HERSÓQ

[ alm. ] Qərbi Avropada yüksək zadəgan, knyaz titulu.
// Belə titulu olan adam.
// Orta əsrlərdə iri feodal.
HERS
HERSOQLUQ
OBASTAN VİKİ
Hersoq
Hersoq (kişi), hersoginya (qadın) (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir. Frank Dövlətinin böyüməsi, german hersoqlarının kral səlahiyyətlərini əldə etməsinə səbəb olur. Lakin sonralar mərkəzləşdirmə siyasəti aparan imperator Böyük Karl (768—814), separatizm meyillərinə qarşı mübarizə apararaq hersoqluqları ləğv edir. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı.
III Maksimilyan (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558 və ya 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. == Mənbə == Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
II Ferdinand (hersoq)
II Ferdinand (d. 14 iyun 1529 - ö. 24 yanvar 1595) — Avstriya hersoqu. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci oğludur. 1557-ci ildə ilk evliliyi Filipina Uelserlə baş tutdu və bu evlilikdən yalnız ikisi yetkinlik yaşına çatan 4 övladı dünyaya gəldi. Xanımının vəfatının ardından 1582-ci ildə öz bacısı qızı Anna Yuliana ilə evləndi və bu evlilikdən də yalnız ikisi yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica.
II Karl (hersoq)
II Karl Fransisk (alm. Karl II. Franz von Innerösterreich‎) (3 iyun 1540, Vyana – 10 iyul 1590, Qras) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Priebatsch, Felix (1908), "Wladislaw II.", Allgemeine Deutsche Biographie (ADB) (in German), vol. 54, Leipzig: Duncker & Humblot, pp. 688–696 Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed.
Qadın Hersoq (personaj)
Qadın Hersoq - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
VII Albert (hersoq)
VII Albert (alm. Albrecht VII‎) (15 noyabr 1559[…], Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 13 iyul 1621[…], Brüssel) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. 1598-ci ildə Habsburq Niderlandiyasının naibi təyin edildi və 23 boyunca bölgəni xanımı İzabella Klara ilə birlikdə idarə etdilər. 1619-cu ilin martında qardaşının vəfatıyla Avstriya hersoqu olsa da, 6 ay sonra əmisi oğlu Ferdinandın lehinə taxtdan imtina etdi. == Mənbə == Duerloo, Luc; Wingens, Marc (2002). Scherpenheuvel: Het Jeruzalem van de Lage Landen. Davidsfonds. ISBN 90-5826-182-4 Thomas, Werner; Duerloo, Luc, eds. (1998).
III Maksimilian (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558 və ya 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. == Mənbə == Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
Adolf (Lüksemburq böyük hersoqu)
Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau (alm. Adolf Wilhelm August Karl Friedrich von Nassau‎; 24 iyul 1817, Bibrix sarayı[d] – 17 noyabr 1905, Lenqris[d], Bavariya) — 1839-cu ildən Nassau hersoqu, 1890-cı ildən Lüksemburq böyük hersoqu. == Həyatı == Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau 24 iyul 1817-ci ildə anadan olmuşdur. 1866-cı il Avstriya–Prussiya müharibəsində o, Avstriyanı dəstəkləmişdir. Bu səbəbdən onun məğlubiyyətindən sonra Nassau hersoqluğu Prussiyaya ilhaq edilmişdir. Buna baxmayaraq, hersoq qalalarını saxlamış və əhəmiyyətli pul təzminatı almışdır. 1890-cı ildə Niderland kralı və Lüksemburq böyük hersoqu III Villemin ölümündən sonra Lüksemburq və Niderland arasındakı şəxsi birliyi dağılmışdır. Salik qanununa görə, III Villemin qızı Vilhelmina Lüksemburq taxtına iddia edə bilməzdi. Nassau xanədanının 1783-cü ildə bağlanmış müqaviləsinə əsasən, kişi varisləri olmadığı halda, böyük hersoqun tacı Oranj qolundan Veylburq qoluna keçmişdir. Beləliklə, Adolf Lüksemburqun dördüncü böyük hersoqu olmuşdur.
