HAQQ
HAQQ
OBASTAN VİKİ
Haqq Ədalət Partiyası
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Haqq Ədalət Partiyasının üzvlərinin 65.3%-i kişi, 34.7%-i isə qadın olmuşdur. Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür.
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub. Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb.
Haqq və Azadlıqlar Hərəkatı
Haqq və Azadlıqlar Hərəkatı (qısaca HAH, bolqar: Движение за права и свободи Dviženie za Prava i Svobodi, qısaca ДПС DPS, türk: Hak ve Özgürlükler Hareketi, qısaca HÖH) ― üzvlərinin əksəriyyətini Bolqarıstan Türklərinin yaratdığı siyasi partiyadır. Lideri Lütfi Məstandır.
Haqq və Bərabərlik Partiyası
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Haqq yolu (film, 1971)
Haqq yolu (türk. Hak Yolu) — 1971-ci il Türkiyə və İran istehsalı olan dram filmi.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Şeyx Ənvər ül-Haqq
Şeyx Ənvər ül-Haqq (11 may 1917, Calandhar[d], Britaniya Hindistanı – 3 mart 1995, Lahor) — 23 sentyabr 1977-ci il tarixindən 25 mart 1981-ci il tarixinə kimi (istefaya qədər) Pakistanın 9-cu Baş hüquqşünas vəzifəsini icra edən Pakistan hüquqşünası və akademik. O, Lahordakı Pəncab Universitetində iqtisadçı olaraq təhsil almış, 1944-cü ildə Britaniya Hindistanında bələdiyyə idarəçiliyinə rəhbərlik etmək üçün təyin edilmiş bir məmur olaraq Hindistan Dövlət Xidmətinin məmuru olaraq çalışmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində Pakistanın müstəqillik qazandı.Sonradan o, 1957-ci ildə Sind Ali Məhkəməsinin hakimi olaraq yüksəldildi. 1962-ci ildə Ali Məhkəmədə vəzifə almaq üçün namizəd oldu və 1971-ci ildə Pakistan Ali Məhkəməsinin baş hakimi vəzifəsinə təyin olunmadan əvvəl 1970-ci ildə Lahor Ali Məhkəməsinin baş hakimi təyin edildi.
Haqq və Azadlıqlar Partiyası
Haqq və Azadlıqlar Partiyası (kürd. Partiya Maf û Azadiyan, türk. Hak ve Özgürlükler Partisi, qısaldılmış olaraq HAK-PAR) — Türkiyədə kürd milliyətçisi siyasi partiya. Federalizmi ölkənin cənub-şərqində kürd muxtariyyətinin artırılması vasitəsi kimi müdafiə edən partiya 2002-ci ildə Demokratik Xalq Partiyasından (DEHAP) ayrılmışdır. Partiyanın mərkəzi Diyarbəkirdədir. 2015-ci ilin oktyabrında vəfat edənə qədər partiyaya Fəhmi Dəmir rəhbərlik edirdi. 2014-cü ilin lokal seçkilərində partiya 43,846 səs toplayaraq Muşun Qonuqbəklər bələdiyyə başqanlığını qazanmışdır. 2015-ci ilin iyun ayında keçirilən ümumi seçkilərdə HAK-PAR 58,698 səs qazanaraq ilk dəfə ümumi seçkiyə qoşulmuşdur.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası — diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. O, giriş hissədən və 53 maddədən ibarətdir. BMT-nin Beynəlxalq Hüquq Komissiyası onun vəzifəsinin "beynəlxalq hüququn proqressiv inkişafı və məcəllələşdirilməsi" olduğunu əsas götürərək 1949-cu ildə özünün birinci sessiyasında məcəllələşdirilməsi lazım olan məsələlər arasında diplomatiya və konsulluq əlaqələrinə aid məsələlərin adını çəkdi. 1958-ci ildə isə komissiya diplomatik əlaqələr və immunitetlər haqqında da konvensiya layihəsini hazırladı və üzv dövlətlərin irad və təklifləri üçün onlara təqdim etdi. Diplomatik əlaqələr haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olundu. Azərbaycan Respublikası Milli Məclisin 228 N-li qərarına əsasən 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulmuşdur. Konvensiyanın giriş hissəsində BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədləri qeyd olunur, həmin sazişdə nəzərdə tutulan üstünlüklərin və immunitetlərin ayrı-ayrı şəxslərin faydalanması üçün deyil, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etmək üçün verildiyi göstərilir. Preambula funksional zərurət nəzəriyyəsini və qismən də təmsilçilik nəzəriyyəsini təsdiqləyir. Konvensiyanın 1-ci maddəsi konvensiyada rast gəlinən terminlər və onların açıqlanmasına həsr olunmuşdur. Belə ki, "nümayəndəliyin başçısı" dedikdə, akkreditiv dövlət tərəfindən bu keyfiyyətdə fəaliyyət göstərməyə öhdələndirilmiş şəxs başa düşülür.
