HEY³

кӀус. “акъваз тавуна, ара датӀана, гьамиша, фад-фад, гзаф” манада (са затӀунин гьамиша, ара датӀана ва фад-фад тикрар хьун ва я гзаф чӀавалди давам авун къалурдай кӀус); qar hey yağır живеди ара гузвач.
HEY²
HEYBƏ
OBASTAN VİKİ
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Hey (Xudabəndə)
Hey (fars. حی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (311 ailə).
Luiza Hey
Luiza Hey (ing. Louise Hay; 8 oktyabr 1926 - 30 avqust 2017) — amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə yaxşı tanınır.Hey May 2008-ci ildə Nyu-York Tayms dərgisində Mark Oppenheimer ilə müsahibəsində öz həyat hekayəsin ətraflı şəkildə nəql etmişdir.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. == Həyatı == Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Hey gidi günler (mahnı)
Hey gidi günler — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi Elvin Mehmanlıya, aranjimanı Ramin Vəlibəyov, düzənləməsi isə Elmin Təhməzə aiddir. 16 iyul tarixində "Bazar sürprizi" yaşandı. Bu hadisəni Aygün Kazımova özü belə adlandırdı. Anonssuz şəkildə "Heyy gidi günler" mahnısı yayımlandı.
Adi heyva
Adi heyva (lat. Cydonia oblonga ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin heyva cinsinə aid bitki növü.
Adəm Heydərov
Adəm İkram oğlu Heydərov (26 mart 2000, Bum, Qəbələ rayonu – 16 oktyabr 2020 və ya 13 oktyabr 2020, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Heydərov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aksel Heyberq adası
Aksel-Heyberq (ing. Axel Heiberg Island) — yaşayışı olmayan ada olaraq Kanada Arktik arxipelaqı daxildir. Adadan qərbdə Elsmir adası yerləşir və ondan Yurika boğazı vastəsi ilə ayrılır. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktani regionuna daxildir. == Coğrafiyası == Qərbdən Mien adasından Sverdrup boğazı vastəsi ilə ayrılır. Sverdrup və Kraliça Yelezaveta adaları qrupuna daxildir. Sahəsi 43,178 km² təşkil edərək, Adaların dünyada sahəsinə görə sıralamasında 32-ci yerdə gedir. Dağların hündürlüyü 2000 metri keçir. == Tarix == Ada əvvəllər inuitlər məskunlaşmışdı. Adanın Otto Sverdrup tərəfindən kəşf edilərkən ərazidə həyat əlaməti yox idi.
Aksel Heyberq buzlağı
Antarktidadakı Aksel Heyberq buzlağı Antarktik platosunun yüksəkliklərindən Ross şelf buzlağına (təxminən dəniz səviyyəsinə) doğru alçalan, Kraliça Mod dağlarındakı Don Pedro Kristofersen və Herbert silsilələri arasında yerləşən 48 km uzunluğundakı vadi buzlağı. Bu nəhəng buzlaq 1911-ci ilin noyabrında norveçli qütb səyyahı Roald Amundsen tərəfindən kəşf edilmiş və onun tərəfindən buzlağa çox sayda Norveç qütb tədqiqatına töhfəsini verən alim və norveçli biznesmen Aksel Heyberqin adı verilmişdir. Amundsen buzlaqdan uğurlu Cənub qütbü ekspedisiyası ərzində qütb platosu üzərindən öz marşrutunu tapmaq üçün istifadə etmişdi.
Aleksandr Puşkinin heykəli (Rostov-na-Donu)
Aleksandr Serqeyviç Puşkin abidəsi — bürüncdən ibarət olan abidə yazıçı Aleksandr Sergeyeviç Puşkinin şərəfinə ucaldılmışdır. Abidə Rostov-na-Donu şəhərində Voroşilkin prospekti ilə Puşkinskaya küçələrinin kəsişdiyi ərazidə ucaldılmışdır. Abidənin heykəltaraşı Qavriil Aleksandroviç Şults olmuşdur. Abidə 1959-cu ildə ucaldılmışdır. Sonradan abidənin qoyulduğu ərazi abadlaşdırılmış və fanarlar quraşdırılmışdır. Aleksandr Sergeyeviç Puşkinin şərəfinə ucaldılmış abidı Rusiya Federasiyasını regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdur. Bu Rostovda ədəbi mövzuya aid ilk abidədir. Şairin abidəsi bürüncdən hazırlanmışdır. Onun yerləşdiyi altlıq isə mərmərdəndir. 1992-ci ildə abidə dövlət qorunması siyahısına daxil edilmişdir.
