Klod Adrian Helvetsi
Klod Adrian Helvetsi (26 yanvar 1715[…] – 26 dekabr 1771[…], Paris) — Fransa filosofu.
== Fəlsəfəsi ==
O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir.
Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik).
Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar.