HERMES

qədim yunanların tanrılarından biri.
HEKATOMBA
HEYKƏL
OBASTAN VİKİ
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Hermes Trismegistus
Hermes Trismegistus (yun. Ἑρμῆς ο Τρισμέγιστος — «Üç kərə ulu Hermes»; lat. Mercurius ter Maximus) — Qədim Misir müdriklik və yazı tanrısı Tot və Qədim Yunan tanrısı Hermesin xüsusiyyətlərini özündə birləşdirən sinkretik tanrının adıdır. Xristian ənənəsində, onun adı ilə tanınan kitablarda və ayrı-ayrı parçalarda (hermetik korpus) əks olunmuş Teosofiya təliminin (hermetizm) müəllifidir. İslam ənənəsində onu bəzən Sabiilərin peyğəmbəri sayılan İdrislə eyniləşdirirdilər. Hermes Trismegistus (Merkuri) haqqında ən qədim qeyd Siseronun "Tanrıların təbiəti haqqında" traktatında yer alır. Traktatında deyilir ki, əslində beş Merkuri var idi və "Fenetlilərin sitayiş etdiyi" Arqusu öldürdüyünə görə Misirə qaçır və misirlilərə qanunları və yazıları xəbər verir. Misirlilər buna Tot deyirlər və Nil daşqınının başlaması ilə üst-üstə düşən qəməri təqviminə görə ilin ilk ayını da belə adlandırırlar. Laktansius və Avqustinə görə Hermes Trismegistus, kilsə atalarının həqiqiliyinə şübhə etmədiyi bir sıra "hermetik" əsərlərin çox qədim müəllifi kimi tanınır. Laktansius “Tanrının qəzəbi haqqında” traktatında Trismegistusun Pifaqor və Platondan çox əvvəl olduğunu göstərir.
Elbit Hermes 450
Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Azərbaycan Botsvana Braziliya Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir. Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır. Kipr Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur. Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur. Meksika: 2009-cu ildə satın alınmışdır. Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur. İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.
Elbit Hermes 900
Hermes 900 orta hündürlükdə uçuş həyata keçirən, uzun müddətli dözümlülüyə sahib İsrail istehsalı orta ölçülü taktiki pilotsuz uçuş aparatıdır. 9100 metr yüksəklikdə 36 saat ərzində fasiləsiz uçuş həyata keçirə bilən bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Qanadlarının açıqlığı 15 metr, ağırlığı 970 kq olan bu PUA 300 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir. Hermes 900-ün faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi genişmiqyaslı təlimlər zamanı istifadə olunmuşdur. Braziliya İsrailin Elbit Systems şirkəti ilə imzalanan müqaviləyə əsasən Hermes 900 pilotsuz uçuş aparatları Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməlidir. Çili 2011-ci ilin iyul ayında Elbit şirkəti Hermes 900 PUA-larının ilk dəfə olaraq xarici ölkəyə ixracını həyata keçirmişdir və bu ölkə Çili olmuşdur. Çili Hərbi Hava Qüvvələrinin üç Hermes 900 istifadə etdiyi bildirilir. 2013-cü ilin oktyabrında Çili HDQ öz dəniz sularının mühafizəsi məqsədilə bu PUA-dan sifariş vermişdir. Kolumbiya Hermes 900 PUA-larının Kolumbiyaya satışı ilə əlaqədar müqavilə 2012-ci ilin avqust ayında imzalanmışdır.
Hermes Ermestu da Fonseka
Hermes Ernestu da Fonseka (port. Hermes Ernesto da Fonseca, (1824, Маrеşал-Dеоdоru, Аlаqоаs, Braziliya imperiyası — 1891, Rio-de-Janeyro, Braziliya) — Braziliyalı hərbi və siyasi xadim , Marşal. Braziliyanın ilk prezidenti Deodoru da Fonsekanın böyük qardaşı və braziliyanın 8-ci prezidenti Ermes Roqriges da Fonsekanın atası. Paraqvay müharibəsində fəal iştirak etmişdir. Matu-Qrosu (1875—1878) və Baiya (1890) vilayətlərinin başçısı olmuşdur. com que o excellentissimo senhor coronel Barão de Diamantino vice-presidente da província de Matto-Grosso passou a administração da mesma ao excellentíssimo senhor general Hermes Ernesto da Fonseca em o dia 5 de julho de 1875.
Hermes və körpə Dionis
Hermes və körpə Dionis və ya Olimpiya Hermesi — 1877-ci ildə Hera məbədinin xarabalıqlarında kəşf edilmiş körpə Dionisin qədim yunan heykəlidir. Onun boyu 213 santimetrdir. Yunan profili, yunan burnu və praksitelik əyri anlayışları klassik gözəlliyin modelinə çevrilmişdir. Yunan mifologiyasının hesablarına görə , Dionis tanrı Zevsin oğlu və Semele , fani, Fiv kralı Kadmusun qızıdır. Çox güman ki, bu heykəl himayədarı Hermes olan Elis və himayədarı Dionis olan Arkadiya sakinləri arasında sülhün alleqoriyasıdır. Yunan dövləti 1874-cü ildə Almaniya ilə Olimpiyada arxeoloji kəşfiyyat işləri aparmaq üçün müqavilə imzaladı. Alman qrupu tərəfindən qazıntılar 1875-ci ildə Ernst Kurtiusun rəhbərliyi altında başladı. Bu gün sərgiləndiyi kimi heykəltəraşlıq qrupuna çatana qədər heykəlin altı fərqli hissəsi kəşf edildi. Hermesdə sağ qol, sol əlin iki barmağı, dizdən hər iki ayağı, sol ayağı və cinsi xüsusiyyətləri yox idi; Körpə Dionisin qolları (Hermesin çiynində dayanan sağ əli istisna olmaqla) və sağ ayağının ucu yox idi.