Aleksandr Serqeyeviç Puşkin heykəli (Bakı)
Aleksandr Puşkinin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində rus şairi Aleksandr Puşkinin heykəli. Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində eyni adlı meydanda bir heykəl var. Bürünc abidənin müəllifi heykəltaraş, Rusiyanın İncəsənət Akademiyasının akademiki Yuri Orexovdur. Bu heykəl Orexovun son işidir. Heykəl 12 oktyabr 2001-ci ildə açıldı. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev, Bakı şəhərinin meri Hacıbala Abutalıbov və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak etmişlər. Heykəl Rusiya hökumətinin 18 oktyabrda qeyd olunan Milli müstəqillik gününün 10 illiyinə hədiyyədir.
Amid Heydərov
Amid Rəbbil oğlu Heydərov (20 may 1988, Lerik – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == İrsi və xatirəsi == 2021-ci ildə Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılış mərasimi keçirilib. 2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adı verilmişdir.
Amolinia heydeana
Amolinia (lat. Amolinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Amolinia heydeanaSinonim Eupatorium heydeanum B.L. Rob.
Arif Heydərov
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976). == Həyatı == Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Arif Heydərov (kimyaçı)
Heydərov Arif Əmrah oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Arif Heydərov 5-iyul 1954-cü ildə Ukrayna Respublikasının Stalin Vilayətində (indiki Torez şəhəri) anadan olmuşdur. O, 1970-ci ildə Yardımlı rayonu Yolocaq kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji Universiteti) Kimya fakültəsində təhsil almışdır. 1975-1977-ci illər ərzində Yardımlı rayonu Yolocaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. Arif Heydərov 1977-ci ildə Azərbaycan Elmlər Akademyasının (indiki Milli Elmlər Akademyası ) Qeyri-üzvi və Fiziki kimya İnstitunun (indiki MEA-ın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) "Mineral maddələrin texnologiyası" laboratoriyasında aspiranturaya daxil olmuş və 1986-cı ildə "Filizçay polimetallik filizindən alınan sink konsentrantının emalı prosesində qalliumun çıxarılması"mövzusunda namizədlik, 2010-cu ildə isə "Filizçay polimetal sulfid filizinin əsas və müşayət edən komponentlərə görə kompleks emalının elmi əsaslarının işlənib hazırlanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Azərbaycan Respublikasının Prezdenti yanında Ali Atestasiya komissyasının 4 fevral 2011-ci il tarixli qərarı ilə ona kimya elmləri doktoru adı, 8 may 2015-ci il tarixli qərarı ilə ona "Qeyri-üzvi kimya" ixtisası üzrə professor elmi adı verilmişdir. 2011-ci ildən "Mineral maddələrin emalının kimyası və texnologiyası" laboratoriyasının nəzdində yaradılmış "Əlvan və nadir metallar" qrupunun rəhbəri olmuş,2014-cü ildən "Əlvan metal tərkibli mineral xammalın emal" laboratoryasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Arif Heydərovun elmi fəaliyyəti Azərbaycan ərazisində olan zəngin və kasıb filizlərdən və qeyri-üzvi istehsalat tullantılarından əlavən və nadir metalların çıxarılmasının elmi əsaslarının işlənib hazırlanması durur. 2011-ci ilə kimi o, inert mühitdə Filizçay polimetallik sulfid filizinin pirrotinləşmiş yanmasını və alınan pirrotinləşmiş yanığın avtoklav həll olması şəratini tədqiq etmişdir. Həmçinin onun tərəfindən ağır neftin emalından alınan mazut fraksiyasının yanma külünün emal məhsullarında Vanadiumun paylanması , qatılaşma yerləri və çıxarılmasını təmin edən prinsipial texnoloji sxem təklif olunmuşdur. Sonrakı illərdə Gədəbəy mis tərkibli oksidləşmiş filizin xlorid və hipoxlorit məhlulları ilə yuyulmasının və yuyulmadan alınan məhlullardan mis və sinkin ion dəyişdirici sorbentlər vasitəsi ilə ayrılmasının optimal şəraitini tədqiq etmişdir.Daşkəsən Filiz saflaşdırma kombinatının tullantılarından qiymətli metalların (Co, Cu, Zn, Mn) çıxarılmasının səmərəli parametr və rejimləri müəyyən edilmişdir.
