HAWK

hawk1

n 1. alıcı quş, şahin, tərlan, qızılquş, qırğı; 2. məc. qansoran, canavar, soyğunçu, istismarçı; 3. məc. fırıldaqçı, hiyləgər, dələduz;

◊ Hawk will not pick hawk’s eyes out ≅ İt itin ayağını basmaz

hawk2

v 1. öskürüb tüpürmək, hayxırmaq, hayxırıb tüpürmək; 2. öskürmək, boğazını arıtlamaq, hayxırıb bəlğəm gətirmək

HAWBUCK
HAWTHORN
OBASTAN VİKİ
MIM-23 Hawk
MIM-23 Hawk — Raytheon Company şirkəti tərəfindən hazırlanmış olan sistem ən effektiv orta mənzilli hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur. Orta mənzilli hava hücumundan müdafiə sistemi olsa da, aşağı hündürlükdə uçan hədəflər üçün uyğunlaşdırılmışdır. Onun tam adı belədir: "Homing All the way to Kill". Standart buraxılış qurğusunda üç ədəd raket daşıyır. Improved (Təkmilləşdirilmiş) - HAWK-ın mühərrik performansı artırılmış və elektron müharibəyə qarşı müdafiəsi maksimum dərəcədə yüksəldilmişdir. Onun maksimum mənzili 35 km, maksimum uçuş hündürlüyü isə 18-km təşkil edir. İsrailin I-HAWK raketi, 1982-ci ildə 21 km hündürlükdə uçan bir MiQ-25 döyüş təyyarəsini vurmağa nail olmuşdur. X diapazonlu radar başlığı ilə idarə olunan I-HAWK raketinin döyüş başlığı 54 kq ağırlığında olub, hissəcik və partlama effektinə malikdir. Bu günə qədər istehsal olunan 36 min ədəd raketdən 11800 ədədi NATO ölkələrinin inventarına daxil edilmişdir. == Radar == Hədəfi müəyyənləşdirmə radarı AN/MPQ-51 (Improved Hawk - Phase II) bir Ku Band (Tezlik aralığı:15,5-17,5 GHz) zərbə (pulse) modilyasiya Radarıdır.
RQ-4 Global Hawk
Northrop Grumman RQ-4 Global Hawk Amerika istehsalı olan yüksək hündürlükdə uçan (HALE) PUA. Silahsız olub kəşfiyyat/müşahidə məqsədli sensorlar ilə təchiz edilmişdir. Global Hawk (Qlobal Şahin) adı ismi qabiliyyətini ortaya qoymaq məqsədi ilə verilmişdir. Bir qitədən havaya qalxıb, peyklər vasitəsilə digər bir qitədən idarə edilərək bir başqa qitənin üzərində kəşfiyyat apardıqdan sonra əldə edilmiş olan məlumatları yenə də başqa bir qitəyə göndərə bilir. Bu casus təyyarəsi, yüksək hündürlükdə sürətli kəşfiyyat və nəzarət həyata keçirməyi bacarır. Qalxdığı ərazidən 3000 dəniz mili uzaqda yerləşən ərazilərdə vəzifəsini həyata keçirməyi bacarır, ayrıca olaraq hədəf sahəsinin üstündə 24 saat boyunca və 60.000 feet hündürlükdən daha yüksək ərazilərdə qalmağı bacarır. Hal-hazırda bu PUA-lardan 42 ədəd istehsal edilmişdir.
Talon of the Hawk
Talon of the Hawk — Nyu-Cersidən olan rok qrupu The Front Bottoms(en)-un ikinci studiya albomu. 21 may 2013-cü ildə Bar/None tərəfindən buraxılıb. Bütün mahnılar The Front Bottoms tərəfindən yazılmış və bəstələnmişdir.
Boeing T-7 Red Hawk
