HEMOQLOBİ́N

[ yun. haima – qan və lat. globus – kürəcik] Qana qırmızılıq verən maddə (qan kürəciklərinin əsas tərkib hissəsi olub, orqanizmdə oksigeni və karbonu toxumalara yayıcı vəzifəsini görür).
HEMATOLOGİYA
HEPATİT
OBASTAN VİKİ
Hemoqlobin
Hemoqlobin, Hb (q.yun. αἷμα — qan və lat. globus — kürə) — insan daxil olmaqla onurğalı və bəzi onurğasız heyvanların qanının tərkibində dəmir olan qırmızı piqment. Kimyəvi tərkibinə görə mürəkkəb zülaldır. Eritrositlərin əsas tərkib hissəsi olub, tənəffüs fermentidir və qanın tənəffüs funksiyasını təmin edir. Hemoqlobin plazmada deyil, eritrositlərin daxilində yerləşir. Bununla qanın qatılığını azaldır. Əgər hemoqlobin bu miqdarda plazmada həll olunsa idi qanın qatılığı bir neçə dəfə artar və nəticədə ürəyin işi və qan dövranı çətinləşərdi. Digər bir tərəfdən hemoqlobin eritorsitlərin içində olmaqla plazmanın onkotik təzyiqini azaldır, bununla da toxumaların susuzlaşmasının qarşısını alır. Kimyəvi strukturuna görə hemoqlobin xromoproteindir.

Digər lüğətlərdə

бесфа́бульный герпетоло́гия ма́ри мозжи́ть перепуска́ться теплёшенько хек эпистоля́рный зазубриться надры́згать обмо́точный отгиба́ть отсу́тствие пирожо́чек проница́тельно соподчини́ть тяжели́ть correction inglorious Innsbruck lethal pierage plankton расстанавливать самоуправление