Alba hersoqları
Alba hersoqları (isp. Duques de Alba de Tormes) — İspaniya aristokratları və qrandları. Titul 1472-ci ildə kral IV Enrike Kastiliyalı tərəfindən təsis edilib və ilk dəfə Qarsiya Alvares de Toledoya verilib.Hersoginya Alba kimi tanınan 13-cü Alba hersoginyası Mariya Kayetana de Silvanın ispan rəssamı Fransisko Qoyanın "Çılpaq maxa" və "Geyimli maxa" əsərlərinin modeli olduğu güman edilir. == Alba hersoqları (1472-dən) == Don Qarsiya Alvares de Toledo (təxm. 1424-1488), 1-ci Alba hersoqu Don Fadrike Alvares de Toledo (1460—1531), 2-ci Alba hersoqu Don Fernando Alvares de Toledo (1507—1582), 3-cü Alba hersoqu Don Fadrike Alvares de Toledo (1537—1583), 4-cü Alba hersoqu Don Antonio Alvares de Toledo və Bomon, 5-ci Alba hersoqu Don Fernando Alvares de Toledo və Mendosa, 6-cı Alba hersoqu Don Antonio Alvares de Toledo və Pimentel, 7-ci Alba hersoqu Don Antonio Alvares de Toledo və Bomont, 8-ci Alba hersoqu Don Antonio Martin Alvares de Toledo Qusman, 9-cu Alba hersoqu Don Fransisko Alvares de Toledo, 10-cu Alba hersoqu Dona Mariya Teresa Alvares de Toledo, 11-ci Alba hersoginyası Don Fernando de Silva və Alvares de Toledo, 12-ci Alba hersoqu Dona Mariya del Pilar Teresa Kayetana de Silva və Alvares de Toledo (1762—1802), 13-cü Alba hersoginyası, onun birbaşa varisi olmadığı üçün titul onun ölümündən sonra qohumu Karlos Migel Fits-Ceyms Stüarta keçdi.
Apuliya hersoqluğu
Apuliya hersoqluğu - 1059-cu ildə Tankred Hoytvillin oğlu Robert Hoytvill tərəfindən əsası qoyulan hersoqluq. Əvvəllər qraflıq statusunu daşıyırdı. 1193-cü ildə V Rocerin ölümü ilə birbaşa Siciliya krallığına birləşdirildi. Hoytvill sülaləsi tərəfindən idarə olunurdu. == Hersoqlar == Robert Hoytvill I Rocer Borsa II Vilyam II Rocer III Rocer Ranulf- hersoqluğu ələ keçirmişdi.
Avstriya hersoqluğu
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən ömənlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir. Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi. == Mənbə == Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45.
Avstriyalı Anna (hersoqina)
Avstriyalı Anna (d. 7 iyul 1528 - ö. 16 oktyabr 1590) — Bavariya hersoqinası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci qızıdır. 1546-cı ildə Bavariya hersoqu V Albertlə evləndirildi. == Mənbə == Sutter Fichtner, Paula (April 1976). "Dynastic Marriage in Sixteenth-Century Habsburg Diplomacy and Statecraft: An Interdisciplinary Approach". The American Historical Review. Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage.
Avstriyalı Barbara (hersoqina)
Avstriyalı Barbara (ing. Archduchess Barbara of Austria) (30 aprel 1539, İnsbruk – 19 sentyabr 1572 və ya 1597, Ferrara) — Ferrara hersoqu Alfonso d'Estin xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Tasso, Torquato (1824). "Opere di Torquato Tasso" (in Italian). Milan: Societa tipografica de classici italiani. pp. 526, 546 Duchhardt H. (2007). Jahrbuch für Europäische Geschichte (in German). Vol.
Avstriyalı Elyanora (hersoqina)
Avstriyalı Elyanora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534 və ya 2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Avstriyalı Mariya (hersoqina)
Avstriyalı Mariya (ing. Archduchess Maria of Austria) (15 may 1531, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 dekabr 1581) — Yulix-Klevez-Berq hersoqu Uilyamın ikinci xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen. p.
