HELİOSANTRİZM
HERMENEVTİKA
OBASTAN VİKİ
Hans Ferdinand Helmolt
Hans Ferdinand Helmolt (alm. Hans Ferdinand Helmolt‎; d. 8 iyul 1865 – ö. 19 mart 1929) — alman əsilli tarixçi və publisist. == Həyatı == Hans Ferdinand Helmolt 8 iyul, 1865-ci ildə Alman Konfederasiyasına daxil olan Saksoniya krallığının paytaxtı olan Drezden şəhərində anadan olmuşdur. == Əsərləri == 1. Weltgeschichte (azərb. Dünya tarixi‎). Veröffentlicht von Bibliographisches Insitut, Leipzig und Wien, 1899-1907Erster Band. Allgemeines, Die Vorgeschichte, Amerika, Der stille Ozean.
Helme
Helme (est. Helme vald) — Estoniyanın cənubunda Valqa qraflığı tərkibində kənd bələdiyyəsi; əhalisi 2,525 nəfər (1 yanvar 2009-cu il tarixinə olan məlumata görə), ərazisi 312.73 km2. == Coğrafiya == === Yaşayış məntəqələri === Helme kiçik rayon (est. alevik) və 14 kənddən (est. küla) ibarətdir. Həmin kəndlər aşağıdakılardırː Ala, Holdre, Yıqeveste, Kyahu, Kalme, Karyatnurme, Kirikukyula, Koorkyula, Linna, Möldre, Patkula, Pilpa, Roobe və Taagepera. == Qalereya == == Xarici keçidlər == Helmenin rəsmi veb saytı Riigi teataja: Riigikogu, vabariigi presidendi ja vabariigi valitsuse õigusaktid. I osa, Issues 105-126.
Helme (Estoniya)
Helme,(est. alevik) Estoniyanın cənubunda Valqamaa əyalətindəki, Helme Paris qəsəbəsində kiçik bir bölgədir. Valqamaa -Pärnu yolu ilə (6-cı nömrəli) Tırva qəsəbəsindən cəmi 2 km (1 mil) şimal -qərbdə yerləşir. 2011-ci il siyahıyaalınmasında qəsəbənin əhalisi 167 nəfər idi. == Helme qəsri == Qəsbə ilk dəfə 1210-cu ildə Henry Livonian Chronicle də qeyd edilmişdir. Helme kilsəsi ilk dəfə 1329-cu ildə Litvalı basqın zamanı qeyd edilmişdir. XV–XVI əsrlərdə Qonşu torpaqların çoxu talan edilmişdir. Helmedəki Livonian Order qalası (Ordensburq Kaskası), ehtimal edilirki, 14-cü əsrin birinci yarısında inşa edilmişdir. Qədim Estoniyada Dik bir təpədəki yerin daha əvvəl Saqalyanlar tərəfindən qala olaraq istifadə edildiyinə inanılır.
Helmer Hanssen
Helmer Culyus Hanssen (24 sentyabr 1870 – 2 avqust 1956, Tromsø) - Norveçli dənizçi və qütb tədqiqatçısı. O, Roald Amundsenin rəhbərlik etdiyi 3 qütb ekspedisiyasında iştirak etmiş və Cənub qütbünü fəth edən ilk 5 insandan biri olmuşdur.
Helminthia
Helminthotheca
Helminthotheca (lat. Helminthotheca) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Helminthotheca aculeata (Vahl) Lack Helminthotheca balansae (Coss.
Helmintlər
Helmintlər Təbiətdə yüz növdən artıq helmintlər mövcuddur. Onlar insan organizmində yaşayır və inkişaf edirlər. Bu parazit qurdlar insan sağlamlığına zərər verirlər. Özlərini müxtəlif formada göstərən bu qurdlar miqdarlarından asılı olaraq organizmin sahibi kimi çıxış edirlər. Yəni, helmintlər yediyini yeyir, istədiyi kimi qidalanır, istədiyi kimi hərəkət edir və həm də öz zəhərini organizmə buraxırlar. Bunun da nəticəsində insanlarda müxtəlif mənfi əlamətlər - çəki itirilməsi, halsızlıq, baş ağrısı və əsəbilik əmələ gəlir. Qurdların miqdarı bağırsaqda çoxaldıqda qəbizlik, ürək bulanma və qusma baş verir. Məsələn, orqanizmdə lyamblya qurdu öd kisəsinin çıxacağında yerləşərsə bu sarılıq xəstəliyinə səbəb olar, ağ ciyərdə yerləşərsə öskürək yaranır və burundan su axır. Ümumi nəticədə isə insanın əmək qabiliyyətini əlindən alır, uşağın fiziki və əqli inkişafını azaldır. Yəni, uşağın boyu artmır, cinsi inkişaf çox zəif olur, yaddaşı zəifləyir.
Helmintozlar
Helmintozlar (lat. helminthosis, q.yun. ἕλμινς, ἕλμινθος — qurd) — insanlarda, heyvanlarda və bitkilərdə qurd xəstəliyi. Helmintlər insanın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər orqanizmin fiziki və əqli fəaliyyətinə təsir edir. Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir.
Helmut Karl Bernhard fon Moltke
Helmut Karl Bernhard fon Moltke (alm. Helmuth Karl Bernhard Graf von Moltke‎; 26 oktyabr 1800[…] – 24 aprel 1891[…], Berlin) — Almaniya sərkərdəsi və hərbi nəzəriyyəçi, qraf (1870), Prussiya baş qərargah rəisi, general-feldmarşal (1871). Bismark və Roon ilə birlikdə Alman imperiyasının qurucularından biri hesab olunur. Alman Baş Qərargah rəisi general-polkovnik Helmut fon Moltkenin (Kiçik Moltke) əmisi.
Helmut Kol
Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[…] – 16 iyun 2017[…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub. == Həyatı == Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.. 8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir.
Helmut Qutyerres
Helmut Qutyerres (2 iyul 1987 və ya 2 iyul 1984, La-Pas) — Boliviya futbolçusu. Peşəkar karyerasını 3 il əvvəl "La-Pas"da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. 2009-cu il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub. Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut "pentakampeonlar" üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub. 2010-cu ilin yanvarından karyerasını Azərbaycanda davam etdirəcək. Qeyd edək ki, Helmut Azərbaycana üz tutan üçüncü boliviyalı futbolçu olacaq. Ona qədər "La-Pas"ın digər oyunçuları Auqusto Andaveris "İnter", Xulio Sezar "Standard"ın heyətində çıxış edib.
Helmut İohan Lüdviq fon Moltke
Qraf Helmut İohan Lüdviq fon Moltke, Kiçik Moltke (alm. Helmuth Johannes Ludwig von Moltke‎; 25 may 1848, Bindorf[d], Meklenburq-Ön Pomeraniya – 18 iyun 1916, Berlin) — Almaniya hərbi xadimi, general, qraf. == Həyatı == Helmut İohan Lüdviq fon Moltke 25 may 1848-ci ildə Meklenburq-Ön Pomeraniyada yerləşən Bindorfda anadan olmuşdur. O, Helmut Moltkenin (Böyük) qardaşı oğludur. Birinci Dünya müharibəsində Almaniya ordusunun Baş qərargah rəisi (əslində baş komandanı) olan Moltke qoşunlara rəhbərlik etməyi bacarmamış və komandanlıqdan kənar edilmişdir. O, 18 iyun 1916-cu il tarixində, 68 yaşında Berlin şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Craig, Gordon A. The politics of the Prussian army 1640-1945 (1955). Online free to borrow Foley, Robert T. "Preparing the German Army for the First World War: The Operational Ideas of Alfred von Schlieffen and Helmuth von Moltke the Younger." War & Society 22.2 (2004): 1-25. online Fromkin. David.
