Helmintozlar
Helmintozlar (lat. helminthosis, q.yun. ἕλμινς, ἕλμινθος — qurd) — insanlarda, heyvanlarda və bitkilərdə qurd xəstəliyi.
Helmintlər insanın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər orqanizmin fiziki və əqli fəaliyyətinə təsir edir.
Bir çox hallarda helmintozun diaqnostikası məqsədilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir.