HAQQ₂

is. [ ər. ]
1. Allah, Tanrı.
Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın. M.Ə.Sabir.
[Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev.

2. Haqqı şəklində – and olsun, and içirəm. [Nənəxanım:] Ay kişi, atanın goru haqqı heç zadım yoxdur.
Nəyim var ki, ay başıdaşlının oğlu? Çəmənzəminli.
[Leylək Ələmdar:] Qurani-mürsəl haqqı, mənim bu dükanı dağılan kişinin boğulmağına əsla … gümanım gəlməz. S.Rəhimov.

Синонимы

  • HAQQ I haqq bax 1. doğru 1; 2. ixtiyar II haqq bax Allah 1
  • HAQQ hüquq — ixtiyar
  • HAQQ muzd
  • HAQQ ədalət — həqiqət — doğruluq — düzlük
  • HAQQ ödəmə — vermə — mükafat

Омонимы

  • HAQQ HAQQ I is. [ ər. ] Hüquq, ixtiyar. Odur uşaqları narazı salan; Bu işçi gənclərin haqqını çalan (M.Müşfiq)

Антонимы

  • HAQQ HAQQ – ZÜLM Biri haqqı müdafiə edir, digəri zülmü, Pəricahan, səni bu haqq yola dəvət edirəm (S.S.Axundov)
HAQQ₁
HAQQ-ƏDALƏT

Значение слова в других словарях