Helmut Şmidt
Helmut Şmidt (alm. Helmut Schmidt‎; 23 dekabr 1918[…], Hamburq – 10 noyabr 2015[…], Hamburq) - alman dövlət xadimi. 1974-1982-ci illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur.
Helmut Şön
Helmut Şön (alm. Helmut Schön‎; 15 sentyabr 1915, Drezden – 23 fevral 1996, Visbaden) — Almaniyalı futbolçu və məşqçi.2012-ci ilədək dünya çempionatını və Avropa çempionatını qazanmış yeganə məşqçi idi.2012-ci ildə onun nailiyyətini İspaniyanın məşqçisi Visente del Boske təkrarlamışdır. == Karyerası == === Futbolçu karyerası === Helmut Şön "Drezdner", "Drezden-Fridrixştadt", "Sankt-Pauli", "Hertha BSC" futbol klublarında oynamışdır.1937-ci ildən 1941-ci ilədək Almaniya millisində 16 oyun keçirmiş və 17 qol vurmuşdur. === Məşqçi karyerası === Helmut Şön "Saarbrükken" futbol klubunun məşqçisi olmuşdur. 1952–1956-cı illərdə Saarland yığmasının məşqçisi olmuşdur. Helmut Şönün baş məşqçiliyi altında Almaniya millisi 1972-ci il Avropa çempionatında və 1974-cü il dünya çempionatında çempion olmuşdur.
Neoseiulus helmi
Neoseiulus helmi (lat. Neoseiulus helmi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nigar Helmi Abbasbəyli
Nigar Helmi Abbasbəyli (21 fevral 1975, Bakı şəhəri) — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru. == Həyatı == Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecin, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. === Şəxsi həyatı === Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var. Mirzə Nəsrulla Əmirovun nəticəsidir. == Karyerası == Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub.
Senecio helminthioides
Senecio helminthioides (lat. Senecio helminthioides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Yuzef Helmonski
Yuzef Marian Helmonski (pol. Józef Marian Chełmoński; 7 noyabr 1847[…] və ya 7 noyabr 1849 – 6 aprel 1914[…] və ya 4 aprel 1914) — polşalı, realizm cərəyanının rəssamı. == Bioqrafiyası == Yuzef Marian Helmonski 1849-cu ildə Lodz yaxınlığında yerləşən Boçki kəndində anadan olmuşdur. İlk rəsm dərslərini atası tərəfindən almışdır. 1867–1872-ci illərdə Varşava İncəsənət Akademiyasında daxil olmuş daha sonra Voytsex Qersondan özəl dərslər almışdır. 1875-ci ildə Helmonski Parisə yola düşür və burada əsərlərini müvəffəqiyyətlə nümayiş etdirir. Paris şəhərində yerləşən Le Monde qəzetində bir illüstratör olaraq əməkdaşlıq edir. Bu dövrdə Helmonski 1872-ci ildə İtaliyaya səyahət edir və 1874–1875-ci illərdə Ukraynadan keçdi. 1878–1887-ci illərdə Helmonski Polşa, Vyana və Venesiyanı ziyarət edib. 1887-ci ildə rəssam Polşaya geri qayıtdıqdan sonra, Varşavada yaşadı.
Əşrəf Helmi
Əşrəf Helmi (24 aprel 1967) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Əşrəf Helmi Misiri 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Əşrəf Helmi Misiri 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Əşrəf Helmi Misiri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.

Значение слова в других словарях

бе́та бунчу́жный ке́сарь на попа́ отме́рить перстнеобра́зно ко́кон напра́во и налево отви́нчивать помутне́ние пресс-ка́рточка преуменьше́ние ски́тница backslide changing room Delphologia mystify psychon выгребной женитьба мракобесие оттиск погибать размыкание созревать