HEYBƏTULLA
HEYDƏRALI
OBASTAN VİKİ
Aşıq Heydər
Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı == Həyatı == Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır. Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur. Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi. Heydər Biqiçev — Heydər İsayev — Heydər xan — hökmdar Aşıq Heydər — Ağbaba Süvarı Alayının Baş Ozanı Heydər Abbasi — Heydər Qədirov —Yaşayış məntəqələri Baba Heydər — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər.Digər "Heydər Əliyev" ordeni — Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.
Heydər Abbasi
Heydər Abbasi (fars. حیدر عباسی‎; 24 fevral 1943, Marağa, Şərqi Azərbaycan ostanı) — daha çox öz təxəllüsü ilə tanınır - Barışmaz (farsca: باریشماز) - İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi. == Həyatı == Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur. 2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir. == Təhsili == Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır. == Yaradıcılığı == 45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.
Heydər Babayev
Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri. == Həyatı == Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank"ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur. === Ailə vəziyyəti === Evlidir, 1 övladı var.
Heydər Bammatov
Bammatov Heydər Nəcməddin oğlu (1 (13) noyabr 1889, Kafır-Kumuq[d], Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 31 mart 1965, Paris, Fransa) — Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, liberal-demokrat. == Həyatı == Fevral inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin tərkibinə daxil idi. Ümumrusiya Müəssislər məclisinə, III Ümumdağıstan qurultayında (1918, yanvar) Dağıstan İcraiyyə Komitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar hökumətinin üzvü, Cənubi Qafqaz birliyi ilə danışıqlar aparmaq üçün Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvlərindən biri də Bammat idi. Trabzon konfransında qeyri-rəsmi iştirak etmiş, Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nümayəndə heyəti Batum konfransında (1918) rəsmən iştirak etmiş, Bammat burada Almaniyanın Türkiyədəki səfiri Bensdorf, Batum konfransında alman diplomatik heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqaz dövlətlərinin nümayəndələri ilə Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Osmanlı dövləti ilə dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni hökumətin tərkibində də xarici işlər naziri təyin olunmuşdu.
Heydər Baş
Heydər Baş (28 yanvar 1947, Trabzon – 14 aprel 2020, Trabzon) — Türkiyə siyasətçi, yazıçı, maarifçisi. == Həyatı == Bağımsız Türkiyə Partiyasınin qurucusu və başkanıdır.İlk, orta və lisey təhsilini Trabzonda tamamladı. 1970-ci ildə Kayseri Yüksək İslam İnstitutinu bitirdi. Magistr və doktorluğunu "Veda Hutbesinde İnsan Hakları" mövzusunda tezi (disertasiyası) ilə Bakı Dövlət Universitetində tamamlamışdır. Akademik çalışmalarına eyni universitetdə davam eden Heydər Baş "İslam və Mövlanə", "Təsəvvüf Tarixi", "Din Sosialogiyası" və "Din Psixologiyası" mövzularındaki araşdırmaları nəticəsində "Professor" unvanını da almışdır. == Əsərləri == Milli İqtisad Modeli Sosyal Devlet / Milli Devlet Imam-i Ali Fatima Veda Hutbesinde İnsan Hakları Alemlere Rahmet Muhammed 2 Cilt Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler İslam’da Kadın Hakları Makalat Mektubat İslam ve Mevlana Islam’da Zikir Islam’da Tevhid Iman ve Insan Insan-ı Kamil ve Nefs Mertebeleri Hacc’ın Hikmetleri Hıristiyanlık ve Yahudilik Hikmetin Sırları Din Tahripçilerine Kur’an-ı Kerim’in Cevabı Dua ve Evrad Birliğe Doğru Veda Hutbesi ve Evrensel Beyanname Nefs Terbiyesi Varoluşun Gayesi: Zikrullah Yaşayan Kur`an: Sünnet Dar Bölge Yaygın Kalkınma Modeli Das Nationale Wirtschaftsmodell (Milli Ekonomi Modeli Almanca) Oluş Sırrı Hadikatü`l Cennah (Dua Kitabi) Niçin Türkiye?
