim ki, səni qurutdu torpaq… A.Şaiq;

2) haqlı olduğunu təsdiq etmək.
Şükür indi Güləliyə haqq verirdi. S.Hüseyn.

Haqqına yetmək (çatmaq) – cəzasını almaq, cəzasına çatmaq.
Haqq yolunda didərgini; Haqqına yetir, ay Allah! M.Araz.

Синонимы

  • HAQQ I haqq bax 1. doğru 1; 2. ixtiyar II haqq bax Allah 1
  • HAQQ hüquq — ixtiyar
  • HAQQ muzd
  • HAQQ ədalət — həqiqət — doğruluq — düzlük
  • HAQQ ödəmə — vermə — mükafat

Омонимы

  • HAQQ HAQQ I is. [ ər. ] Hüquq, ixtiyar. Odur uşaqları narazı salan; Bu işçi gənclərin haqqını çalan (M.Müşfiq)

Антонимы

  • HAQQ HAQQ – ZÜLM Biri haqqı müdafiə edir, digəri zülmü, Pəricahan, səni bu haqq yola dəvət edirəm (S.S.Axundov)
HAKİMLİK
HAQQ₂

Значение слова в других словарях