HAY VURMAQ

1. Haylamaq, səsləmək, çağırmaq.

2. Qışqırmaq, çığırmaq, səs-küy salmaq, köməyə çağırmaq. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu deməz yalanı,

Hay vursam ölkən talanı,

Leş-leşin üstə qalanı,

Leşdi qalanın yolları.

                     (“Həmzənin Qıratı aparmağı”)

*

Çənlibel dəydi bir-birinə. Eyvaz hay vurdu, iki min dəli belə ayrıldı. Dəmirçioğlu hay vurdu, iki min dəli belə ayrıldı. (“Hasan paşanın Çənlibelə gəlməyi”)

HAY-HAYDA
HAYXIRMAQ