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma — 1987-ci ildə imzalanmış və Dominika ilə Fransız adaları Qvadelupa və Martinik arasındakı dəniz sərhədini təyin etmişdir. BMT-nin Dəniz hüququ haqqında Konvensiyanın prinsiplərinə əsaslanan Mərkəzi Amerika / Qərbi Hindistan bölgəsindəki ilk beynəlxalq dəniz hüququ müqaviləsi idi. Saziş 7 sentyabr 1987-ci ildə Parisdə imzalanmışdır. Razılaşmanın mətni iki sərhəd qoyur. Birinci sərhəd Dominikanı şimaldakı Qvadelupadan ayırır, uzunluğu 298 dəniz milidir (552 km) və Dominika boğazından təxminən şərq-qərbə uzanan sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Səkkiz ayrı məlumat nöqtəsi ilə təyin olunmuş yeddi düz dəniz hissəsindən ibarətdir. Daha cənub sərhəd Dominikanı cənubdakı Martinik ilə ayırır. Sərhəd 294 dəniz mili (544 km) uzunluğundadır və Martinik boğazından təxminən şərq-qərbdən keçən və ilk sərhədyə təxminən paralel keçən sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Altı ayrı koordinat nöqtəsi ilə təyin olunan beş sətir seqmentindən ibarətdir. Anderson, Ewan W. (2003).
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Dəniz hüququ haqqında Konvensiya
Dəniz hüququ haqqında Konvensiya — Birləşmiş Millətlər Təşkilatının 29 aprel 1958-ci il tarixli Cenevrədəki konfransının nəticələrindən sonra bağlanmış beynəlxalq müqavilə. 30 sentyabr 1962-ci ildə qüvvəyə minmişdir. Sənədin rəsmi orijinal dilləri ingilis (ing. Convention on the High Seas), ispan (isp. Convención sobre Alta Mar), Çin (çin. 公海公約), Rus və Fransız dilləridir (fr. Convention sur la haute mer). SSRİ konvensiyanı 20 oktyabr 1960-cı ildə təsdiqlədi. 63 ölkə tərəfindən təsdiqlənən 2018-ci il üçün: son dəfə Çernoqoriya tərəfindən 2006-cı ildə təsdiq edilmişdir. Bu Konvensiyaya üzv dövlətlər, dəniz hüququna dair bütün məsələlərin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda həll olunmasını arzulayaraq və bütün dünya xalqları arasında sülhün, ədalətin və tərəqqinin saxlanılması üçün əhəmiyyətli əməkdaşlığın təmin edilməsi üzrə bu Konvensiyanın tarixi zəruriliyini dərk edərək, Birləşmiş Millətlər Təşkilatının 1958-ci və 1960-cı illərdə Cenevrədə keçirilmiş Dəniz Hüququ üzrə konfranslarından sonra baş verən inkişafın dəniz hüququna dair yeni və ümumi qəbul olunmuş Konvensiyaya ehtiyac yaratdığını qeyd edərək, okean məkanı problemlərinin sıx əlaqəli olduğunu və bütövlükdə nəzərdən keçirilməsinə ehtiyacın olduğunu dərk edərək, Konvensiya ilə bütün dövlətlərin suverenliyi əsasında, beynəlxalq kommunikasiyanı asanlaşdıracaq, dəniz və okeanların dinc məqsədlərlə istifadəsini, onların ehtiyatlarından bərabər və səmərəli şəkildə faydalanmağı, canlı ehtiyatlarının mühafizəsini və dəniz mühitinin qorunub saxlanılmasını və öyrənilməsini təşviq edəcək dəniz və okeanlar üzrə hüquqi rejim yaradılması arzusunu vurğulayaraq, bu məqsədlərə nail olunmasının bütün bəşəriyyətin maraqlarını və ehtiyaclarını, xüsusilə sahilyanı olmasından və ya dənizə çıxışı olmamasından asılı olmayaraq, inkişaf etməkdə olan ölkələrin xüsusi