Heydər Biqiçev
Heydər Biqiçev (tatar. Хәйдәр Әббәс улы Бигичев; 16 iyun 1949, Çümbəli[d], Nijeqorod vilayəti – 13 noyabr 1998, Kazan) — müğənni (dramatik tenor), Musa Cəlil adına Tatar Opera və Balet Teatrının solisti, Tatar ASSR-nin xalq artisti (1980), RSFSR-nin əməkdar artisti (1986), Qabdulla Tukay adına Tatar ASSR Dövlət Mükafatı laureatı (1984). Heydər Biqiçev 16 iyun 1949-cu ildə Nijeqorod vilayətinin Krasnooktyabrski rayonunun Çembiley kəndində böyük bir ailədə anadan olub. Ata kombaynçı, anası kolxozda işləyirdi. Sovet Ordusu sıralarında xidmət etdikdən sonra X. Biqiçev Moskvaya yola düşür, fabrikdə işləyir. Dostunun məsləhəti ilə laureat olduğu "Salam, biz istedadları axtarırıq!" Ümumittifaq televiziya müsabiqəsində iştirak etdi. Müsabiqənin münsiflər heyətinin sədri bəstəkar M.Tariverdiev gənc ifaçının istedadını yüksək qiymətləndirdi və ona musiqi ilə peşəkar şəkildə təhsil almasını tövsiyə etdi. 1971-ci ildə məşhur tatar müğənnisi RSFSR Xalq artisti Fəxri Nasretdinovun istəyi ilə Kazan Dövlət Konservatoriyasının rektoru N.Q.Jiqanov qəbul imtahanları bitdikdən sonra nəticələrinə görə H.Biçiçev üçün bir dinləmə təşkil etdi. 1977-1998-ci illərdə Musa Cəlil adına Kazan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olmuşdur. Müğənni 13 noyabr 1998-ci ildə vəfat etdi.
Heydər Bulqakov
Heydər Bulqakov (1956, Özbəkistan SSR) — Sovet və Krım tatar mənşəli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor. == Bioqrafiya == 1956-cı ildə Krım tatarlarının sürgün edilməsindən sonra Özbəkistanda anadan olmuşdur. 1972-ci il Riyaziyyat Olimpiadasında dərəcə əldə etdikdən sonra fizika və riyaziyyat liseyində bitirib Novosibirsk Dövlət Universitetinə daxil olur. 1978-ci ildə Novosibirsk Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. 1978-1993-cü illərdə aparıcı tədqiqatçı, əvvəlcə Hesablama Mərkəzində (1978-1980), 1980-ci ildən sonra isə Riyaziyyat İnstitutunda tədqiqatçı vəzifələrini tutur. Tətbiqi Riyaziyyat kafedrasında əvvəlcə doktorluq (1982), sonra elmlər doktoru (1989) dərəcəsi almışdır. 1976-1993-cü illərdə əvvəlcə tələbəsi, daha sonra həmkar kimi professor Serqey Qodunov ilə birlikdə çalışır. Rusiyada bir kompüter tətbiqi olaraq inkişaf etdirdiyi texnoloji üsullar sənayedə, xüsusilə mühərrik, kimya, avtomobil, aviasiya və hərbi sənayedə tətbiqini tapır. Tədqiqat mərkəzinin koordinatorlarında çalışır. Çoxsaylı milli və beynəlxalq konqreslərdə təşkilatçı və natiq kimi iştirak etmişdir.
Heydər Camal
Heydər Camal (Heydər Cahid oğlu Camal; rus. Гейдар Джахидович Джемаль; 6 noyabr 1947, Moskva – 5 dekabr 2016, Almatı) — Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri == Həyatı == Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. === Vəfatı === Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
Heydər Gəray
Heydər Gəray (bilinmir – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir. == Həyatı == Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi. Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.
Heydər Hatəmi
Heydər Hatəmi (3 mart 1945, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — İran azərbaycanlısı olan rəssam. O, öz rəsm əsərlərini miniatür və təzhib kimi klassik şərq üslublarında müasir elementlərlə birgə işləyir. == Təhsili == İbtidai və orta təhsilini anadan olduğu Hadişəhrdə almışdır. Orta məktəbi bitirdikdən sonra Təbriz İncəsənət Akademiyasında təhsil almışdır. Sonrakı təhsilini isə Tehran İncəsənət Universitetində almışdır. == Həyatı == 1945-ci ildə Araz çayı yaxınlığında və sərhəd regionunda yerləşən Hadişəhrdə anadan olmuşdur. 1983-cü ildə Türkiyəyə köçmüşdür. Müasir dövrdə ən məşhur İran rəssamlarından və xaricdə fəaliyyət göstərən ən məşhur azərbaycanlılardandır. 1997-ci ildə isə ABŞ-yə köçmüşdür. 1997-ci ildən Qətər kraliyyət ailəsinin saray rəssamıdır.
Heydər Hüseynov
Heydər Nəcəf oğlu Hüseynov (3 aprel 1908, İrəvan – 15 avqust 1950, Bakı) — Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru (1944), professor (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), iki dəfə "Stalin" mükafatı laureatı (1948, 1950). == Həyatı == Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür. Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927–1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1931–1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936–1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru olmuşdur.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.
Heydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Heydər Kərimov
Kərimov Heydər Bəybala oğlu — Azərbaycan Silahlı Qüvvələrinin , Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Heydər Kərimov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub.2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Heydər Məmmədəliyev
Məmmədəliyev Heydər Nurəddin oğlu (rus. Гейдар Нураддин оглы Мамедалиев) — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası. == Həyatı == Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir.
Heydər Novruzov
Heydər Novruzov (tam adı:Novruzov Heydər Qulu oğlu; 1902, Təzəkənd, Naxçıvan Muxtar Respublikası – 5 yanvar 1938) — dövlət qulluqçusu, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti == Həyatı == Novruzov Heydər Qulu oğlu 1902-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. === Vəfatı === 5 yanvar 1938-ci ildə "Naxçıvan fəalları” adlı gizli əksinqilabi siyasi təşkilatın rəhbəri ittihamı ilə həbs edilərək, “xalq düşməni” kimi güllələnmişdir. === Təhsili === Tiflisdə (1924-27), Moskvada (1928-30) və Bakıda (1931-33) təhsil almış, tarixçi və iqtisadçı ixtisaslarına yiyələnmişdir. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Azərbaycan Xalq Cümhuriyyəti dövründə zabiti kimi daşnakların Naxçıvan və Qarabağda azərbaycanlılara qarşı soyqırımın dəf olunmasında iştirak etmiş, sonralar Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi “Qırmızı tabor”un sıralarında vuruşmuşdur. === Əmək fəaliyyət === Azərbaycan. K(b)P Naxçıvan Vilayət Komitəsi təşkilat (1927-28) və aqrar (1929-30) şöbələrinin müavini, Noraşen (indiki Şərur) və Naxçıvan (indiki Babək) rayon partiya komitələrinin katibi, Masallı rayon İcraiyyə Komitəsinin sədri olmuşdur (1933-36). 1937-ci ildən Bakı şəhər Sovet sədrinin müavini idi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Heydər Piriyev
Heydər Kamal oğlu Piriyev (17 sentyabr 1959 və ya 1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020). == Həyatı == Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur. === Ailəsi === Ailəlidir, 1 oğlu var. == Hərbi xidməti == 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alıb. 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir.2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir. 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Heydər Qazıyev
Heydər Qazıyev Əhməd oğlu (28 may 1909, Şahtaxtı, Naxçıvan qəzası – 3 mart 1988, Bakı) — baytar həkimi. Baytarlıq elmləri namizədi (1949). Azərb. Respublikası əməkdar baytar həkimi (1955). == Həyatı == Zaqafqaziya Zoobaytarlıq İn-tunu (İrəvan) bitirmişdir (1932). Nax. MSSR Xalq Torpaq Komissarlığında, Azərb. SSR Xalq Torpaq Komissarlığının baş baytarlıq idarəsində məsul vəzifələrdə çalışmışdır (1932–60). 1961–66 illərdə Nax. MSSR Nazirlər Soveti sədrinin birinci müavini-kənd təsərrüfatı naziri olmuşdur.
