HEÇLİK

is.
1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi).
Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək. S.Vurğun.
[Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. B.Vahabzadə.

// Məc. mənada.
Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram. S.Vurğun.

// məc. Fəza, boşluq.
Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid.
Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. M.Müşfiq.

2. məc. Mənasızlıq, boşluq, naçizlik, miskinlik.
Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HEÇLİK cüzilik — əhəmiyyətsizlik
  • HEÇLİK yoxluq — boşluq

Antonimlər (əks mənalı sözlər)

  • HEÇLİK HEÇLİK – VARLIQ Lakin mən bu heçlikdə də bir həqiqətəm (C.Cabbarlı); Yaşamaz eşqsiz, ruhsuz sənətkar; Onun varlığı da quru sümükdür (S
HEÇ-PUÇ
HEGELÇİ
OBASTAN VİKİ
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.

Digər lüğətlərdə

взяткода́тель испа́коститься меси́ть перегова́ривать пиромани́ческий раску́сывать сапрофа́г слежа́ться трухля́вый до слёз манеке́нщица монгольфье́р предумы́шленность просемени́ть barbiturate cork disputative ironman lath soil sampler tighten up безе бели сосок сурдинка