maraq və ehtiyaclarını nəzərə alacaq ədalətli və bərabərhüquqlu beynəlxalq iqtisadi qaydanın yaradılmasına töhfə verəcəyini dərk edərək, Konvensiya ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının milli yurisdiksiyanın hüdudlarından kənar dəniz və okeanların dibinin və təkinin, habelə onların ehtiyatlarının bəşəriyyətin ümumi irsi olduğunu və onların tədqiqatı və istismarının dövlətlərin coğrafi mövqelərindən asılı olmayaraq, bütövlükdə bəşəriyyətin mənfəəti üçün aparılacağını təntənəli şəkildə elan etdiyi 1970-ci il 17 dekabr tarixli 2749 (XXV) nömrəli Qətnaməsində öz əksini tapmış prinsipləri inkişaf etdirmək arzusunda olaraq, bu Konvensiya ilə əldə edilən dəniz hüququnun məcəllələşdirilməsi və mütərəqqi inkişafının ədalətli və bərabərhüquqlu prinsiplər əsasında bütün dövlətlər arasında sülhün, təhlükəsizliyin, əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və prinsiplərə əsasən, dünyanın bütün xalqlarının sosial və iqtisadi inkişafına yardım edəcəyinə inanaraq, bu Konvensiya ilə tənzimlənməyən məsələlərin ümumi beynəlxalq hüququn qayda və prinsipləri əsasında tənzimlənməkdə davam edəcəyini təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1: Dövlətlərin ərazi və ya daxili suları xaricindəki bütün sular olaraq "açıq dəniz" tərifi.
Elm və mədəniyyət haqqında mühakimələr
Elm və mədəniyyət haqqında mühakimələr ― Cenevrəli filosof Jan Jak Russonun incəsənət və elmin insan əxlaqını pozduğunu müdafiə etdiyi esse. Bu əsər onun ən mühüm əsərlərindən sayılır. Russo bu əsərində iddia edirdi ki: "Elm və sənətdəki inkşaf artdıqca, dünyanın hər yerindəki insan topluluqlarında qaydalar pozulmağa başlayır."Russo bu fikri ilə dövrün ümumi qəbul olunmuş davranış qaydalarına, nəzakət və incəliyə qarşı çıxırdı. Russoya görə "Təhsilli olmaq əxlaqlı olmaq demək deyildir". Russo nəzakət çərçivəsində vizual mədəniyyətin aldadıcılığını, "fərqli olmaq arzusu"nun, rəqibləri geridə buraxaraq dəyər qazanmaq istəyinin ikiüzlülüyə çevrildiyini ortaya qoyur.
Göy cisimlərinin fırlanması haqqında
"Göy cisimlərinin fırlanması haqqında" (lat. De revolutionibus orbium coelestium) Nikolay Kopernikin şahəsəri . İlk dəfə 1543cü ildə Nürnberqdə nəşr edilmiş olan əsərin məzmunu Ptolemeyin geosentrik sistem yəni Dünya mərkəzli modelinə qarşı Günəş-mərkəzli yeni bir model ortaya qoyurdu. Kopernik bu əsərindən əvvəl Güneş-mərkəzli modelini Commentariolus adlı risaləsində açıqlamış və dostlarına tanıdmışdır. Əsər Kopernikin əl yazısı günümüzə gəlib çatmışdır. Bu əl yazmasının araşdırılması nəticəsində sonucu əsərin keçirdiyi inkişaf və var olmaq prosesinə dair daha çox məlumat əldə edilmişdir. Papa III Pavelə ithaf edilən əsər, altı bölümdən ibarətdir: İlk fəsildə Günəş mərkəzli nəzəriyyə ümümi olaraq açıqlanmışdır. Daha çox nəzəri olan ikinci hissədə müxtəlif qlobal astronomiya qaydaları açıqlanmış və bir ulduz siyahısı verilmişdir. Üçüncü bölümdə Günəşin hərəkətləri izah edilmişdir. Dördüncü bölmədə əvvəlki bölmədəki tərzə bənzər şekildə Ayın hərəkətləri izah edilmişdir.