Arif Heydərov (nazir)
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976). == Həyatı == Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Artemisia heyneana
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Ayxan Heydərli
Ayxan İlham oğlu Heydərli (26 dekabr 1996, Orta Əlinəzərli, Beyləqan rayonu – 6 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Heydərli 1996-cı il dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. 2003-2014-cü illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ayxan Heydərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan Heydərli oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Azərbaycan Heyvandarlıq Elmi Tədqiqat İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
Azərbaycan SSR Ali Soveti — 1938–1991-ci illərdə Azərbaycan SSR ərazisində ali dövlət hakimiyyət orqanı. 1991-ci ildən səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür. == Çağırışlar == I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991) == Rəhbərlər == 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (5 noyabr 1974-cü ilədək Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, daha əvvəllər Azərbaycan SSR Baş Soveti Prezidiumunun fəxri fərmanı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən təqdim olunan dövlət təltifi. Həmin fərmanla fəhlələr, kolxozçular, qulluqçular, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, həmçinin dövlət planlarının yerinə yetirilməsində yüksək göstəricilər əldə edilməsinə, yüksək məhsul alınmasına, səmərəli istehsal, elmi və ictimai-siyasi fəaliyyətinə görə müəssisə və təşkilatlar mükafatlandırılırdı.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlərin siyahısı
== 1960-cı illər == === 1960 === Əhmədov Yəhya Həbib oğlu — 25.04.1960 === 1966 === Nəcəfov Cavid Nəcəfqulu oğlu — 1966 === 1968 === Altay Əmir oğlu Hacıyev — 1968 == 1970-ci illər == === 1970 === Əliverdibəyov Kazım Ağalar oğlu — 21.05.1970 Əlikişizadə Yulana Yusif qızı — 21.05.1970 Almazzadə Qəmər Hacağa qızı — 21.05.1970 Bədirova Maya Fyodorovna — 21.05.1970 Vikulov Sergey Mixayloviç — 21.05.1970 Vladimirov Yuri Kuzmiç — 21.05.1970 Genin Yakov Markoviç — 21.05.1970 Qurbanov Qorxmaz Ağababa oğlu — 21.05.1970 Hüseynağa Abuzər oğlu — 21.05.1970 Dadaşov Kamil Hənifə oğlu — 21.05.1970 Yeqorova Larisa Vsevolodovna — 21.05.1970 Zeynalov Rüfət Oqtay oğlu — 21.05.1970 İsmayılova Raisa Hüseyn qızı — 21.05.1970 Makarova Natalya Romanovna — 21.05.1970 Məmmədov Tofiq — 21.05.1970 Məmmədova Tamilla Nəzər qızı — 21.05.1970 Nəzirova Nella Nəzər qızı — 21.05.1970 Səidova Sara Dadaş qızı — 21.05.1970 Sorokina Nina İvanovna — 21.05.1970 === 1971 === Cahangir Şirgəşt oğlu Cahangirov — 29.10.1971 İsfəndiyar Aslan oğlu Cavanşirov — 29.12.1971 === 1972 === Niyazi Zülfüqar oğlu Tağızadə (Niyazi) — 26.12.1972 Əliyev Azad Həmzə oğlu — 19.04.1972 Ələkbərov Zeynal Məmməd oğlu — 19.04.1972 Atakişiyev Rafiq İsrafil oğlu — 19.04.1972 Ağamova Yelena Artyomovna — 19.04.1972 Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu — 19.04.1972 Hacıbəyov Soltan İsmayıl oğlu — 19.04.1972 Cəfərova Zəhra Hüseyn qızı — 19.04.1972 Danilov Daniil Xristoforoviç — 19.04.1972 İvanova Anastasiya İvanovna — 19.04.1972 İsmayılova Qəmər Abbasqulu qızı — 19.04.1972 Qarayev Qara Əbulfəz oğlu — 19.04.1972 Qasımov Muxtar Maqsud oğlu — 19.04.1972 Məmmədova Şövkət Həsən qızı — 19.04.1972 Məmmədova Bilqeyis Mirəbdul qızı — 19.04.1972 Məlikov Xanlar Həmid oğlu — 19.04.1972 Muradova Yevgeniya Haykovna — 19.04.1972 Muradova Cəmilə Mehrəli qızı — 19.04.1972 Musabəyova Sara Qəzənfər qızı — 19.04.1972 Nəzirova Elmira Mirzərza qızı — 19.04.1972 Nikomarova Ella Markovna — 19.04.1972 Usubova Nigar İbrahim qızı — 19.04.1972 Fiş Monsey İsaakoviç — 19.04.1972 Frolova Larisa Vasniyevna — 19.04.1972 Əbdulkərimov Davud Həsən oğlu — 18.05.1972 Ələkbərova Cəmilə Zakir qızı — 18.05.1972 Əlibəyli Xanımana Sabir qızı — 18.05.1972 Əliyev Məstan Rəsul oğlu — 18.05.1972 Əliyeva Raya Səlim qızı — 18.05.1972 Əmrahov Əmrah Bala oğlu — 18.05.1972 Atakişiyeva Yelizaveta Semyonovna — 18.05.1972 Babayev Qorxmaz Məmmədbağır oğlu — 18.05.1972 Bağırzadə Əhəd Zulfüğar oğlu — 18.05.1972 Bədəlbəyli Əfrasiyab Bədəl oğlu — 18.05.1972 Brailovskaya Berta Adamovna — 18.05.1972 Haciyeva Sayad Yusif qızı — 18.05.1972 Həsənova Əminə Dadaş qızı — 18.05.1972 Hüseynov Vaqif Əlövsət oğlu — 18.05.1972 Hüseynova Validə Həsən qızı — 18.05.1972 Cavanşirov Əfsər Bayram oğlu — 18.05.1972 Cəfərov Əziz Babası oğlu — 18.05.1972 İbrahimova Ofelya Əhməd qızı — 18.05.1972 Qədirova Gülarə Məcid qızı — 18.05.1972 Qasımov Tələt Əli oğlu — 18.05.1972 Quliyev Akif Aslan oğlu — 18.05.1972 Məmmədov Əmənulla Beydulla oğlu — 18.05.1972 Petrova Qalina Pavlovna — 18.05.1972 Sadıqov Hüseynağa Ələsgər oğlu — 18.05.1972 Cəfərov Kamran Ələs oğlu — 18.05.1972 Sokayeva Valentina Andreyevna — 18.05.1972 Süleymanov Nəriman Qoca oğlu — 18.05.1972 Sultanova Hökümə İsmayıl qızı — 18.05.1972 Fərəcova Mahirə Qənbər qızı — 18.05.1972 Xəlilova Məlahət Xalid qızı — 18.05.1972 Hasilova Xalidə Məmməd qızı — 18.05.1972 Xaxanova İnna İosifovna — 18.05.1972 Şirokov Vladimir İvanoviç — 18.05.1972 Eminova Zemfira Həmid qızı — 18.05.1972 Əfəndiyev Tacəddin Əbdürrəhman oğlu — 18.05.1972 === 1973 === Əli Yusif oğlu Zeynalov — 23.04.1973 Nigar Xudadat qızı Rəfibəyli — 28.06.1973 === 1974 === Abbasov Hacağa Mütəllib oğlu — 01.06.1974 Ağayeva Adilə Kərim qızı — 01.06.1974 Ələskərov Abdulla Ağasəməd oğlu — 01.06.1974 Əliyeva Ətayə Qulam qızı — 01.06.1974 Bağırov Sadıqsaleh Xəlil oğlu — 01.06.1974 Bədirbəyli Leyla Ağalar qızı — 01.06.1974 Haçıyeva Sona Salman qızı — 01.06.1974 Gəraybəyov Ağasadıq Ağəli oğlu — 01.06.1974 Qriqoryan Şuşanik Sarkisovna — 01.06.1974 Hüseynova Sofiya Həsən qızı — 01.06.1974 Yermakova Mariya Frolovna — 01.06.1974 Zeynalov Əli Yusifoğlu — 01.06.1974 İbadzadə Seyfulla İbad