Heydər Qədirov
Heydər Qədirov (tam adı: Heydər Əliheydər oğlu Qədirov) — riyaziyyatçı, iqtisadçı və elmşünas alim, iqtisad üzrə fəlsəfə doktoru. == Həyatı == Heydər Qədirov 22 may 1946-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1970–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində işləmiş, İnstitutun aspiranturasını bitirmişdir. Eyni zamanda Azərbaycan Neft-kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) ali riyaziyyat və tətbiqi riyaziyyat kafedralarında çalışmışdır. 1978–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Rəyasət Heyəti aparatında işləmişdir: 1978–1981-ci illərdə elmi katib, 1981–1997-ci illərdə Elmi-təşkilat şöbəsinin rəisi olmuşdur. Eyni zamanda Respublika Elmi Tədqiqatların Koordinasiyası Şurasının elmi katibi (1985–1997-ci illər), EA Rəyasət Heyəti yanında İnnovasiya Mərkəzinin direktoru (1989–1997-ci illər), Azərbaycan SSR Nazirlər Soveti sədrinin məsləhətçisi (1989–1992-ci illər), "Ziya Bünyadov" Elm və Təhsil Fondunun nəzdində yaradılmış "Ziya" Universitetinin rektoru (1996–1998-ci illər) vəzifələrini icra etmişdir. 1997–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, 1998–2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Yanacaq-energetika kompleksinin iqtisadiyyatı" kafedrasının professoru, 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda qrup rəhbəri, 2004–2006-cı illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının innovasiyalar üzrə prezident müavini vəzifəsini icra etmişdir. 2007-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasının "Menecment" kafedrasında işləyir.
Heydər Qənbərzadə
Heydər Ağahüseyn oğlu Qənbərzadə (10 oktyabr 1997, Cil, Lənkəran rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Heydər Qənbərzadə 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Heydər Qənbərzadə orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq və çavuş rütbəsi alaraq hərbi xidmətinə davam etmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Heydər Qənbərzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Hadrutun azad edilməsində vuruşmuşdur. Heydər Qənbərzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Heydər Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Heydər Əsədov
Heydər Xanış oğlu Əsədov (24 oktyabr 1959, Sisian rayonu) — Azərbaycan siyasi xadimi, iqtisadçı, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru (3 aprel 2019-dan), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013). == Həyatı == Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
"Heydər Əliyev" mükafatı
Heydər Əliyev Mükafatı — Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət təltifi. Mükafatın 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanla təsis edilməsi ilə əlaqədar qərar alınmasına baxmayaraq, əsasnaməsi 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanla ilə təsdiq edilmişdir. == Haqqında == Mükafatın 25 bənddən ibarət əsasnaməsində göstərilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir. Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da — Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər. Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər.
"Heydər Əliyev" ordeni
"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi. == Təsisi == Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir. Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir. == Statusu == 1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir: 1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə; 1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. 2.
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir. "Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi.
Adəm Heydərov
Adəm İkram oğlu Heydərov (26 mart 2000, Bum, Qəbələ rayonu – 16 oktyabr 2020 və ya 13 oktyabr 2020, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Heydərov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Akademik Heydər Hüseynov (film, 2005)
Akademik Heydər Hüseynov qısametrajlı sənədli televiziya filmi rejissor Şərif Qurbanəliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli alim, istedadlı filosof, akademik Heydər Hüseynova həsr olunmuşdur. == Məzmun == Film görkəmli alim, istedadlı filosof, akademik Heydər Hüseynova həsr olunmuşdur. Filmdə alimin qızları onun keşməkeşli həyatını bir daha vərəqləyirlər.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.
Amid Heydərov
Amid Rəbbil oğlu Heydərov (20 may 1988, Lerik – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == İrsi və xatirəsi == 2021-ci ildə Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılış mərasimi keçirilib. 2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adı verilmişdir.
Anar Heydərov
Anar Bəhruz oğlu Heydərov (1 iyun 1988, Sumqayıt – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Heydərov 1 iyun 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Anar Heydərov 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit idi.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Anar Heydərov da yaxından iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Anar Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Heydərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif Heydərov
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976). == Həyatı == Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Arif Heydərov (kimyaçı)
Heydərov Arif Əmrah oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Arif Heydərov 5-iyul 1954-cü ildə Ukrayna Respublikasının Stalin Vilayətində (indiki Torez şəhəri) anadan olmuşdur. O, 1970-ci ildə Yardımlı rayonu Yolocaq kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji Universiteti) Kimya fakültəsində təhsil almışdır. 1975-1977-ci illər ərzində Yardımlı rayonu Yolocaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. Arif Heydərov 1977-ci ildə Azərbaycan Elmlər Akademyasının (indiki Milli Elmlər Akademyası ) Qeyri-üzvi və Fiziki kimya İnstitunun (indiki MEA-ın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) "Mineral maddələrin texnologiyası" laboratoriyasında aspiranturaya daxil olmuş və 1986-cı ildə "Filizçay polimetallik filizindən alınan sink konsentrantının emalı prosesində qalliumun çıxarılması"mövzusunda namizədlik, 2010-cu ildə isə "Filizçay polimetal sulfid filizinin əsas və müşayət edən komponentlərə görə kompleks emalının elmi əsaslarının işlənib hazırlanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Azərbaycan Respublikasının Prezdenti yanında Ali Atestasiya komissyasının 4 fevral 2011-ci il tarixli qərarı ilə ona kimya elmləri doktoru adı, 8 may 2015-ci il tarixli qərarı ilə ona "Qeyri-üzvi kimya" ixtisası üzrə professor elmi adı verilmişdir. 2011-ci ildən "Mineral maddələrin emalının kimyası və texnologiyası" laboratoriyasının nəzdində yaradılmış "Əlvan və nadir metallar" qrupunun rəhbəri olmuş,2014-cü ildən "Əlvan metal tərkibli mineral xammalın emal" laboratoryasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Arif Heydərovun elmi fəaliyyəti Azərbaycan ərazisində olan zəngin və kasıb filizlərdən və qeyri-üzvi istehsalat tullantılarından əlavən və nadir metalların çıxarılmasının elmi əsaslarının işlənib hazırlanması durur. 2011-ci ilə kimi o, inert mühitdə Filizçay polimetallik sulfid filizinin pirrotinləşmiş yanmasını və alınan pirrotinləşmiş yanığın avtoklav həll olması şəratini tədqiq etmişdir. Həmçinin onun tərəfindən ağır neftin emalından alınan mazut fraksiyasının yanma külünün emal məhsullarında Vanadiumun paylanması , qatılaşma yerləri və çıxarılmasını təmin edən prinsipial texnoloji sxem təklif olunmuşdur. Sonrakı illərdə Gədəbəy mis tərkibli oksidləşmiş filizin xlorid və hipoxlorit məhlulları ilə yuyulmasının və yuyulmadan alınan məhlullardan mis və sinkin ion dəyişdirici sorbentlər vasitəsi ilə ayrılmasının optimal şəraitini tədqiq etmişdir.Daşkəsən Filiz saflaşdırma kombinatının tullantılarından qiymətli metalların (Co, Cu, Zn, Mn) çıxarılmasının səmərəli parametr və rejimləri müəyyən edilmişdir.
Arif Heydərov (nazir)
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976). == Həyatı == Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Ayxan Heydərli
Ayxan İlham oğlu Heydərli (26 dekabr 1996, Orta Əlinəzərli, Beyləqan rayonu – 6 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Heydərli 1996-cı il dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. 2003-2014-cü illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ayxan Heydərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan Heydərli oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Haqqında == Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. == Akademiyada tədris == Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s.
Azərbaycan Respublikası MTN Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Haqqında == Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. == Akademiyada tədris == Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Haqqında == Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. == Akademiyada tədris == Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı. Qeyd edək ki, Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra (2010-cu il) açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər. Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Samir Abbasov 1998-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinə daxil olmuş, 2002-ci ildə sözügedən fakültədə Biblioqrafiyaşünaslıq ixtisası üzrə magistratura təhsili almışdır. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında "XXI əsrdə Azərbaycan kitabxanalarının aftomatlaşdırılması problemləri" mövzusu üzrə disertantı olmuşdur. Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında - kitabxanaçı, biblioqraf, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Elmi İnformasiya şöbəsində - mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsində və Nəşriyyat, reklamın təşkili, informasiya şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. 2013-cü ilin fevral ayından Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. S.Abbasov həmçinin Azərbaycan Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə attaşesidir. == Tarixi == 27 sentyabr 2010-cu ildə mərkəzin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.
Bayram Heydərov
Bayram Heydərov (hakim)
Bayram Heydərov (hakim)
Bayram Heydərov (tam adı: Heydərov Bayram İsmayıl oğlu) — Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin sədri. == Fəaliyyəti == Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin sədri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli, 1020 nömrəli Qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir.
Bayram Heydərov (riyaziyyatçı)
Heydərov Bayram Mirabbas oğlu — Zəngi Liseyinin qurucusu və ilk direktoru, Fizika-riyaziyyat elmləri doktoru, pedaqoq, "Şöhrət" ordenli (2012), əməkdar müəllim. == Həyatı və təhsili == Bayram Heydərov 1956-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1963-ci ildə Dəmirçi kənd tam orta məktəbə daxil olmuş, 1973-cü ildə məzun olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur, 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Novosibirsk Dövlət Universitetində aspirantura təhsili almışdır. Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər. Bu da öz növbəsində elmin inkişafına təkan vermiş oldu.
Bayram Heydərov (təhsil işçisi)
Heydərov Bayram Mirabbas oğlu — Zəngi Liseyinin qurucusu və ilk direktoru, Fizika-riyaziyyat elmləri doktoru, pedaqoq, "Şöhrət" ordenli (2012), əməkdar müəllim. == Həyatı və təhsili == Bayram Heydərov 1956-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1963-ci ildə Dəmirçi kənd tam orta məktəbə daxil olmuş, 1973-cü ildə məzun olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur, 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Novosibirsk Dövlət Universitetində aspirantura təhsili almışdır. Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər. Bu da öz növbəsində elmin inkişafına təkan vermiş oldu.
Belqradda Heydər Əliyevin abidəsi
Heydər Əliyevin Belqraddakı abidəsi — Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşən Taşmaydan parkında ucaldılan abidə.Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olmuşdur. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilmişdir. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunmuşlar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülmüş və burada yaşıllıqlar salınmışdır. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.Parkda ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılmışdır. Hazırda dünyanın bir çox ölkəsində ulu öndər Heydər Əliyevin adı əbədiləşdirilmiş, onun adına park və xiyabanlar salınmış, abidələr ucaldılmışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir. == Abidənin ucaldılması == Heydər Əliyev abidəsi 2011-ci il iyunun 8-də yenidən qurulan Tasmajdan parkının açılışı zamanı Serbiyanın o zamankı prezidenti Boris Tadiç və Belqradın meri Draqan Djilasın iştirakı ilə açılmışdır.
Böyükkişi Heydərli
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Cəlaləddin Mirzə Heydər xan
Cəlaləddin Mirzə Heydər xan Baranlı (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Hindistanın baş vəziri, Aud nəvvabı. == Həyatı == Cəlaləddin Mirzə Heydər xan 1732-ci ildə Dehli şəhərində doğulmuşdu. Atası Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng 1739–1754-cü illərdə Audun nəvvabı olmuşdu. Cəlaləddin Mirzə Heydər xan Böyük Moğollar imperiyasının baş vəziri olmuşdu. Şücaüddövlə ləqəbini daşıyırdı. Cəlaləddin Mirzə Heydər xan 1754–1775-ci illərdə Audun nəvvabı olmuşdu. Cəlaləddin Mirzə Heydər xan 1764-cü ildə Benqaliyada olan ingilislərə qarşı mübarizəyə başlamışdı. Mirzə Heydər xan 1775-ci ildə vəfat edib.

Digər lüğətlərdə

мале́нько нале́пливаться наукообра́зный необозри́мость пальмити́н оббегать ориентали́стика осма́триваться отрепетова́ть переряди́ться подколе́нки размоло́ться талько́з флюоресце́нция я́рица намеднях counterclockwise edibles isoglucose poverty level West End достояние противоположность редис тригонометрия