HAQSIZ

sif.zərf
1. Haqq və insafa uyğun olmayan; ədalətsiz, nahaq, əsassız. Haqsız iddia. Haqsız cəza.
– Mürsəqulu … haqsız işə razı olmayan bir adam idi. S.Hüseyn.
[Tahir:] …Mən özümdən başqa hamını günahkar hesab eləməkdə haqsızam. M.Hüseyn.

// Əbəs, nahaq, bihudə, boş yerə.
[Rüstəm:] Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid.

□ Haqsız yerə – əbəs, nahaq, heç bir ehtiyac olmadan, boş yerə.
[Qanpolad:] Səlim! Burax, haqsız yerə tökmə qan. H.Cavid.
Xanım haqsız yerə [Sarıköynəyi] söyüb-danlamağa, döyübincitməyə başlayır. S.Hüseyn.

2. Heç bir haqqı, hüququ olmayan.

Синонимы

  • HAQSIZ HAQSIZ Anasının yaşlı gözləri, hər gün haqsız cəzalanması ona [Səfərə] hər şeyi, hətta nişanlısı Zəhranı belə unutdurmuşdu (A
  • HAQSIZ günahkar — təqsirli
  • HAQSIZ ədalətsiz — insafsız

Антонимы

  • HAQSIZ HAQSIZ – ƏDALƏTLİ Haqsızlıq oldu qanun; Yıxıldı xanimanlar (Ə.Cavad); Xalqın qərarı daha ədalətli olar (M
HAQSEVƏR
HAQSIZLIQ

Значение слова в других словарях

выса́чивать годи́ться дрожмя́ сиони́ст стара́тель ю́фтовый загроможда́ться номинати́вный ня́нюшка о́лово полифони́я прити́хнуть abyssal biocompatible brazier chukker genned-up imbosom spoon hook дратва оппортунист полуфабрикат пудинг сектант уточнение