oğlu — 01.06.1974 İbrahimov Mirzə Əjdər oğlu — 01.06.1974 İbrahimova Mariya Yefimovna — 01.06.1974 İsmayılov Bahadır Xalıq oğlu — 01.06.1974 Qasımov İmran Haşım oğlu — 01.06.1974 Quliyev Əzizağa Rza oğlu — 01.06.1974 Quliyev-Qafqazlı Haçıməmməd Ələkbər oğlu — 01.06.1974 Qurbanova Hökümə Abbasəli qızı — 01.06.1974 Məmmədov Çəlal Cabbar oğlu — 01.06.1974 Məmmədxanlı Ənvər Qafar oğlu — 01.06.1974 Mustafayeva Sədayə İsmayıl qızı — 01.06.1974 Novruzova Mirvari Balaqadaş qızı — 01.06.1974 Rəsulov Əmənulla Ağahüseyn oğlu — 01.06.1974 Rzayev Abbas Mahmudəli oğlu — 01.06.1974 Rzayeva Şövkət Böyükağa qızı — 01.06.1974 Rüstəmzadə Süleyman Əlabbas oğlu — 01.06.1974 Sadıqov Məmməd Əhməd oğlu — 01.06.1974 Sadıqova Məhluqə Ələkbər qızı — 01.06.1974 Sənani Möhsün Sadıq oğlu — 01.06.1974 Süleymanov Mustafa Dadaş oğlu — 01.06.1974 Təhmasib Rza Abbasqulu oğlu — 01.06.1974 Fətullayev Nüsrət Möhsün oğlu — 01.06.1974 Fətullayev Fateh Möhsün oğlu — 01.06.1974 Şərifov Ələskər Məmmədtağı oğlu — 01.06.1974 Şəkinskaya Barat Həbib qızı — 01.06.1974 Əfəndiyev İlyas Məhəmməd oğlu — 01.06.1974 === 1975 === Karandaş (Mixail Nilolayeviç Rumyantsev) — 14.04.1975 Aleksandr Qriqoryeviç Alleqrov — 14.04.1975 === 1976 === Aleksandrov Qriqori Vasilyeviç — 23.12.1976 Əlili Məmməd Əlizadə — 23.12.1976 Həsənzadə Rəşid Həsən oğlu — 23.12.1976 Cabbarlı Qorxmaz Teymur oğlu — 23.12.1976 Cəfərova Əminə Cəfər qızı — 23.12.1976 Dziqan Yefim İosifoviç — 23.12.1976 İbrahimov Əjdər Mütəllim oğlu — 23.12.1976 Kuraşin Vladimir Nikolayeviç — 23.12.1976 Qurbanov Məmməd Qurban oğlu — 23.12.1976 Mikayılov Mikayıl Yusif oğlu — 23.12.1976 Nərimanbəyov Arif Əmir oğlu — 23.12.1976 Ocaqov Rasim Mirqasım oğlu — 23.12.1976 Rüstəmova Şərqiyyə Hacımahmud qızı — 23.12.1976 Təhmasib Rza Abbas oğlu — 23.12.1976 Xeyfits İosif Yefimiviç — 23.12.1976 Xocaxanova Yelena Yusif qızı — 23.12.1976 Həbib Bayram oğlu Babayev — 29.12.1976 Şamil Rasizadə — 28. XII.1976 ==== Təşkilatlar ==== Moskva Satira Teatrı — 20.09.1976 === 1977 === Vidadi Yusif oğlu Babanlı — 14.01.1977 Leyla Məhəd qızı Vəkilova — 28.01.1977 Tokay Həbib oğlu Məmmədov — 18.07.1977 Tələt Ağasıbəy oğlu Xanlarov — 25.08.1977 Addullayev Böyükağa Cabar oğlu — 19.10.1977 Abdullayev Mikayıl Hüseyn oğlu — 19.10.1977 Averkina Valentina Viktorovna — 19.10.1977 Ağayev Ramiz Ələkbər oğlu — 19.10.1977 Ələsgərov Süleyman Əyyub oğlu — 19.10.1977 Əliyev Əlimərdan Əbdüləzim oğlu — 19.10.1977 Əliyev Arif Hacıbaba oğlu — 19.10.1977 Axundov Firidun Abbas oğlu — 19.10.1977 Babayeva Firuzə İsmayıl qızı — 19.10.1977 Gözəlov Oqtay Abdulla oğlu — 19.10.1977 Hüseynov Fəxrəddin Hüseynəli oğlu — 19.10.1977 Zülfüqarova Xumar Rza qızı — 19.10.1977 Kərimov Kərim Həmid oğlu — 19.10.1977 Quliyev Tofiq Ələkbər oğlu — 19.10.1977 Milyayev Yuri Vladimiroviç — 19.10.1977 Nəsirov Nəsrulla Əlabbas oğlu — 19.10.1977 Rəcəbova Solmaz Cahangir qızı — 19.10.1977 Rüstəmov İsfəndiyar Adil oğlu — 19.10.1977 