Avstriyalı Mariya Anna (hersoqina)
Avstriyalı Mariya Anna (alm. Maria Anna von Österreich‎) (13 yanvar 1610, Qras – 25 sentyabr 1665 və ya 28 sentyabr 1665, Münhen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru II Ferdinandın və xanımı Bavariya Anna Mariyanın qızıdır. 1635-ci ildə Bavariya kürfürstü olan dayısı I Maksimilyanla evləndirildi. Ərinin vəfatından sonra kürfürst seçilən 15 yaşlı oğlu Ferdinandın adına 3 il bölgəni idarə etdi. == Mənbə == Friedrich Anton Wilhelm Schreiber: Maximilian I. der Katholische, Kurfürst von Bayern und der dreißigjährige Krieg, Fleischmann, 1868, p. 707 C. Arnold: Grundriß der bayerischen Geschichte, Jaquet, 1853, p. 99 Roswitha von Bary: Henriette Adelaide. Kurfürstin von Bayern. Unveränderter Nachdruck der Original-Ausgabe München 1980.
Avstriyalı Yuanna (hersoqina)
Avstriyalı Yuanna (ing. Archduchess Joanna of Austria) (alm. Johanna von Österreich‎) (24 yanvar 1547, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 aprel 1578, Florensiya) — Böyük Toskana hersoqu Françesko Mediçinin ilk xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen.
Aşağı Bavariya hersoqluğu
Aşağı Bavariya hersoqluğu (alm. Teilherzogtum Niederbayern‎) 1255–1340-cı illərdə Müqəddəs Roma imperiyasında mövcud olmuş, Vittelsbax sülaləsi tərəfindən idarə edilən hersoqluq. 1253-cü ildə ataları II Ottonun ölümündən sonra qardaşlar XIII Henrix və II Lüdviq Bavariya və Reynland-Pfalz üzərində birlikdə hökmranlıq etdikdən sonra 28 mart 1255-ci ildə Bavariya bölünməsi müqaviləsi imzaladılar. Müqaviləyə əsasən Lüdviq Pfals kürfürstlüyü və Yuxarı Bavariya hersoqluğunu, Henrix isə paytaxtı Landsxut olmaqla Aşağı Bavariya hersoqu oldu. Hersoqluq sonradan müvəqqəti olaraq Henrixin davamçıları arasında bölündü, Zalsburq arxiyepiskopu isə müstəqillik qazandı. 1340-cı ildə hersoq İohannın ölümü ilə Müqəddəs Roma İmperatoru IV Lüdviq Aşağı Bavariyanı da miras aldı və beləliklə Bavariya hersoqluğunu yenidən birləşdirdi. Lüdviqin ölümündən sonra oğulları II Stefan, Vilhelm və I Albert arasında mübahisəyə səbəb olan hersoqluq üçün 1349-cu ildə Landsberqdə və 1353-cü ildə isə Regensburqda müqavilələr imzalanmışdı. Bu müqavilələr nəticəsində Aşağı və Yuxarı Bavariyalar Bavariya-Landsxut, Bavariya-Münhen, Bavariya-İnqolştadt, Bavariya-Ştraubinq kimi kiçik hissələrə parçalandı. Aşağı Bavariyanın əksər hissəsi Landsxut və Ştraubiqn payında idi. == Hersoqları == Bavariya hersoqları harada hökm sürdüklərindən asılı olmayaraq ümumiyyətlə nömrələnsələr də, Henrix adlı Aşağı Bavariya hersoqları üçün bir istisna var: onlar Aşağı Bavariyadakı sıralarına görə nömrələnirlər.
Bavariya-Landsxut hersoqluğu
Bavariya-Landsxut hersoqluğu (alm. Teilherzogtum Bayern-Landshut‎) — 1353–1503-cü illərdə Müqəddəs Roma İmperiyasında mövcud olmuş dövlət. == Tarixi == Hersoqluq bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümündən sonra yaradılmışdı. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən 1447-ci ildə bütün Bavariya-İnqolştadt hersoqluğu Bavariya-Landsxut ilə birləşdirildi. Bavariya-Landsxut o zamanlar Rattenberq və Kitzbüeldəki mədənlərinə görə Bavariyanın ən varlı hissəsi idi və ən müasir idarəetmə üsuluna sahib idi.
Bavariya-Münhen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Bavariya-İnqolştadt hersoqluğu
Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt‎) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt‎) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi. == Tarixi == Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.
Berq hersoqluğu
Berq hersoqluğu — Almaniyanın indiki Reyn vilayətində yerləşən tarixi dövlət idi - əvvəlcə bir qraflıq, daha sonra hersoqluq olmuşdu. Paytaxtı Düsseldorf idi. 12-ci əsrin əvvəllərindən 19-cu əsrə qədər müstəqil bir siyasi qurum kimi mövcud olmuşdur.
Bosniya və Hersoqovina 2010 Avroviziya Mahnı Müsabiqəsində
Bosniya və Herseqovinanı Osloda keçiriləcək 2010 Avroviziya Mahnı Müsabiqəsində Vukajin Brajic adlı gənc müğənni təmsil edəcək. Artıq təmsilçinin müsabiqədə ifa edəcəyi mahnı da məlumdur. Vukajin Brajic "Munja I Grom" ("İldırım və şimşək") mahnısını ifa edəcək.
Bosniya və Hersoqovina şəhərlərinin siyahısı
Bosniya və Hersoqovina şəhərləri.
Burqundiya hersoqluğu
Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq II Robert tərəfindən qoyulmuş Burqundiya hersoqluğu 1477-ci ildə Nansi müharibəsindən sonra dağılmışdır. German tayfası burqundların keçmiş krallığının 843-cü ildə Qərbi Frank krallığının tabeliyinə keçən şimal-qərb hissəsində yaranmışdı. Burqundiya hersoqu Raul 923–936-cü illərdə Fransa kralı idi. 956-cı ildə onun sülaləsi kəsildikdən sonra Burqundiya hersoqluğu kral Huqo Kapetin qardaşları Robertilər sülaləsinin hakimiyyətinə keçdi; onlardan kiçiyinin ölümündən sonra 1002-ci ildə kral domeninə qatıldı, lakin 1032-ci ildə kral I Henrixin kiçik qardaşı, Burqundiya hersoqluğunun birinci Kapetinqlər sülaləsinin banisi Robertə verildi. X –XII əsrlərdə Burqundiya hersoqluğu kilsə islahatı uğrunda mübarizə aparan rahiblər hərəkatının mərkəzinə çevrilmişdir. 1363-cü ildən Burqundiya hersoqluğunu ikinci Kapetinqlər sülaləsi idarə edirdi. XIV əsrin sonlarından Burqundiya hersoqları öz torpaqlarını sürətlə genişləndirirdilər. 1384-cü ildə Cəsur Filipp Flandriyanın, Artua və Burqundiya qraflığının varisi oldu.
Burqundiyalı Mariya (Savoyya hersoqinası)
Burqundiyalı Mariya (it. Maria di Borgogna) (sentyabr 1386, Dijon – 8 oktyabr 1422, Tonon-le-Ben[d]) — İlk Savoyya hersoqu və antipapa VIII Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Burqundiya hersoqu Cəsur Filipp, anası isə Flandriya qrafinyası Marqaritadır. Hələ 7 yaşında ikən 10 yaşlı Savoyya qrafı VIII Amadeusla nigahlandı. Cütlüyün toy mərasimi isə 1401-ci ilin mayında baş tutdu. Ərinin 1416-cı ildə hersoqluğa yüksəlməsiylə o da qrafinyalıqdan hersoqinalığa yüksəldi. == Mənbə == Suckale, Robert; Crossley, Paul (2005). Prague: The Crown of Bohemia, 1347-1437. Metropolitan Museum of Art. p.