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu» (gürc. საქართველოს კანონი ოკუპირებული ტერიტორიების შესახებ) — Gürcüstanın Abxaziya, Cənubi Osetiya ərazilərində Abxaziya Muxtar Respublikası və Tsxinvali bölgəsi, habelə bitişik bölgələr olaraq görünən xüsusi bir hüquq rejimi quran qanunvericilik aktı. SSRİ-nin dağılmasından və Gürcüstan SSR-nin müasir Gürcüstana çevrilməsindən sonra bir sıra silahlı qarşıdurmalar nəticəsində (Cənubi Osetiya müharibəsi (1991-1992), Abxaziya müharibəsi (1992-1993)) iki tanınmamış Tiflis hökumətinin nəzarətində olmayan dövlətlər quruldu — əraziləri müvafiq olaraq keçmiş Abxaz Muxtar Sovet Sosialist Respublikası və Cənubi Osetiya Muxtar Dairəsi olan Abxaziya və Cənubi Osetiya. Gürcüstan 1992-ci ildə dünyanın əksər ölkələrindən beynəlxalq hüquqi tanınma aldı, Abxaziya və Cənubi Osetiya uzun müddət tanınmadı. 2008-ci ildə Gürcüstanla Cənubi Osetiya arasında silahlı qarşıdurmadan sonra (Abxaziya və Rusiya da Cənubi Osetiyanın tərəfində idi) Rusiya və bir sıra digər ölkələr Abxaziya və Cənubi Osetiyanı suveren müstəqil dövlətlər kimi tanıdılar. Gürcüstan baxımından, hökuməti tərəfindən nəzarət edilməyən ərazilər Rusiya tərəfindən işğal edilir. 23 oktyabr 2008-ci ildə Gürcüstan Parlamenti 3-cü oxunuşda "İşğal olunmuş ərazilər haqqında" qanunu qəbul etdi. 31 oktyabr 2008-ci ildə qanun Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən imzalanmışdır. 2009-cu ilin avqustunda Gürcüstanda siyasi sığınacaq istəyən şəxslər üçün Abxaziya və Cənubi Osetiya üzərindən tranzit daşımalarına icazə vermək üçün qanuna dəyişiklik ediləcəyi elan edildi. 2013-cü ilin fevral ayında Gürcüstan hökuməti bu qanunu yumşaltmaq üçün parlamentə dəyişikliklər etdi.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı 27 aprel 1920-ci il, Axşam saat 11.00 Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. "Kommunist", 1920.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Haqqın dərgahı (film, 1991)
Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır. Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur. Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır. Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Hatəm Əsgərov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Mətni oxuyan: Rasim Balayev Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Haqqın nuru (qəzet)
"Haqqın nuru" — Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzeti İlk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur. Qəzet Azərbaycan və rus dillərində nəşr edilmişdir. 300 – 12.02.2016. 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olmuşdur.
Haqqıxlı
Haqqıxlı (1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən Hovk) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Hovk. Haqqıxlı Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Ağstafa çayı dərəsinin sol yamacında, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Əhali 1988-ci il faciəli olaylar zamanı kənddən bütünlüklə qovulub. Haqqıxlı kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Haqqıxlıq nekropolu
Haqqıxlıq nekropolu — Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979-cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii aşınma nəticəsində üzə çıxmış və dağılmışdır. 1990-cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə.
Haqqə surəsi
69-cu surə
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir. Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir. 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir.

Digər lüğətlərdə