Multiplikativ küy
Multiplikativ küy (Multiplicative noise, Мультипликативный шум) – rabitə xəttinin xarakteristikalarının dəyişməsi nəticəsində kanalın ötürmə əmsalının təsadüfi dəyişmələri ilə şərtlənir. Additiv küylər isə aparaturanın komponentlərində istilik prosesləri, atmosfer və sənaye prosesləri, qonşu kanalların işi ilə əlaqəli olan fluktasiya hadisələri nəticəsində yaranır. Multiplikativ küylərə digər tezliklərlə qarşılıqlı təsir nəticəsində yaranan kombinasiya tezlikləri, parazit modulyasiya və rəqəmsal sistemlərdə kvantlama küyləri aid edilir. Multiplikativ küy siqnalı deformasiya edə – informasiya hissəsinin formasını dəyişə bilər, siqnalın qiymətlərindən və siqnalın müəyyən xüsusiyyətlərindən asılı ola bilər. Multiplikativ küylər küylə siqnalın qarşılıqlı təsiri nəticəsində meydana çıxır. Riyazi olaraq bu siqnal və küyün tezlik komponentlərinin bir-birinə vurulması ilə təsvir olunur.
== Ədəbiyyat ==
İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.