sif. [
ər. ]
1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə icazə verilməyən (halal əksi). Haram mal bərəkət tutmaz. (
Ata. sözü ).
[Yaşlı kişi:] Mən tamamilə mövhumatçı bir gəncdim, din və şəriətin haram bildiyi heç bir iş arxasınca getməmişdim. S.Hüseyn.
2. məc. Zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən. [Musa:] Çalış, sən həmişə öz əməyin ye; Haram mal yeməyə alışma, dilim. “Abbas və Gülgəz”.
Kimsə öz adına vurmurdu ləkə; Acından ölsə də haram yemirdi. Ə.Kürçaylı.
◊ Haram eləmək (etmək) – bax
haram qatmaq 2-ci mənada.
[II qul:] Yenə səhər tezdən Bəhram; Yuxumuzu etdi haram. A.Şaiq.
Bu söz çox vaxt [Ağasəfər və Həmzənin] yediyini haram etmişdi. Ə.Əbülhəsən.
Haram iliyi – bax
onurğa beyni (“onurğa”da).
Balığın sinir sistemi beyin və haram ilikdən və buradan da bədənin hər tərəfinə yayılan incə sinirlərdən ibarətdir. C.Cəbrayılbəyli.
Haram qatmaq, harama qatmaq –
1) təmiz, düz yolla əldə edilmiş bir şeyi korlamaq, təmizlikdən məhrum etmək.
[Xortdan:] Hamı yəqin edir ki, belə adam müştəri aldadıb malına haram qatmaz. Ə.Haqverdiyev.
[Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!… – deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn;
2) pozmaq, mane olmaq.
Haram qatıb onlar şirin yuxuya; Yetişdilər səhər tezdən Nuxaya. H.K.Sanılı.
Atlar yorulmuşdu.
Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. İ.Şıxlı.
Haram olsun! – qarğış məqamında işlədilir. Ananın südü sənə haram olsun.
– [Teymur ağa:] Mənim atamın yaxşılıqları [vəzirə] haram olsun! M.F.Axundzadə.
Haram tikə – düzgün olmayan yollarla əldə edilmiş hər hansı bir şey.
Azdı ac gödənə yüz haram tikə… M.Araz.