Rüstəmova Validə Asəf qızı — 19.10.1977 Salmanova Həqiqət Surxay qızı — 19.10.1977 Sanatulov Şamil Zeynaloviç — 19.10.1977 Zeynalov Ələkbər Cavad oğlu — 14.11.1977 Quliyeva Zemfira Nəçəf qızı — 14.11.1977 Kazımov Kamil Kazım oğlu — 14.11.1977 ==== Təşkilatlar ==== Biləcəri stansiyası dəmiryolçuları mədəniyyət evinin xalq nəfəs alətləri orkestri — 19.10.1977 Hərbi hissənin "Zvyozdoçka" xalq vokal-instrumental ansamblı — 19.10.1977 Azərneft Mədənlərarası Yol Çəkilişi və Təmiri Trestinin traktorçusu M. Cananovun ailəsinin "Xatirə" xalq ansamblı — 19.10.1977 Leytenant Şmidt adına maşınqayırma zavodu mədəniyyət sarayının xalq rəqs ansamblı — 19.10.1977 Texniki peşə təhsili respublika mədəniyyət evinnn "Vixr" rəqs kollektivi — 19.10.1977 Salyan rayon mədəniyyət evinin "Cəngi" zurnaçılar ansamblı — 19.10.1977 Ucar rayon mədəniyyət-evinin xor kollektivi — 19.10.1977 Sumqayıt şəhərində N. Nərimanov adına mədəniyyət evinin nəfəs alətləri orkestri — 19.10.1977 Kirovabad şəhərində maarif işçiləri evinin "Gəncə" xalq estrada orkestri — 19.10.1977 İliç rayon mədəniyyət evinin "Yallı" xalq rəqs ansamblı — 19.10.1977 Lənkəran rayon mədəniyyət evinin "Şənlik" mahnı və rəqs ansamblı — 19.10.1977 === 1978 === Hacı Dadaş oğlu Xanməmmədov — 22.06.1978 Mirzəbəy Mirzəbaxış oğlu Mustafayev — 22.06.1978 Yuri Vladimiroviç Fidler — 27.06.1978 Qafarova Raya Talıb qızı — 24.11.1978 İsmayılova Elmira Məhərrəm qızı — 24.11.1978 Orucov Hidayət Xuduş oğlu — 24.11.1978 === 1979 === Əşrəf Həsən oğlu Həsənov — 23.01.1979 Tofiq Mehdi oğlu Tağızadə — 06.02.1979 Abdullayev Rauf Canbaxış oğlu — 24.02.1979 Adıgözəlzadə Zöhrab Əfrasiyab oğlu — 24.02.1979 Əhmərova Tanilla Aysayevna — 24.02.1979 Bədəlbəyli Fərhad Şəmsi oğlu — 24.02.1979 Bayramov Həbibulla Əbdülhüseyn oğlu — 24.02.1979 Hasilova Xalidə Məmməd qızı — 24.02.1979 Qasımov İldırım Əlinəzər oğlu — 24.02.1979 Kərimova Rumiyə Həmid qızı — 24.02.1979 Quliyev Əliağa Eyvaz oğlu — 24.02.1979 Məmmədova Şəfiqə Haşım qızı — 24.02.1979 Rəhimova Elmira Allahverdi qızı — 24.02.1979 Rzayev Nazim Əsədulla oğlu — 24.02.1979 Sultanov Fəxr Nəsib oğlu — 24.02.1979 Tumarkina Dina İosifovna — 24.02.1979 Eminova Rimma Rəhim qızı — 24.02.1979 Əliyev Nəzir Kərim oğlu — 02.04.1979 Hüseynova Nəcibə İbrahim qızı — 02.04.1979 Məmmədov Füzuli Şahbalı oğlu — 02.04.1979 Rza Abasqulu oğlu Təhmasib — 19.04.1979 Cahangir Rəcəb oğlu Gözəlov — 14.12.1979 == 1980-ci illər == === 1980 === Azad Ağakərim oğlu Şərifov — 04.04.1980 Hacı Məmməd oğlu Məmmədov — 25.04.1980 Altay Yusif oğlu Məmmədov — 14.05.1980 Abdullayev Ağalar Bəhmən oğlu — 18.12.1980 Mahmudov Hüseyn Ağa oğlu — 18.12.1980 Şıxlı Sabir Məmməd oğlu — 18.12.1980 ==== Təşkilatlar ==== Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — 18.12.1980 === 1981 === Seyfəddin Əliağa oğlu Abbasov — 26.08.1981 Famil Novruzov — 20.11.1981 Novruz İsmayıl oğlu Gəncəli — 11.09.1981 Bəkir Əhməd oğlu Nəbiyev — 16.01.1981 Qulu