Boeing/Saab T-7 Red Hawk (Qırmızı Şahin) ilkin olaraq bilinən adı, Boeing TX, İsveç/ABŞ müştərək istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveçin Saab AB və ABŞ-nin Boeing şirkəti tərəfindən müştərək olaraq istehsal edilmişdir. 27 sentyabr 2018-ci ildə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən Northrop T-38 Talonu əvəz etmək üçün qabaqcıl pilot təlim sistemi (TX) proqramının qalibi seçilmişdir. Prototip məqsədi ilə hələlik cəmi 2 ədəd istehsal edilmişdir. == Dizayn və inkişaf == ABŞ Hərbi Hava Qüvvələrinin Hava Təhsili və Təlim Komandanlığı (AETC) Northrop T-38 Talonun dəyişdirilməsi üçün tələbləri 2003-cü ilin əvvəlindən inkişaf etdirməyə başladı. Əvvəlcə, əvəzedici təlim təyyarəsinin 2020 ətrafında xidmətə girməsi gözlənilirdi. 2008-ci ildəki qəza nəticəsində T-38C-nin iki nəfər şəxsi heyəti həyatını itirdi və Hərbi Hava Qüvvələri ilkin əməliyyat qabiliyyətinin (IOC) hədəflənmə tarixini 2017-ci ilə qədər irəli çəkdi. 2013-cü ilin maliyyə büdcəsi təklifində USAF 2016-cı maliyyə ilindən əvvəl icrası mümkün olmayan bu layihəni 2020-ci ilin büdcəsinə qədər təxirə salınmasını təklif etdi. Azalan büdcələr və daha yüksək prioritetli modernləşdirmə layihələri TX proqramının qalibi olan IOC-u “2023 və ya 2024-cü maliyyə ili”nə kimi təxirə saldı. Proqram 2014-cü ilin büdcəsindən tamamilə kənarda qalsa da, xidmət yenə də təlim təyyarəsi layihəsinə prioritet kimi baxırdı.
A.D.Hawkes
Aleks Dram Houks (ing. Alex Drum Hawkes; 1927 – 1977, Kinqston) — ABŞ botaniki. == Əsərləri == Editor of The Horticulture Publications, Coconut Grove, Florida Editor of COOKERY NOTES (1960s-70s) Coconut Grove, Florida (FL.) Recipes by Alex D. Hawkes South Florida Cookery: Unique Recipes from the Tropics and Elsewhere (1964) Wake-Brook House, Coral Gables, Florida Tropical Cookery (1960s) The Shrimp Cookbook: 140 Wonderful Ways To Serve Shrimp (1966) Culinary Arts Institute, Chicago, Illinois A World of Vegetable Cookery: An encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (1968) Simon & Schuster, New York [Rev. ed. 1984] illustrations by Bill Goldsmith Cooking with vegetables : an encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (REVISED) Eating Out in Jamaica: A Unique Guide to Good Eating (1971) DMP Publications Ltd., Kingston, Jamaica The Rum Cookbook (1972) William Collins & Sangster, Jamaica Photography by Maria La Yacona The Flavors of The Caribbean & Latin America: a personal collection of recipes (1977) Viking, New York illustrations by Lynda West Compiled & Foreword by Elisabeth Lambert Ortiz Qəzet, televiziya, radio Garden Club of the Air (1960) WTHS-TV, Miami, Florida The Miami Herald (1960s) Miami News (1960s) The Tropical Gardener (1961) WTHS-TV, Miami, Florida Tropical Gardener (1962) Radio — WFFG, Marathon, Florida Keys (World's Finest Fishing Grounds) St.
Atlanta Hawks
Atlanta Hoks — Corciya ştatının Boston Atlanta şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Hawker Siddeley
Hawker Siddeley Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1934-cü ildə yaradılmışdır və lokomotivlər və dizel mühərrikləri, eləcə də təyyarə istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Londonun Kinqston-apon Temza rayonunda yerləşirdi. 29 aprel 1977-ci ildə şirkət Bristol Airplane Company və Scottish Aviation ilə birlikdə milliləşdirilərək British Aerospace (BAe) şirkətini formalaşdırmışdır.
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
Hawkweed