Böyük Toskana hersoqluğu
Böyük Toskana hersoqluğu (it. Granducato di Toscana, lat. Magnus Ducatus Etrurıae) — 1569-1859-cu illərdə bəzi aralıqlarda Mərkəzi İtaliyada mövcud olan dövlətdir. Bu dövlət 1569-cu ildə Florensiya hersoqluğunun yerinə qurulmuşdur. Toskana hersoqluğunun paytaxtı Florensiya şəhəridir. == Tarixi == Qurulduğu dövrdə hersoqluğu Mediçilər idarə edirdilər. Böyük Toskana hersoqluğu qurulmamışdan əvvəl həmin ərazidə hökm sürən Florensiya Respublikası (1115-1532) və Florensiya hersoqluğu (1532-1569) ilə müqayisədə tarixdə daha az tanınır. Böyük Toskana hersoqluğunun ən qüvvətli dövrü Medicilər dövründə olmuşdur. İlk böyük hersoq olan I Kozimo Medici və xələfləri dövründə Florensiya iqtisadi və hərbi cəhətdən mühüm uğurlar əldə etmişdi. Bu inkişaf II Ferdinandinonun dövrünə qədər davam etmişdi.
Edinburq hersoqu
Edinburq hersoqu (ing. Duke of Edinburgh) — Şotlandiyanın paytaxtı Edinburqa görə verilən britaniya hersoq titulu. Britaniya kral ailəsində yeni hersoq titullarından biridir. XVIII əsrdən , Böyük Britaniyanın birləşməsindən sonra yaranıb. 1764—1834-ci illərdə titul Qloster hersoqu titulu ilə birləşdirildi. Bütün tarix boyu titulu 6 nəfər daşıyıb.
Emanuel Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555-1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
Filipp (Pfals-Noyburq hersoqu)
Davakar Filip (alm. Philipp der Streitbare‎) (12 noyabr 1503, Heydelberq – 4 iyul 1548, Heydelberq) — Vittelsbax sülaləsindən, 1505–1541-ci illərdə Pfals-Noyburq hersoqu olmuş alman zadəgan. == İlk dövrləri == O, 12 noyabr 1503-cü ildə, Heydelberq şəhərində, Frayzinq yepiskopu Ruprextin oğlu (Pfals kürfürstü Səmimi Filippin üçüncü oğlu) və Landsxutlu Elizabetanın (Bavariya-Landsxut hersoqu I Georqun qızı) ailəsində doğulmuşdu. Özündən böyük Otto Henri adlı bir qardaşı da vardı. Atasını itirəndə Filippin hələ 1 yaşı vardı, növbəti il isə Landsxut varislik müharibələri başladı. Müharibənin başlanmasına səbəb İmperiya qanunları və Bavariya-Münhen hersoqları ilə imzaladığı miras müqaviləsi ilə ziddiyyət təşkil edən babası Georqun torpaqlarını qızı Elizabetə vəsiyyət etməsinə cəhdi idi. Elizabet və Rupert 1504-cü ilin payızında bir-birinin ardınca vəfat etdi. Müharibəni uduzan Pfals kürfürstlüyündə 1505-ci ildə Köln hökmündən (alm. Kölner Spruch‎) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Otto Henri və qardaşı Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi.
Filipp Lüdviq (Pfals-Neyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Finlandiya böyük hersoqluğu
Finlandiya knyazlığı (fin Suomen suuriruhtinaskunta; isv. Storfurstendömet Finland ; rus. Великое княжество Финляндское) - Finlandiya ərazisində 1809-1917-ci illər aralığında mövcud olmuş knyazlıq. Finlandiya knyazlığı Rusiya imperiyasının nəzarəti altında fəaliyyət göstərmişdir. Çar I Aleksandrdan sonuncu Çar II Nikolaya qədər olan Rusiya imperiyasının imperatorları Finlandiya knyazı fəxri titulunu daşıyırıdılar.

Digər lüğətlərdə

издира́ться на сей ра́з раскочега́риться спира́ль вытанцо́вывать довоёвывать я́шмовый эпический adopt aflame fine-boring firmness fit forequarter Herakles isotropic laxity left-hander prompt-side rebuke внешне кварцевый настоятельница ослабелый храниться