Qasım oğlu Xəlilov — 16.01.1981 Lətif Hüseyn oğlu Kərimov — 16.11.1981 Əzizə Məmməd qızı Cəfərzadə — 28.12.1981 Abbasov Ələddin Aslan oğlu — 24.12.1981 Ağayev Həsən Səfər oğlu — 24.12.1981 Əliyev Telman Rüstəm oğlu — 24.12.1981 Veysəlova Rəmziyyə Osman qızı — 24.12.1981 Həsənov Hilal Mahmud oğlu — 24.12.1981 Cəfərov Bağır Mansur oğlu — 24.12.1981 Rzayev Əli Məşədirza oğlu — 24.12.1981 === 1982 === Аğası Abutalıb oğlu Məşədibəyov — 11.01.1982 Sərdar Bünyad oğlu Sərdarov — 11.01.1982 Yunus Hacıqulu oğlu Ağayev — 09.02.1982 Tamella Rzayeva — 30.09.1982 Dilarə Səmədova — 30.09.1982 Məsih Tağıyev — 30.09.1982 Kseniya Lvovna Babiçeva — 18.11.1982 Arutyunyan Armen Samveloviç — 03.12.1982 Arutyunyan Ruben Hayrapetoviç — 03.12.1982 Qabrielyan Armida Sarkisovna — 03.12.1982 Ohanyan Anaida Osipovna — 03.12.1982 Əzimov Nəriman Abbasqulu oğlu — 09.12.1982 Аxundzadə Salavat Ilyas oğlu — 09.12.1982 Qasımova Gövhər Balaqardaş qızı — 09.12.1982 Qasımova Nisə Fətulla qızı — 09.12.1982 Mustafayev Azər Imambaxış oğlu — 09.12.1982 Rəcəbova Məsumə Ismayıl qızı — 09.12.1982 Səfərova Vəcihə Məşədi qızı — 09.12.1982 ==== Təşkilatlar ==== А.S.Puşkin аdınа Leninqrаd Dövlət Аkаdemik Drаm Teаtrı — 24.12.1982 Lənkəran şəhər Şirəli Axundov adına 1 nömrəli tam orta məktəb(hal hazırda Mehman Bağırov adınadır) — 30.09.1982 === 1986 === Şamil Rasizadə — 28.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
Azərbaycan SSR Ali Soveti — 1938–1991-ci illərdə Azərbaycan SSR ərazisində ali dövlət hakimiyyət orqanı. 1991-ci ildən səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür. == Çağırışlar == I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991) == Rəhbərlər == 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur. == Arxa plan == İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. == Fəaliyyəti == Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Azərbaycan rəssamlar və heykəltəraşlarının siyahısı
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının və heykəltaraşların siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar və heykəltaraşlar daxildir.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Bafomet (heykəl)
Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir. == Tarixi == 2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır. İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq. 25 iyul 2015-ci ildə heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır. “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır.“Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar. Məbəd ardıcıllarından biri isə açıq şəkildə şəxsi azadlığa iddia edir.

Значение слова в других словарях

браву́ра гидроизоля́ция инде́йский необъясни́мый опи́тие по мне́ со́бранность автомобили́зм араби́ст безразли́чный испо́дники козы́рный неонаци́стка переплавля́ться хэбэ́шка конать deckel half Jewess militarism superpower swear wide-screen film миска подслеповатый