HİBALƏ
HİBƏNAMƏ
OBASTAN VİKİ
Cavad Hibəddin Əl Şəhristani
Cavad Hibəddin Əl Şəhristani — Maarif Nazirliyində orta məktəb müəllimi, dil-ədəbiyyat komissiyasının rəhbəri, sədr müavini, 1939-cu ildə İraq radio-televiziya stansiyasında aparıcı, şərhçi, teatr, ssenari müəllifi == Həyatı və fəaliyyəti == Hüquqşünas Cavad Hibəddin Əl Şəhristani 1916-cı il 27 noyabrda Bağdad şəhərinin Kazımiyyə məhəlləsində doğulmuşdur. 1956-cı ildə hüquq fakültəsini bitirmiş Cavad Hibəddin Əl Şəhristani həm vəkil, həm də jurnalist kimi fəaliyyət göstərmişdir. Bir çox qəzetdə baş redaktor kimi çalışmışdır. ("Əl Ənba" - 1952, "Əl Haris" - 1954). 1938-ci ildə Maarif Nazirliyində orta məktəb müəllimi, 1939-cu ildə İraq radio-televiziya stansiyasında aparıcı, şərhçi, teatr senari müəllifi, dil-ədəbiyyat komissiyasının rəhbəri, sədr müavini vəzifələrində işləmişdir. Eyni zamanda Yaxın Şərqin "Asiya" Xəbər Agentliyinin müxbiri kimi də fəaliyyət göstərmişdir. Daha sonra Kəraçi (1953) və Suriyada (1956) keçirilmiş media konfranslarında İraqı təmsil etmişdir. Əl Kazımiyyədə yerləşən Cəvadeyn kitabxanasının rəhbəri kimi çalışmışdır. 23 avqust 1921-ci ildə İraq Krallıq dövründə ilk Maarif naziri olmuşdur. 2005-ci il 14 avqustda vəfat etmiş Cavad Hibəddin Əl Şəhristani Kazımiyyədə Cəvadeyn kitabxanasının həyətində atasının yanında dəfn edilmişdir.
Hibətullah Sultan
Hibətullah Sultan (16 mart 1789, Konstantinopol – 18 sentyabr 1841, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızı. == Həyatı == Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi. 1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi. == Mənbə == Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4.
баси́сто гм защемля́ть измы́ливание надка́лываться оттряса́ть самоотве́рженный синеро́дный сколо́ть суббо́та неприве́тный сы́здавна шемизетка arthr- barber doh garnished hysto- matrix mechanics semicentennial Sherbrooke steinkirk unintoxicating Wahoo вычерченный